Hamiləliyin 34-cü həftəsində gələcək ana daim diqqət mərkəzində olmalıdır. Yaxud, o özü öz vəziyyətinə nizam-intizamla nəzarət etməlidir. Hamiləliyin 34-cü həftəsində “Brekston-Hiks sancıları” baş verir. Bu ağrı hissləri uşaqlığın yuxarı hissəsində yaranır, bütünlüklə qarın nahiyəsinə yayılır və sakitləşir. Amma bu, doğuş ağrıları deyil, odur ki, həyəcanlanmağa dəyməz. Dölətrafı suyun çəkilməsi isə narahatlıq yaratmalıdır və bu zaman həkimə müraciət etmək lazımdır.
Ana özünü necə hiss edir?
Orqanizm intensiv şəkildə doğuşa hazırlaşmağa başlayır. Uşaqlıq öz ilkin ölçüsündən 500 dəfə artaraq 10 dəfə ağırlaşır. Hamiləliyin 34-cü həftəsində dölətrafı suyun həcmi təxminən 1 litrdir. Halbuki, hamiləliyin 2-ci həftəsində dölətrafı suyun həcmi cəmi 20 millilitr idi. Bu mərhələdə siz bel nahiyəsində ağırlıq hiss edə bilərsiniz. Bu hissdən azacıq da olsa qurtulmaq üçün yatmazdan əvvəl çanağınızı sağa-sola fırladın. Süd vəziləri böyüyür, mütəmadi olaraq onlardan ağız südü sızır, cift hormonları tərəfindən südün yaradılması hələ ötən həftədən başlanıb və bu həftə davam edir. 34-cü həftədə cinsi əlaqələri təxirə salmaq lazımdır. Adətən, bu dövrdə qadınlar artıq doğum evini (əgər varsa) seçmiş olurlar, həkimlə tanış olurlar, onun telefon nömrəsini götürürlər, məhz həmin doğum evi üçün lazım olan əşyaların siyahısını dəqiqləşdirirlər. Hamiləliyin 34-cü həftəsində siz təmiz havada gəzinti üçün vaxt ayırmalı (əslində, bu, bütünlüklə hamiləlik dövründə vacibdir), çox sakit həyat tərzi keçirməli, hər cür stressdən və fiziki yüklənmələrdən uzaq qaçmalı, özünüzü ağır işlərlə yormamalısınız — doğuşun vaxtından əvvəl baş verməməsinə çalışmalısınız. Bu imkandan istifadə edin — doyunca yatın, istirahət edin, gözəl musiqi dinləyin, nikbin ədəbiyyat oxuyun. Körpənizə layla oxumağı da unutmayın – o sizi eşidir.
Hamiləliyin 34-cü həftəsində döl


