Yenidoğulmuş körpənin sünnət edilməsi haqqında hər şey

0
2219
Sünnət
Doğumdan dərhal sonra körpənizi sünnət edib etməməkdə, qərarsız qala bilərsiniz. Ümuiyyətlə, sünnət hər yaşda ümumi anesteziya altında aparılsa da, 2-6 yaş arası uşaqlarda travmaya səbəb ola biləcəyi üçün bir çox mütəxəssislər tövsiyə etmir.
Sünnət ilə əlaqəli bəzi vacib olan məlumatları sizə təqdim etmək istəyirik.

1. Yenidoğulmuş körpənin sünnəti nə vaxt aparılır?

Doğumdan sonra 28 gün müddətində edilən sünnət, yenidoğulmuş körpənin sünnəti adlanır. Doğumdan sonra 2 gün sonra edilə bilər. Ancaq sağlam yenidoğulmuş bir körpənin böyrək və qaraciyər funksiyalarının tam yetkin olduğu zaman 7-10 gün sonra edilə bilir. Çünki, ümumiyyətlə, məcburi olmayan sünnət kimi bir prosedurda əlavə travmalardan qorunmaq üçün ən azı bir həftə gözləmək daha yaxşı olar.

2. Yenidoğulmuş körpə sünnətinin faydaları nələrdir?

  • Ən böyük üstünlüyü anesteziya formasıdır. Yenidoğulmuş körpə sünnətində ümumi anesteziya tətbiq edilmir. Lokal ağrı kəsici ilə təmin edilə bilən yerli anesteziya istifadə olunur. Buna görə də, körpə ümumi anesteziyanın ağırlaşmalarından qorunur.
  • Yenidoğan dövründə yara daha tez sağalır və qayğı olduqca asan olur.
  • Sidik yollarının infeksiyası riskini azaldır. Bir yaşa qədər körpənin sidik yollarının infeksiyası riski azdır. Ancaq sünnət bu riski daha da azaldır. Bundan başqa qanama riskini azaldır.
  • Cinsiyyət orqanı xərçəng riskini azaldır. Eşitməyə öyrəşmədiyimiz bu nadir xərçəng növü, sünnət olunan körpəni tutma ehtimalı azdır.
  • Təmizliyi asanlaşdırır. Yenidoğulmuş körpənin sünnət dərisi cinsiyyət orqanının ucuna yapışmış olur, zamanla geriyə çəkilməyə başlayır. İlk əvvəl bu dərini götürmək, cinsiyyət orqanının təmizliyini asanlaşdırır.

3. Yenidoğulmuş körpə sünnətinin zərərləri nələrdir?

  • Cərrahi müdaxilələrə xas riskləri var. Bütün cərrahi müdaxilələrdə olduğu kimi, sünnətdə də qanaxma və infeksiya riski vardır. Az riskli olmasına baxmayaraq, bu düşüncə sizi narahat edə bilər. Bundan əlavə, sünnət dərisinin çox ya da az ölçüdə kəsilməsi, tam bərpa olunmamaq kimi vəziyyətlər də qorxuya səbəb ola bilər.
  • Müdaxilə zamanı körpəniz ağrı hiss edəcək. Çox qısa bir müddətə olsa da sünnət körpənizə ağrı verəcək. Bu ağrının qarşısını almaq üçün həkim lokal anesteziya edə bilər.
  • Hesab olunur ki, sünnət kəsiyi üzərində istifadə olunan parça və ya bez yaranı daha da qıcıqlandıra bilər.

Sünnət ilə əlaqəli problemlərin, təcrübəli bir həkim tərəfindən edildiyi təqdirdə aradan qaldırıla biləcəyini söyləyə bilərik. Bu səbəblə, körpə sünnətini edəcək şəxsin bu iş üzrə təcrübəli olduğunu və tövsiyəli həkim olunduğundan əmin olun!

4. Erkən doğumlu körpələrdə sünnət edilə bilərmi?

Erkən doğulmuş körpənin sünnət edilməsi üçün çəkisinin 3000-3500 qram sağlam körpə çəkisinə çatacağı gözlənilir. Sonra sünnət cərrahi üsulla aparılır.

5. Hansı hallarda sünnət edilməməlidir?

  • Doğum zamanı uşağın sistematik bir xəstəliyi varsa;
  • İnfeksiyası varsa;
  • Cinsiyyət orqanı anomaliyaları varsa;
  • Ailədə hemofiliyalı biri varsa;
  • Sarılıq əlaməti çox yüksəkdirsə və bununla əlaqədar müalicəyə ehtiyac duyulsa, sünnət edilməyə bilər.

