Uşağın dünyaya gəlməsi ilə əlaqəli bir çox zəruri əşyaların alınması təlabatı yaranır. Uşaq arabası, uşaq çarpayısı, bələmə stolu, çimmək üçün vanna və daha nələr. Gənc valideynlər bahalı əşyaların seçiminə çox məsuliyyətlə yanaşırlar. Uşaq arabasının düzgün seçilməməsi, istifadə zamanı tez-tez narahatçilığa səbəb olur, onu isə başqa modelə dəyişmək çətin olur.
Müasir uşaq arabaları şərti olaraq aşağıdakı şəkildə bölünür:
- Yenidoğulanlar üçün arabalar;
- Transformer-arabalar;
- Universal arabalar;
- Üçtəkərli arabalar;
- Gəzinti arabaları.
Onların hər birinin özünəməxsus funksional xüsusiyyətləri, ölçüləri və uşağın müdafiəsi üçün tələbləri vardır.
Yenidoğulanlar üçün arabalar
Yenidoğulanlar üçün arabalar, bir növ klassik beşikləri xatırladır. Bunlar, geniş və sərt
Transformer uşaq arabaları
Transformer arabaları beşiyin funksional xüsusiyyətlərini və gəzinti modelininin imkanlarını
Universal uşaq arabaları
Universal uşaq arabaları, klassik araba beşiyinin asanlıqla gəzinti və ya avtomobil
Üçtəkərli uşaq arabaları
Üçtəkərli uşaq arabaları, xüsusi aktiv həyat tərzi aparmaq istəyən analar üçün
Gəzinti uşaq arabaları
Gəzinti uşaq arabalarında uşaq yalnız otura bilər. Bu kateqoriyada seçim çox genişdir. Bura
Düzgün seçim edirik!
Arabaların ölçüləri də əhəmiyyətli amildir. Almadan əvvəl əmin olun ki, bəyənilmiş model liftə həm uzunluğuna, həm də eninə görə sərbəst şəkildə yerləşə biləcək. Bunu həm sərnişin, həm də yük lift üçün nəzərə alın. Bundan başqa araba alarkən onun təkərlərini də gözdən keçirin. Təkərlər ya plastik, ya da pnevmatik ola bilər. Plastik təkərlər kiçik kütləyə malikdir, qar və palçıqda daha rahat gedir, nadir hallarda sınırlar. Pnevmatik rezin şinlər daha hamar səth üçün nəzərdə tutulub, daş və qum üzərində daha yaxşı hərəkət edirlər.
Aldim.az saytındakı Uşaq arabaları bölməsində geniş kataloqla burada tanış olub, münasib seçim etmək olar. Həmdə, sifarişlər Bakı şəhəri və Azərbaycanın bütün bölgələrinə pulsuz çatdırılır.
Valideynlər uşaq arabası alarkən, ən əsası onun təhlükəsizliyi ilə maraqlanmalıdırlar. Hər bir araba dəstinə daxil olmalıdır:
- Uşaq üçün qoruyucu təhlükəsizlik kəmərləri;
- Təkərlər üzərində sıxaclar və əyləclər – meylli səthdə yük olan arabanın təhlükəsiz şəkildə dayana bilməsi üçün;
- Dəyişdirilən və qatlanan hissələrdə etibarlı sıxaclar;
Həmçinin uşaqlar üçün arabalar, istifadə olunan kostruktiv materialların təhlükəsizliyini təsdiq edən sertifikatlara malik olmalıdırlar.
Yeni doğulanlar üçün araba seçərkən əlavə amillərin nəzərə alınması tövsiyyə olunur. Məsələn, beşik yatağı üfüqi və mümkün qədər tikiş çıxışı olmadan hamar olmalıdır. Həmçinin, o qədər sərt olmalı ki, uşağın çəkisini qoruyaraq, əyilməməlidir. Bu, yeni doğulan uşağın formalaşmamış onurğa sütunu üçün çox vacibdir. Yeni doğulanlar üçün arabalar, təbii materiallardan hazırlanmalıdır, belə ki, körpələrdə tez-tez sintetik materiallara allergiya yaranır. Bundan başqa, beşiyin ətrafı, uşağı küləkdən qorumaq üçün hündür olmalıdır. Araba böyük pnevmatik təkərlərlə və yumşaq amortizatorlarla təchiz olunmalıdır. Bu, gəzinti zamanı körpənin rahat yatması və arabanın müxtəlif maneələri dəf etməsi üçün əvəzedilməz olacaq. Aşırıla bilən əl tutacağı – uşağı yağışdan və küləkdən qorumaq üçün nəzərdə tutulan əlavə rahatlıqdır. Araba, qar və yağışdan qorunması üçün şəffaf üzlə təchiz edilməlidir.


