Hamiləliyin 31-ci həftəsi, doğuşun vaxtı tədricən yaxınlaşır. Körpə hər gün böyüyür, çəkisi artır, yeni vərdişlərə yiyələnir. Anası isə narahatlıq keçirir, rahat yeriyə və nəfəs ala bilmir. Körpə daha çox yer tutur və bir müddətdən sonra dünyaya gəlməyə hazırlaşır.
Ana özünü necə hiss edir?
Sizin çəkiniz təxminən 8,6 kq artıb. Bu, dölün, ciftin, dölyanı suların, böyümüş uşaqlığın və damarlardakı qanın miqdarının ümumi çəkisidir. Qarın böyüməkdə davam edir. Uşaqlıq bir qədər də qalxıb və indi göbəyin üzərində 11 sm hündürlükdədir. Döl durmadan artır və ana bətnində özünə daha çox yer tələb edir – odur ki, döş qəfəsinizdəki və çanağınızdakı xoşagəlməz hisslərdən narahat olmayın. Böyüyən uşaqlıq bütün orqanların yerini dəyişərək onların fəaliyyəti üçün müəyyən çətinlik yaradır. Bu, xüsusən, mədəyə aiddir. Qıcqırma bunu təsdiq edir.
Hamiləliyin 31-ci həftəsində baş verən problemlər
Bir qayda olaraq, hamiləliyin 31-ci həftəsində təngnəfəslik və bel ağrıları baş verə bilər. Obrazlı şəkildə desək, doğuş prosesində hazırlaşaraq bel “məzuniyyətə çıxır”. Bütün bel əzələləri və bağları indi istirahət edir ki, sonradan doğuş fəaliyyətində fəal iştirak edirlər. Bu həftə ayaqlarda damarların şişməsi mümkündür. Bu dövrdə çəki artımının yolverilən norması həftədə 300 qramdan artıq olmur. Normal təzyiq 120/70 mm civə sütunu təşkil edir. Hamiləliyin 31-ci həftəsində hamilə qadının müdafiə gücü ciddi şəkildə zəifləyir, süd yarasının baş verməsi mümkündür. Böyrəklər mayeni emal etməyi və duzları xaric etməyi çatdırmaya bilər, bu isə ətrafların şişməsinə gətirib çıxaracaq. Profilaktika üçün: hər dəfə imkan olanda oturarkən ayaqlarınızı nisbətən hündür yerə qoyun; ayaqqabı və geyim dar olmamalıdır; duzdan istifadəni azaldın; hər gün ən azı 1,5 litr su için4 mütəmadi olaraq sidik analizi verin; kompressiyalı corablar geyin.
Hamiləliyin 31-ci həftəsində körpənin çəkisi
Körpə fəal
Hamiləliyin 31-ci həftəsində tərpənişlər
Bu müddətdə körpə, əvvəlki kimi, vaxtaşırı olaraq, əlləri və ayaqları ilə xaotik hərəkətlər edir. Amma indi onun təkanları daha güclüdür. Ana daim öz qarnını müşahidə edərək daxilindəki həyatın necə cərəyan etdiyini izləyir. Hamiləliyin 31-ci həftəsində körpənin səciyyəvi hərəkətləri onun ətraflarının əzələlərinin inkişafı üçün zəruri olan tərpənişlər, kəskin səsdən və ya qorxudan diksinməsi və hıçqırıq zamanı bədəninin tərpənməsidir.
Əgər o indi doğulsaydı…
Aradan cəmi 7 gün keçir, amma bu 7 gün körpənizi elə dəyişir ki, o indi bir həftə əvvəl olduğundan fərqlidir. Onun ağciyər toxuması hər gün «yetişir», alveolar torbacıqlarda epitel hüceyrələr – “surfaktant” adlı xüsusi maddə ifraz edən qat yaranır. Bu, yeni doğulmuş insana öz ciyərlərini açmaqda və ilk dəfə müstəqil şəkildə nəfəs almaqda kömək edəcək. Fərqi hiss edirsinizmi? 30-cu həftədə bütün bunlar yox idi. Körpə hamiləliyin 31-ci həftəsində anadan olsaydı, onun həyatda qalmaq şanları qat-qat artıq olardı.


