― Advertisement ―

Uşaqlarda anadangəlmə ürək qüsurları dövlət hesabına aradan qaldırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Bona Dea Hospitalı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına...
Ana səhifəHamilelik teqvimiHamiləliyin 19-cuhəftəsi

Hamiləliyin 19-cuhəftəsi

Hamiləliyin 19-cu həftəsində bir çox qadınlar artıq körpənin tərpənişlərini hiss edirlər. Bəziləri onun hər bir hərəkətini aydınca eşidir, bəziləri isə yalnız ilk «kəpənək pərvazını» duyur. Gələcək ananın çəkisi tədricən artır, ombası genişlənir. Körpə böyüyür, ağırlaşır, kiçik adama daha çox bənzəyir. Hamiləlik öz ekvatoruna yaxınlaşır – bu, çox sevindirici haldır.

Hamiləliyin 19-cu həftəsində nə baş verir?

Yuxu zamanı rahat uzanmaq çətinləşir. Artıq qarnın üzərində uzanmaq qətiyyən olmaz, həm də bu, narahatlıq yaradır. Gələcək anaya kürəyi üzərində uzanmaq da olmaz: uşaqlıq şah damarı sıxa bilər, bu isə təhlükəlidir. Yalnız ayağı azacıq qatlayaraq böyrü üstə uzanmaq qalır. Yeri gəlmişkən, ayağın altına yastıq qoymaq olar. Uşaqlığın böyüməsi çanaqda və bel nahiyəsində bəzi ağrılı hisslərlə müşayiət oluna bilər. Sümüklər tədricən aralanmağa başlayır, bu isə heç də həmişə ağrısız ötüşmür. Amma gələcək ananı yalnız qarnın aşağı hissəsində sancıya bənzər ağrı narahat etməlidir, yüngül ağrılar isə normaldır. Uşaqlıq böyüdüyündən, qadının yerişi də dəyişilir. İndi dikdaban ayaqqabıları bir neçə aylıq unutmaq lazımdır. Dartılmalara qarşı kremlərdən istifadə edilməli, dəriyə, saçlara, dırnaqlara qulluq göstərilməlidir. Dişlərinizdə problem yaranarsa, həkimə müraciət edin.

Hamiləliyin 19-cu həftəsində döl

Körpənin beyni böyüyərək fəal inkişaf edir. Bunun nəticəsində, həmçinin, dölün hərəkətləri də nizamlı olur, bu hərəkətlərdəki əvvəlki pərakəndəlik yoxa çıxır. 19-cu həftədə körрənin bronxial şaxələri formalaşır, onun tənəffüs sistemi təkmilləşir. Dölün piy vəziləri də, belə demək mümkünsə, durmadan işləyir: onlaın yaratdığı ağımtıl-boz rəngli sürtkü məhlulu dölü dölyanı mayenin və patogen mikroorqanizmlərin təsirindən qoruyur. Hamiləliyin 19-cu həftəsində dölün inkişafı kifayət qədər sürətlə baş verir: körpənin boynu möhkəmlənib, indi o, boynunu 180 dərəcə döndərə bilir.  Hamiləliyin 19-cu həftəsində körpənin ombasından təpəciyinə qədər boyu 13-15 sm, çəkisi isə 200 qram təşkil edir.

error: Alert: Content selection is disabled!!