Analıq məzuniyyəti ərəfəsində son həftə — hamiləliyin 29-cu həftəsi başlanır. Bəzi xoşbəxt analar artıq analıq məzuniyyətindədir və bütün diqqətini hamiləliyin yekun mərhələsinə yönəldə bilərlər. İndi siz hər bir yeni əlaməti səbirsizliklə gözləyəcək və körpə ilə görüşə hazırlaşacaqsınız. Bu dövrdə həkimə daha çox müraciət etməli olacaqsınız. Öz yeni vəziyyətinizə uyğunlaşmalısınız: günün rejimini öz vəziyyətinizə uyğun seçməli, öz yaxınlarınızın köməyindən istifadə etməlisiniz.
Qadın. Günün rejimi və çəkiyə nəzarət
Əgər hamiləliyinizin 29-30-cu həftəsidirsə, bu müddətdə ən əsas məqam çəkiyə nəzarət olunmasıdır. Həkiminizin məsləhətlərinə qulaq asın, nizam-intizamlı olun. Artıq çəki nə sizə, nə də körpənizə lazım deyil. Təbiət sizin körpənizin hansı çəkidə olmasını özü bilir və onun ölçüləri sizin çanağınızın imkanlarına uyğunlaşdırır. Təbiətin planlarına zidd getməyin: həddən artıq yeməyin, polivitaminlərin qəbulu fasiləsiz olmamalıdır. Kursun müddəti və sayı haqqında sizə həkim məlumat verəcək.
Hamiləliyin 29-cu həftəsində qıcqırma, ürəkbulanma, bel ağrıları, yuxusuzluq kimi hallar baş verə bilər. Amma bu cür nasazlıqların daha da artmasının qarşısını almaq sizin öz əlinizdədir. Xırda hissələrlə yesəniz, qıcqırma o qədər də ciddi olmayacaq. Rahat vəziyyətdə oturun, rahat ayaqqabı deyin — bu halda sizə bel ağrıları əziyyət verməyəcək. İmkan daxilində, hər gün eyni vaxtda, havası təmiz otaqda yatın. İndi uşaqların tərbiyəsi haqqında yaxşı kitablar oxumaq vaxtıdır. İndi əldə etdiyiniz biliklər sonradan sizə gərək olacaq, çünki ilk aylar ərzində bu bilikləri əldə etməyə vaxtınız olmayacaq. Uşaqların dünyaya gəlməsi haqqında qəmli filmlərə və verilişlərə baxmağa dəyməz. Bu barədə siz yalnız müsbət emosiyalar əldə etməli, şən əhvalatlar dinləməlisiniz. Bərbərə, manikür ustasına baş çəkin. İndi gözəl olmağınız bu sehrli vəziyyəti həyatınızın ən xoşbəxt dövrlərindən biri kimi yadda saxlamaq üçün yaxşı vasitədir.
Hamiləliyin 29-cu həftəsində dölün inkişafı
Bu dövrdə körpənin ürəyinin döyüntüsünü eşitmək mümkündür. Körpə artıq kifayət qədər iridir – bu,


