Süni mayalanma uşaqları fərqlənirmi? Yayılan 5 səhv fikir

0
930
Ekstrakorporal-mayalanma-EKM-usaqlar

Süni mayalanma etməyi düşünən cütlükləri hər zaman bir sual maraqlandırır: Süni mayalanmadan sonra doğulan uşaqlar, təbii yolla mayalanan uşaqlardan fərqi varmı? Onlar hansısa xəstəliklərə məruz qalırmı? Sonrakı nəsillərdə hansısa dəyişiklik baş verə bilərmi?

Qeyri-müəyyənlik qorxusu o qədər böyük olur ki, onlar laboratoriya şəraitində mayalanan uşağın doğum ideyasından imtina edirlər. Amma əslində süni mayalanma gələcəkdə genetik anormallıqlara səbəb olmur. Əmin olmaq üçün, embrionun anadan kənarda necə yaranmasını başa düşmək lazımdır.

Süni mayalanma proseduru qısa ardıcıllığı aşağıdakı kimi təsvir etmək olar:

  1. Gələcək valideynlərdən yumurtahüceyrələri və sperma götürülür.  
  2.  Ən keyfiyyətli spermatozoidlərin seçimi aparılır.
  3.  Laboratoriya şəraitində spermatozoidlərlə ilə yumurtahüceyrələri birləşdirilir.
  4. Yaranan embrion genetik tədqiq və müşahidə edilir.
  5. Sağlam embrion uşaqlığa yerləşdirilir.

Cinsi əlaqədən sonra təbii mayalanma prosesi, labaratoriya şəraitində olan mayalanma prosesi yalnız spermatazoidin yumurtahüceyrəsi ilə birləşməsi prosesi ilə fərqlənir. Süni mayalanma zamanı kişi hüceyrələri uzun yol keçmədən, birbaşa qadın yumurtahüceyrəsinə düşür.

Süni mayalanma haqqında geniş yayılan 5 səhv fikir

Çox vaxt, süni mayalanma yolu ilə doğulan uşaqlar cəmiyyət arasında qeyri-adi kimi qarşılanır. Cəmiyyət, Süni mayalanma uşaqlarının gələcəkdə öz uşaqlarının olmasına, habelə onların əqli və fiziki inkişafının normal olmasına şübhə edir.

Gəlin Süni mayalanma yolu ilə doğulan uşaqlar haqqında ən geniş yayılan 5 səhv fikirləri aydınlaşdıraq;

  • Zəif doğulurlar və səhhətində problemlər olur:

Süni mayalanma uşaqları həmişə səlahiyyətli mütəxəssislərin diqqəti altındadır, vaxtında peyvəndlər və ehtiyac zamanı profilaktik prosedurlar teyin olunur. Çoxillik müşahidələr, belə uşaqların tez-tez xəstələnməyə meyilli olmamasını müəyyən edib.

  • Bu uşaqların gələcəkdə öz uşaqları olmaya bilər:

Süni mayalanma mərkəzinə müraciət edən bir çox cütlüklərin əsas narahatçılığı “doğrudanmı ekm uşaqları gələcəkdə sonsuz ola bilər?” Bu suala cavab vermək üçün mütəxəssislər adətən süni mayalanma təcrübəsinin qırxillik statistikasını təqdim edir. Statistikaya görə süni mayalanma ilə doğulan uşaqların gələcəkdə təbii yolla valideyn olması tamamilə mümkündür. Bu müddət ərzində “sınaq şüşəsində mayalanan uşaqların” əksəriyyəti xoşbəxt valideynlər olub, buna görə süni mayalanma uşaqlarının valideyn ola bilməməsini söyləmək, əsassızdır!

  • Genetik qusurlarla doğulurlar:

Əslində, süni mayalanma sahəsində qırxillik statistika göstərir ki, ekstrakorporal mayalanmadan sonra genetik qüsurlu uşağın doğulma riski sıfıra bərabərdir. Belə nəticələr yüksək texnologiya, embrionun uşaqlığa yerləşdirilməsindən əvvəl onun diaqostikası hesabına əldə edilir. Embrioloqlar, mayalanmadan sonra embrionun hələ dörd hüceyrədən ibarət olduğu zaman, onu 3-5 sutka ərzində müşahidə edirlər.

