― Advertisement ―

Laktasiya dövründə ana üçün sağlam qidalanma

Laktasiya dövründə ana həm bədənindəki qida ehtiyatlarını tarazlıqda saxlamaq, həm də ifraz etdiyi südə uyğun gələn enerji, zülal, mineral və vitaminləri almaq üçün balanslı...
Ana səhifəKörpə 0-1 yaşKörpənin sağlamlığıYenidoğulmuş körpəyə qulluq -12 suala cavab

Yenidoğulmuş körpəyə qulluq -12 suala cavab

Yenidoğulmuş körpəyə qulluq necə olmalıdır? Körpənizi böyüdərək, ağlınıza gəlməyən bir çox vəziyyətlə qarşılaşacaqsınız. Nə edəcəyinizə və ya doğru olub-olmamağınızdan narahat olacaqsınız. İlk əvvəl sakit olun! Hər kəsin yaşadığı bu hallar zamanla keçəcək və hər şey yoluna düşəcək. Bu müddətdə işinizi asanlaşdırmaq üçün yenidoğulan körpə qulluğunun 12 əsas sualına cavab verməyə çalışacağıq.

1. Yenidoğulmuş körpənin südvermə rejimi necə olmalıdır?

24 saat ərzində, ən azı 8-10 dəfə hər iki döş ilə əmizdirin və hər dəfəsində onlardan birini tamamlayın! Körpəniz, əmizdirmə zamanı yatmış ola bilər. Yuxusunu kəsməmək məqsədi ilə əmizdirməyi təxirə salmağı düşünə bilərsiniz. Ancaq əmizdirmə aralıqlarının 3 saatdan çox olmamasına diqqət etməlisiniz.
Körpəniz 10 dəqiqədən az bir müddətdə döş əmib, sonra sərbəst buraxsa, döşü tamamilə boşaltmaya bilər. Belə bir vəziyyətdə, döşə yüngül təzyiq tətbiq edərək, ona kömək edə bilərsiniz.

2. Yenidoğulmuş körpənin yuxu rejimi necə olmalıdır?

Körpənizin günün çox hissəsini yatdığını görəcəksiniz, beləki onun yuxu rejimi sizinkindən çox fərqlidir. Müvəqqəti olan bu qaydada, körpə gündə 12-16 saat yatır, 1-2 saat yuxudan sonra oyanır və yenidən eyni qaydaya davam edir. 2 həftəlik yaşınızda yuxu və oyanma müddətinin artdığını müşahidə edə bilərsiniz.

3. Yenidoğulmuş körpələrdə qaz sancısını necə aradan qaldırmaq olar?

  • Körpəni çiyninizdə düz vəziyyətdə saxlayın.
  • Körpənin mədəsinə yaxın səviyyədə bel tərəfdən ovucunuzla çox yumuşaq formada bir necə dəfə vuraraq, sıxılmış qazın qalxmasına kömək edin.
  • Körpənin kürəyini ovucunuzla gəzdirin və qazın çıxmasına kömək edin.

Bu haqda daha ətraflı Yenidoğulmuş körpələrdə köp məqaləsində oxuya bilərsiniz.

4. Yenidoğulmuş körpənin göbək baxımı necə olmalıdır?

Göbək bağının doğumdan sonrakı iki həftə içində düşdüyünü görə bilərsiniz. Bu müddətdə göbək bağını quru saxlasanız, bağ daha tez düşəcəkdir. Bu səbəblə körpənizi göbək bağı düşməyincə vannada yumamağınız vacibdir və bu sahənin ıslanmamasına əmin olun.
Bundan əlavə, göbək bağının hava ilə təması onun daha tez sağalmasına imkan verir. Bu səbəblə bu bölgəni uşaq bezi ilə örtməmək daha məsləhətdir. Göbək bağı düşdükdən sonra həkiminizin tövsiyyəsi ilə xüsusi məhlullu bez qoyaraq, qurumasını sürətləndirə bilərsiniz.
Göbək bağı ətrafında iltihab, qaşınma, qızartı hiss edirsinizsə, həkimlə məsləhətləşməniz vacibdir. Bu cür vəziyyətlərin təcili müalicəyə səbəb ola biləcəyini unutmayın.

5. Yenidoğulmuş körpəni necə çimdirmək olar?

Körpənizin göbək bağı düşdükdən sonra ​​onu vannada yumağa başlaya bilərsiniz. Bir az narahat və həyəcanlandığınız bu işin öhdəsindən gəlmək üçün,

  • Vanna və körpənizin paltarlarını əvvəldən hazırlayın.
  • Suyun istiliyini təyin edin.
  • Körpənizi bir əlinizlə möhkəm tutarkən, digər əlinizlə yumağa başlayın.
  • Körpənin başını, arxasını, budunu yuduqdan sonra boyun və barmaqların arasındakı qıvrımları yumağı unutmayın.

Bu haqda daha ətraflı Körpənin ilk hamamı haqqında hər şey məqaləsində oxuya bilərsiniz.

6.Yeni doğulmuş körpənin ağlaması necə keçər?

Körpə bir çox səbəbə görə ağlaya bilər.

  • Ac olmaq,
  • Qorxmaq,
  • İsti və ya soyuq olduqda,
  • Altının islaq olması,
  • Qaz sancısı və s.

Körpənizin ağlamağını dayandırmaq üçün niyə ağladığını bilməlisiniz. Buna görə yaxşı bir müşahidəçi olmalı və körpənizin nəyə reaksiya verdiyini anlamağa çalışmalısınız.
Bəzi hallarda niyə ağladığını başa düşə bilməyəcəksiniz. Bu hallara dair təklifimiz:

  • Qucaqlayın,
  • Çox asta yelləyin,
  • Laylay oxuyun,
  • Qidalandırın.Qarın üzərinə isti bir dəsmal qoymaq kimi üsullarda, körpəniz özünü daha etibarlı əldə olduğunu hiss edəcək və fiziki təmasda rahatlaşacaq.

7. Yenidoğulan körpənin otaq temperaturu neçə dərəcə olmalıdır?

Əvvəlki məqalə
Növbəti məqalə
error: Alert: Content selection is disabled!!