Hamiləlikdə portağal yemək olarmı?

0
779
Hamiləlikdə portağal yemək olarmı?

Hamiləlik dövründə sitrus meyvələrinə, xüsusilə də şirin portağala olan daimi istək, demək olar ki, gözlənilən bir haldır. Məhz uşağın gözlənilməsi zamanı analarda qeyri-adi dad istəkləri yaranır. Hamiləlikdə portağal yemək olarmı? Lakin, unutmamalısınız ki, eyni zamanda maddələr mübadiləsi prosesləri xüsusi bir mərhələdədir, bədən iki dəfəyə işləyir və buna görə də xüsusilə diqqətli olmanız vacibdir.
Hamiləlik dövründə portağal yemək istəyi başa düşüləndir. Dadının turşulu və şəkərli olması hamiləliyin ilk mərhələlərində ürəkbulantı hissi ilə mübarizə aparmağa kömək edir. Bundan əlavə, portağalın tərkinibi dölün inkişafı və anemiyanın qarşısının alınması üçün zəruri olan A, B, C, P, D, fol turşusu, vitaminlər və mikroelementlərlə zəngindir. Bu sitrus, bədəndən toksinləri  çıxarmağa kömək edir, bədənin müqavimətini artırmaqla virus törədici mikroblara qarşı immunitet sistemini gücləndirir. Bundan başqa, portağal əhval-ruhiyyəni qaldırır və ürək-damar xəstəliklərinin qarşısını almaq üçün profilaktik meyve hesab olunur.

Portağalın hamiləlik zamanı əks göstərişləri nədir?

Portağal hamiləlik dövründə rahat şəkildə tövsiyyə edilən bir meyvədir, lakin problemlərin qarşısını almaq üçün diqqətli olmalı və portağalın istifadəyə qarşı əks göstərişli olmasını da bilməlisiniz. Onları da digər sitruslar kimi minimum miqdarda qəbul etməli, mədə və ya onikibarmaq bağırsaqda problemlər olduğu halda tamamilə imtina edilməlidir. Şəkər xəstəsi, allergiyası olan gələcək analara da portağal qəti qadağandır.

Hətta, əgər siz özünüzdə əvəllər allergik reaksiya müşahidə etməsəz belə hamiləlik zamanı narıncı sitruslardan ehtiyatla istifadə etmək lazımdır. Bir dilim ilə başlayın və iki gün ərzində ərzində yaranması mümkün reaksiyasını izləyin. Daha sonra dilimlərin sayını tədricən artıra bilərsiniz. Hamilə üçün 1-2 ədəd portağal maksimal həddir. Daha çox sayda sitrus meyvəsinin istifadəsi zamanı, anada allergiya olmadıqda belə, döldə mənfi reaksiya meydana gələ bilər ki, bu da gələcəkdə körpədə allergiya halına gələ bilər.
Fərqli sitrusların fərqli kimyəvi tərkibinə müvafiq olaraq, fərqli növ allergik reaksiyaları vardır.  Mümkün olan mənfi təsirləri azaltmaq üçün gündəlik olaraq portağal, naringi, qreypfrut kimi sitrus meyvələrini digər meyvələr ilə növbələyin.