Hamilelik teqvimi

Hamiləliyin 15-ci həftəsi

0
14006
Hamiləliyin 15-ci həftəsi

Hamiləliyin 15-ci həftəsi zamanı ilk baxışdan heç bir şey ağrımır, xoşagəlməz hisslər olmur, gələcək ananın iştahı əladır, amma onu yenə də nə isə narahat edir. Məhz bu dövrdə bəzi hamilə qadınlar dərisinin qurulaşdığını, dırnaqlarının sındığını, saçlarının həmişəkindən daha çox töküldüyünü hiss edirlər. Bu zaman körpə çox yaxşı inkişaf edir, «anasız» həyata səylə hazırlaşır. Bəz bu cür xarici dəyişikliklərin səbəbi nədədir və onlarla mübarizə aparmaq mümkündürmü?

Hamiləliyin 15-ci həftəsində nə baş verir?

Qadın orqanizminin kalsiuma və digər qida maddələrinə tələbatı əhəmiyyətli dərəcədə artır. Yalnız vitaminlərə ümid etmək olmaz: qida sizi bu cür mühüm elementlərlə də təmin etməlidir. Əgər gecələr gələcək ananı baldırlarında qıcolmalar narahat edirsə, bu, kalsium çatışmazlığının əlamətidir. Uşaqlıq tədricən artaraq qarın boşluğuna keçir, buna görə də onun sidik kisəsinə təzyiqi azalır. Tez-tez baş verən sidik ifrazatı artıq keçmişdə qa lır. Amma çox güman ki, uşaqlıq bağırsaqlara təzyiq göstərməkdə davam edəcək: nəcis ifrazatında problemlər istisna deyil. Qəbizliyin qarşısını almaq üçün öz qidanıza diqqət yetirməlisiniz. Qan dövranının həcminin artması bilavasitə orqanizmin dəmirə olan tələbatı ilə bağlıdır. Bu elementin çatışmazlığı hamilə qadında anemiya yarada bilər – bu zaman başgicəllənmə, zəiflik, gözünün qarşısında nöqtələr yaranır. Kalsium çatışmazlığını aradan qaldırmaq üçün səhər yeməyinə kəsmik yeyin. Bu, şirin kəsmik kütləsi yox, məhz kəsmik olmalıdır. Sutka ərzində 2 litrədək su için. Döş gilələri, bir qayda olaraq, daha da tündləşir. Döşlər iriləşir, əvvəlki alt paltarı iri ölçülü yeni paltarla dəyişmək lazımdır.

Hamiləliyin 15-ci həftəsi –  dölün inkişafı

Hamiləliyin 15-ci həftəsi zamanı sizin körpənizin boyu 93-103 mm, çəkisi isə 50 qramdır. Xarici cinsiyyət orqanları differensiallaşır, bu isə o deməkdir ki, hamiləliyin 15-ci həftəsində USM-də artıq dölün cinsini müəyyən etmək mümkündür. Ayaqlar artıq inkişafdan qalmır, onlar hətta qollardan daha uzundur. Körpənin gözləri bir-birinə yaxınlaşır, qulaq seyvanları artıq demək olar ki, təkmilləşib. Körpənin bədənində tükcüklər çıxmaqda davam edir. Hipofiz, tər və piy vəziləri fəal surətdə işləməyə başlayır. Döl hələlik qırmızımtıl rəngdə olsa da, artıq şüşə kimi şəffaf deyil.  Körpə fəallaşır və yaxın vaxtlarda ana onun ilk təkanlarını eşidəcək.

Ana Üçün Dəyişikliklər:

  1. Enerji Artımı: Hamiləliyin əvvəlki həftələrində olan yorğunluq və halsızlıq artıq keçməyə başlayır. Qadınlar bu həftədə daha çox enerji hiss edə bilərlər.
  2. Körpənin Hərəkətləri: Bəzi qadınlar artıq körpənin ilk yüngül hərəkətlərini hiss etməyə başlaya bilərlər, lakin bu, daha çox hamiləliyin 18-20-ci həftələrində daha aşkar olur.
  3. Dəridə Dəyişikliklər: Hamiləlik hormonları dəridə müəyyən dəyişikliklərə səbəb ola bilər. Üz və qarın nahiyəsində rəng dəyişiklikləri və ya “hamiləlik parıltısı” adlanan vəziyyət müşahidə oluna bilər.
  4. Yumşalmış Diş Əti və Burun: Hormonların təsiri ilə diş ətləri və burun selikli qişası yumşala bilər, bu da burun tıxanıqlığı və diş ətində qanamalarla nəticələnə bilər.

Körpənin İnkişafı:

  1. Boy və Çəki: Körpə təxminən 10-11 sm uzunluğunda və təxminən 70-80 qram ağırlığında olur. Bu mərhələdə körpənin əzələ və sümük strukturu güclənir.
  2. Dəri: Körpənin dərisi hələ çox nazikdir, lakin artıq inkişaf etməyə başlayıb və onu qorumaq üçün lanugo adlanan incə tük örtüyü yaranır.
  3. Yemək və İfrazat: Körpə amniotik mayeni udur və bu mayenin bir hissəsi körpənin böyrəkləri vasitəsilə süzülür, sonra isə amniotik mayeyə geri qaytarılır.
  4. Hərəkətlilik: Körpə bu dövrdə daha çox hərəkət etməyə başlayır. Körpənin baş barmağını əmməsi, əzələlərin bərkiməsi və oynaqların işləmsi bu həftədə baş verən proseslərdəndir.

Nəzarət və Məsləhətlər:

  • Dəmir və Kalsium: Bu həftədə qadının qidalanmasına xüsusi diqqət yetirmək lazımdır. Dəmir və kalsium ehtiyacı artır, buna görə də həkim məsləhəti ilə bu elementlərlə zəngin qidalar və ya əlavələr qəbul edilməlidir.
  • Müntəzəm Hərəkət: Enerji artımından istifadə edərək, həkimlə məsləhətləşərəq, yüngül idman hərəkətləri ilə məşğul olmaq tövsiyə edilir. Lakin, bu hərəkətlərin hamiləlik üçün uyğun olduğuna əmin olmaq vacibdir.
  • Skrininq Testləri: 15-ci həftədə bəzi prenatal testlər, məsələn, alfa-fetoprotein (AFP) testi, Down sindromu və digər genetik xəstəliklərin riskini təyin etmək üçün həyata keçirilə bilər.

Hamiləliyin 15-ci həftəsi ananın özünü daha yaxşı hiss etməyə başladığı, körpənin isə sürətli inkişafının davam etdiyi bir mərhələdir. Bu dövrdə ananın özünə yaxşı baxması və həkim məsləhətinə əməl etməsi çox vacibdir.

Növbəti məqalə: 16 Həftə Hamiləlilk