Körpələrdə B12 vitamin çatışmazlığın səbəbləri və əlamətləri

0
275
Körpələrdə B12 vitamin

Körpələrdə B12 vitamin çatışmazlığı erkən aşkarlanıb, müalicə olunmazsa ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. B12 vitamin çatışmazlığının əlamətləri hansılardır və necə müalicə olunur? B12 vitamini nədir? Bu məqalədə bu suallara aydınlıq gətirməyə çalışacayıq.

Körpələrdə B12 vitamin çatışmazlığına səbəb nədir?

Hamiləliyin son 3 ay və doğumdan sonrakı ilk 3-6 ay, körpə beyninin ən sürətli inkişafı dövrüdür. Körpələrdə B12 vitamin çatışmazlığına gətirən bir çox səbəblər var:  

  • Hamiləlik dövründə, analarda B12 vitamini çatışmazlığı varsa, körpələrdə də bu çatışmazlıq daha erkən inkişaf edir.
  • Hamilə anaların körpələrində B12 vitamin çatışmazlığının inkişaf riski yüksəkdir. Bu çatışmazlıq doğumdan sonrakı aylarda da inkişaf edə bilər.
  • Əlavə qida qəbulunun gecikməsi B12 vitamin çatışmazlığına səbəb ola bilir. Kifayət qədər B12 vitamini ilə doğulmuş sağlam körpələrdə, bu vitamin 6 aya qədər azalır. 6-cı aydan etibarən ana südünə əlavə qida daxil edilmədikdə, körpələrdə B12 vitamin çatışmazlığı riski artır.

Sonrakı mərhələlərdə, B12 vitamin çatışmazlığının başqa səbəbləri:

  • Yetərsiz B12 vitamini qəbulu,
  • Absorbsiya pozğunluğu,
  • Anadangəlmə metabolik pozğunluqlar,
  • Bakteriyaların çoxalması,
  • Parazitlərin meydana gəlməsi.

Körpələrdə B12 vitamin çatışmazlığının əlamətləri hansılardır?

B12 vitamini az olan körpələr doğumdan sonrakı ilk ayda normal inkişaf etməyə davam edirlər. Ümumiyyətlə, 70%  körpələrdə əlamətlər 3-6 ay arası özünü göstərməyə başlayır. B12 vitamini çatışmazlığı körpələrdə nəyə səbəb olur?

  • İştahsızlıq,
  • Aşırı halsızlıq, əzələ gücsüzlüyü,
  • Anemiya,
  • Beyin atrofiyası (beyin ölçüsünün azalması),
  • Reflekslərin azalması,
  • Titrəmə,
  • Dil və boğaz problemləri səbəbiylə qidalanma problemləri,
  • Baş tutma, danışma, gülümsəmə, gəzmə kimi mental və motorika inkişafında geriləmə.

Bundan əlavə, B12 vitamin çatışmazlığı uzun müddətli yorğunluq yaratdığı üçün körpələri yuxuya daha çox meyilli edir. B12 vitamin çatışmazlığı müalicə edilmirsə, boy atma problemləri yarana bilər.

B12 vitamin çatışmazlığında nə kömək edər?

Əvvəlcə B12 vitamin çatışmazlığının əsas səbəbi araşdırılmalı və ona yönəldilmiş müalicə aparılmalıdır. B12 vitamin çatışmazlığının əsas problemi aradan qalxarsa, qidalanma ən vacib məsələdir. Bu mənada qida rasionuna B12 vitamini olan qidaları daxil etmək lazımdır. Qırmızı qan hüceyrələrinin çoxalması və sinir sisteminin inkişafı üçün zəruri olan B12 vitamini yalnız heyvan mənşəli qidalarda olur.

B12 vitamini ilə zəngin olan qidalar:

  • Ət,
  • Balıq,
  • Toyuq,
  • Ciyər və qaraciyər,
  • Böyrək,
  • Dəniz məhsulları,
  • Yumurta,
  • Süd və süd məhsulları.
Körpələrdə B12 vitamini çatışmazlığının erkən diaqnozu və müalicəsi çox vacibdir. Çünki, müalicəsi gec aparılan körpələrin sinir sistemində yaranan pozğunluqların tam sağalma ehtimalı azdır. Bu daimi nevroloji pozğunluqlar deməkdir. Qidadan əlavə həkiminiz körpənizə B12 tərkibli həblər və ya iynə təyin edə bilər.