Yenidoğulan uşaqlarda eşitmə testi hansı hallarda aparılır?

0
341
uşaqlarda eşitmə testi

Aparılan tədqiqatlara görə, hər 1000 yeni doğulmuş körpədən 2-sində anadangəlmə və ya yeni doğulmuş xəstəliklər səbəbindən eşitmə problemləri inkişaf edir. Eşitmə problemləri olan körpələrdə erkən diaqnoz qoyulmasa və lazımi tədbirlər görülməsə, danışma baxımından ciddi problemlər yaşanır. Bu karlıq-lallıq və hətta zəka və inkişaf çatışmazlığına səbəb olur. Bütün bu arzuolunmaz hadisələri, körpəni xəstəxanadan çıxarmadan əvvəl eşitmə testi ilə qarşısı alına bilər.

Yenidoğulmuş körpələr üçün eşitmə testi necə aparılır?

Yenidoğulmuş körpələrin qulaqlarına müəyyən səslər verilir və beyin dalğaları ölçülür. Bu 15 dəqiqəlik prosedur sadədir və körpəyə heç bir narahatlıq yaratmır. Testin etibarlılığı 97%-dir.

Eşitmə testi hansı vəziyyətlərdə aparılmalıdır?

  • Ailədə karlıq əlaməti olduqda,
  • 1500 gr altında doğulan körpələrdə,
  • Üz qulaq anomaliyası olduqda,
  • Süni tənəffüsə ehtiyac olduqda,
  • Yüksək sarılıq əlaməti olduqda,
  • Doğumda uzun müddət oksigensiz qalan körpələrdə.

Bu hallardan birinin varlığında mütləq yeni doğan dövründə eşitmə testi aparılmalıdır.