1 yaşlı uşağın çəkisi nə qədər olmalıdır?

0
9038
1 yaşlı uşağın çəkisi

Uşaq 1 yaşına çatarkən onun çəkisinin öyrənilməsi vaxtı yaxınlaşdıqda valideynləri belə bir sual maraqlandırır: 1 yaşlı uşağın çəkisi nə qədər olmalıdır? Pediatrların rəyinə əsasən, 1 yaşlı uşağın çəkisi, doğumdan heç olmasa, üç dəfə artıq olmalıdır, amma bütün uşaqlar fərdi xüsusiyyətlərə malikdir. Çəkinin necə artması barədə bu məqalədə oxuya bilərsiniz.

Uşağın boyunun, çəkisinin və başının çevrəsinin mütəmadi olaraq ölçülməsi onun nə dərəcədə normal böyüməsini müəyyən etmək üçün yaxşı üsuldur. Həyatının ilk 6 ayı ərzində əksər körpələr sabit qaydada çəki toplayır. Amma nəzərə almaq lazımdır ki, 6-18 ay ərzində onların əksəriyyəti çəkisini həm itirə, həm də toplaya bilər. Əgər uşaqda heç bir xəstəliyin əlamətləri – məsələn, mütəmadi ishal, qusma, iştahın pozulması və ya tez-tez infeksiyalara yoluxma baş vermirsə, bu, normal hesab olunur. Daha böyük uşaqların boyu və çəkisi daim artmalıdır, lakin bütün uşaqlar fərdi xüsusiyyətlərə malikdir.

İlk 1 il müddətində uşağın çəkisi necə dəyişir

Uşağın ilk doğum günü gəldikdə və valideynləri onu çəkisini müəyyən etməyə apardıqda 1 yaşlı körpənin çəkisinin nə qədər olmalı olduğu haqqında düşünürlər.

Uşağın dünyaya gəldiyi ilk vaxtlarda o, müəyyən çəkiyə malik olur – bu çəki 2 həftə ərzində dəyişmiyə bilər və yalnız bundan sonra körpə ay ərzində 500 qramdan 1 kiloqrama qədər çəki toplamağa başlayır.

Uşaq anadan olarkən malik olduğu çəkidən asılı olaraq, bu rəqəm fərqli də ola bilər. Uşağın 6 ayı tamam olduqda onun normal çəki toplaması, doğularkən malik olduğu çəkisinin ikiqat artması hesab olunur. Uşaq 1 yaşına çatdıqda isə çəkisi ən azı üç dəfə artıq olmalıdır. Bundan sonra körpənin çəkisinin artması ləngiyir və ay ərzində, orta hesabla, 200-250 qram kökəlir.

Valideynlər yadda saxlamalıdırlar ki, bütün bunlar yalnız ümumi tövsiyyələrdir. Uşaq müəyyən dövr ərzində bir qədər çox, yaxud bir qədər az boy ata, yaxud çəki toplaya bilər. Bütün uşaqlar müxtəlif sürətlə boy ata bilər. Əgər uşaq kifayət qədər sürətlə çəki toplamırsa, bu halda valideynlər onun səhhətindən narahat olmalıdırlar. Uşağın çəkisinin normal səviyyəyə çatdırılmasının bir üsulu uşağın kalori qəbulunun hər gün artırılmasıdır. Amma bu tədbirlər barədə mütləq pediatrla məsləhətləşmək, uşağa hansı əlavə kalorilərin tələb olunduğunu və ona kömək etmək üçün hansı ərzaq məhsullarının əlavə edilməli olduğunu müəyyən etmək lazımdır. Bəzi meyvə-tərəvəz növləri külli miqdarda kaloriyə malikdir və bu, uşağın çəkisinin artmasına kömək edərək onu normal boyatma üçün zəruri olan qida maddələri ilə təmin edə bilər.