Mayalanma prosesi
Hamiləliyin 3-cü həftəsi başlayıb. Artıq yeni bir həyat başlamaq üzrədir. Bir yumurta hüceyrəsini xeyli sayda spermatozoidlər yaxınlaşmağa çalışır. Ancaq təxmini 10 saatlıq yolu qət edən spermatozoidlerden yalnız biri 20 dəqiqə ərzində yumurta hüceyrəsinin qalın divarından daxilə girə bilir və bu zaman yumurta hüceyrəsinin qişası digərləri üçün keçilməz olur. Spermatozoidin yumurta hüceyrəsinə girdiyi an, orqanizmə mayalanma haqqında siqnal ötürülür. Bu zamanda müəyyən dəyişiliklər baş verir və bəzi qadınlar bunu hiss ede bilər. Mayalanmış yumurta sürətlə bölünərək hüceyrələrin çoxalmasına gətirib çıxarır. Uşaqlığa yerləşən Blastosist adlanan bu hüceyrələrin ümumi ölçüsü 0.15 mm- dir. Artıq burada uşağın cinsiyyəti müəyyəndir.
Yumurta hüceyrəsi (X) əgər X xromosumu daşıyan sperma ilə mayalanarsa XX – qız, Y xromosomu daşıyan sperma ilə mayalanarsa XY
- Hamiləliyin 3-cü həftəsi zamanı qidaniza bol meyvə və tərəvəz elavə edin. Konservant qidalardan uzaq olun. Təbii qidalara üstünlük verin. Həkiminizin məsləhəti ilə vitamin qəbuluna başlaya bilərsiniz.