6. Yenidoğulan sünnəti necə olunur?

  • Sünnət mövzusunda bir çox üsullar irəli sürülür. Son zamanlar ən az üstünlük verilən tikişsiz qansız Lazer sünnət üsuludur. Tikişsiz edilən Plastibell sünnət üsuludan sonra eynilə göbəkdə qoyulan plastik kimi cinsiyyət orqanında da plastik halqa olur və göbəkdə olduğu kimi quruduqdan sonra 7-15 gün içində özü düşür. Klassik Cərrahi sünnət üsulu – Daxili və xarici dəri kəsildikdən sonra öz-özünə əmilə bilən tikişlərlə başa çatdırılır. Sünnət üsulu körpənin yaşına, həkim və valideynin seçiminə görə dəyişir.
  • Yenidoğulan körpə sünnəti əməliyyat otağında xüsusi qızdırılan və işıqlandırılmış bir masada aparılır.
  • Körpənin sünnət ediləcəyi bölgə dizenfeksiya olunur. Sonra lokal anesteziya altında ediləcəyi təqdirdə, cinsiyyət orqanı bölgəsinə çox incə iynə ilə yerli anesteziya vurulur və sünnət üsuluna əsasən sünnət dərisi kəsilir.
  • Uşaq bezinin sünnət kəsiyi hissəsinə yapışmaması üçün xüsusi məlhəm tətbiq olunur.

7. Sünnət yarası neçə günə sağalır?

Ümumiyyətlə, sünnətdən sonrakı təsirlər 7 ilə 10 gün arasında tamamilə sağalır.

8. Yenidoğan sünnətindən əvvəl körpənin ac qalmasına ehtiyac varmı?

Sünnət lokal anesteziya altında aparılır. Buna görə körpənin ac qalmasına ehtiyac yoxdur. Körpə tox mədə ilə olduqda, sünnət zamanının çoxunu yatır. Sünnətdən dərhal sonra da körpəni qidalandırmaq olar.

9. Yenidoğulmuş körpənin sünnət qayğısı necə aparılır?

Sünnətdən sonra lazımi müayinələr edililir və körpə evə göndərilir, ailəyə gündəlik qayğı barədə məlumat verilir. Sünnətdən sonra cinsiyyət orqanı ucunda bir yaraya, ətrafındakı sarımtıl bir axıntıya və ya qabığa rast gələ bilərsiniz. İlk iki gündə az qanaxma da görülə bilər. Narahat olmayın, bu yaranın yaxşılaşdığının göstəricisidir. Sünnət olunan bölgəyə gündə 4-5 dəfə antiseptik kremlər tətbiq olunur. Tikişlər varsa, onları çıxarmağa ehtiyac yoxdur, onlar öz-özünə əriyərək çıxacaq.
Sünnətdən sonra körpənizin yaşayacağı ağrı, şişlik və qanama kimi təsirlərini azaltmaq üçün tövsiyələrimiz bunlardır:

  • Hər dəfə, bezi dəyişdirdiyiniz zaman bezə toxunan hissəni yumşaq bir şəkildə təmizləyə və həkimin tövsiyyə etdiyi məhlulu tətbiq edə bilərsiniz.
  • Əgər cinsiyyət orqanında bir bağlama varsa, onu uşaq bezi dəyişikliklərində yeniləyə bilərsiniz.
  • Yuxu zamanı cinsiyyət orqanını maximum dərəcədə bezə toxunmamasını təmin edin.

10. Sünnətdən sonra yuyunmaq olarmı?

Şəfa zamanı cinsiyyət orqanının yuyulmasında problem olmadığı düşünülür. Ancaq göbək bağının hələ düşmədiyi üçün körpənizi yuya bilməyəcəyiniz bir dövrdə ola bilərsiniz. Sünnətdən 3-4 gün sonra həkim tərəfindən yoxlanılır və həkimin göstərişinə görə körpəni yuyundurmağına icazə verilə bilər.

10. Hansı hallarda həkimə müraciət etməlisiniz?

Hər hansı bir narahatçılığın baş verməsi ehtimalı azdır. Ancaq aşağıda sadalanan vəziyyətlər bir problemin olduğunu göstərə bilər.
  • Əgər körpə sünnətdən sonra 12 ilə 18 saat arasında normal sidiyə gedə bilmirsə,
  • Qanama və qızartı davam edərsə,
  • Cinsiyyət orqanının ucu nəzərə çarpan dərəcədə şişmişsə,
  • Cinsiyyət orqanının ucunda içi maye dolu qabıqlı yaralar varsa,
  • Sünnətdən 2 həftə keçməsinə baxmayaraq, sünnət zamanı istifadə edilən halqanın düşmədiyi təqdirdə həkiminizə müraciət etməyinizi məsləhət olunur.