Bu mərhələdə rüşeymdə müəyyən edilə bilər:

  1. Mümkün inkişaf qüsurları,
  2. Genetik xəstəliklər,
  3. Ağır qüsurlar,

Bu cür diaqnostikadan sonra uşaqlığa tam sağlam embrion yerləşdirlir, buda süni mayalanma uşaqlarının sağlam doğulmasının yüksək göstəricisidir.

Başa düşmək lazımdır ki, doğulan körpənin hansı yolla (təbii və ya Süni mayalanma) mayalanmasından aslı olmayaraq, inkişaf xəstəlikləri riski vardır.

Onun sağlamlığına təsir göstərə bilən amillər: valideynlərin həyat tərzi, yaşayış yerində ekoloji vəziyyət, valideynlərin yaşı və onların mövcud xroniki və genetik ötürülən xəstəlikləridir.

  • Donor yumurtahüceyrəsi ilə yaranan uşaq, valideynlərə oxşamaya bilər:

Süni mayalanma zamanı mayalanma üçün atanın spermatozoidləri və donor yumurtahüceyrələri lazım olur. Donor yumurtahüceyrəsi adətən yaxın qohumlardan və ya klinika bazasından seçilir. Sonuncu halda, xarici və fizioloji əlamətlərə görə, ananın zahiri görkəminə yüksək dərəcədə oxşayan namizəd seçilir. Bu zaman bütün donorlar, genetik və xroniki xəstəliklər uşağa ötürülməsinin mümkünsüzlüyü üçün geniş müayinədən keçirilir.

  • Zəif inkişaf edir:

Bu prosedurla doğulan uşaqlar üzrə olan ümumiləşdirilmiş müşahidələr əks nəticə göstərir: Sınaqşüşəsində mayalanan uşaqlar daha tez danışır, gəzir, rəqs edir… Onlar həmyaşıdları ilə daha tez dil tapır, daha ünsüyyətcil olurlar və təhsildə çox yüksək nəticələr göstərirlər. Bütün bunlar onunla əlaqədardır ki, belə uşaqlar çoxdan gözlənilən və valideynlər daha yaşa dolmuş olur, onlarla daha çox məşğul olunur  və daha çox birgə vaxt keçirilir.

İsveçli alimlər dünyanın beş ölkəsində, yüzdən çox süni mayalanma uşalarını müayinə edərək, sübut etdilər ki, belə uşaqlar həm fiziki, həm də psixoloji cəhətdən təbii yolla doğulan uşaqlardan heç nə ilə fərqlənmir. Süni mayalanma proseduru zamanı, həkimlər ən yaxşı yumurtahüceyrələri və sperma alır, və ən yaxşı embrion əldə edirlər və ən keyfiyyətli embrionları uşaqlığa yerləşdirirlər. Hətta bir çox professorlar bu yolla doğulan uşaqların daha sağlam olmasını iddia edir. Alimlər sübut ediblər ki, Süni mayalanma köməyi ilə yaranan beş-yeddi yaşlı uşaqlar boy, çəki, intellekti ilə adi həmyaşıdlarından heçdə fərqlənmir.

Süni mayalanmanın mənfi tərəfləri

Süni mayalanma prosedurunun müsbət rəylərinin çox olmasına baxmayaraq, onun mənfi tərəfi də mövcuddur. Bu prosedur zamanı uşaqlıq boşluğuna iki embrion yerləşdirilə bilər, nəticədə onların hər ikisinin bitişməsi, inkişafı mümkündür. İki embrion uşaqlıq boşluğunda uğurla inkişaf etməyə başlayırsa, buna çoxdöllü hamiləlik deyilir.

Burada sual yaranır, Süni mayalanmada çoxdöllü hamiləlik, qadın üçün nə qədər təhlükəlidir? Əlbəttə, ikinci uşaq sonsuz ailələr üçün heç vaxt arzuolunmaz olmayacaq, amma belə hallarda hamiləlik dəfələrlə mürəkkəbləşir və orqanizmə düşən yük daha ağır olur. Bu zaman bəzən doğuş vaxtından əvvəl təyin olunur, tez-tez erkən müddətdə düşüklər olur, xüsusilə bir embrionun məcburi uşaqlıq boşluğundan çıxarılması hallarında. Əlbəttə, belə bir çatışmazlıq, sevinclə çoxdan gözlənilən uşaqla müqayisə edilə bilməz.

Belə prosedurdan keçərkən, uşaq digər uşalara bənzəməyəcək kimi şübhələrə imkan verməyin.

Sadəcə, mütəxəssislərə inanmaq və nəhayət ki, xoşbəxt valideyn olmaq lazımdır.