Körpənin ilk hamamı haqqında hər şey

0
2349
Körpənin ilk hamamı

Körpənizin çox kiçik olduğundan vanna qəbulu zamanı əllərinizdən çıxacaq, qulağına su dolacaq, soyuq olacaq, xəstələnəcək və ya su udacaq deyə çox qorxursunuz, elə deyilmi?! Narahat olmayın, körpə hamamının necə olamasına aid bütün suallara bu yazıda cavab verməyə çalışacayıq.

  1. Körpələr doğulduqdan neçə gün sonra çimdirilir?

Doğulduqdan 2-3 gün sonra yeni doğulmuş körpənizi çimdirməyə başlamaq olar.

2. Körpələr nə vaxt çimdirilməlidir?

Mütəxəssislər, körpənin doğumdan sonrakı ilk 6 ayda mümkünsə hər gün və ya ən azı gün aşırı çimdirilməsini məsləhət edirlər.

3. Yeni doğulan körpənin göbəyi düşmədən hamam qəbulu etdirmək olarmı?

Bəli, ancaq vanna qəbulundan əvvəl körpənizin göbək nahiyəsi steril məhlul ilə yaxşı silinməlidir.

4. Hamam suyunun temperaturu necə olmalıdır?

Körpənin vanna suyunun temperaturu 36-38 dərəcə olmalıdır. Suyun nə dərəcədə olduğunu ölçmək üçün körpə hamam termometrindən istifadə edə bilərsiniz. Termometr yoxdursa, dirsəklərinizi suya batıraraq, temperaturun aşağı və ya yüksək olduğunu yoxlaya bilərsiniz.
Körpənizin hamam otağının istiliyi isə 25-26 dərəcə olmalıdır.

5. Hamam qəbulunun müddəti nə qədər olmalıdır?

İlk vaxtlarda 5-6 dəqiqə kifayətdir. Bu müddət 6 aylıq bir körpə üçün uzadıla bilər. 

6. Körpə ac yoxsa tox olarkən çimdirilməlidir?

Körpənin qidalandıqdan 2 saat sonra çimdirilməsi məsləhətdir. O, nə ac, nə də çox tox olmamalıdır. Ac olarsa narahat olar, tox olarsa qusa bilər.

7. Körpə hamamında əsas hansı vasitələrdən istifadə olunur?

Körpə vannası, vanna toru uşaq şampunu və sabunu, steril pambıq disklər, körpə hamam süngəri, körpə bədən yağı və ya lazım olarsa, səpkiyə qarşı körpə bədən kremi, körpə üçün dəsmal.

8. Körpə şampunu necə olmalıdır?

  • Körpənin dərisinə uyğun olması üçün pH 5-6,5 arasında olmalıdır. Buna görə də onun tərkibində sabun və yuyucu vasitələr kimi təsirli qatılaşdırıcı olmamalıdır.
  • Yumşaq bir formulaya sahib olmalıdır və körpənizin gözlərini yandırmamalıdır.
  • Tərkibində spirt, ətir, rənglədici, SLS və paraben olmamalıdır.
  • O, dəri alergiyası yaradan kimyəvi maddələrdən ibarət olmamalıdır. Şampun hipo-allergen olmalıdır.
  • Yalnız körpənin həssas dərisi üçün istehsal olunmalı və təbii maddələrdən ibarət olmalıdır.

9. Körpənin hamam qəbulu üçün neçə nəfər lazımdır?

İki nəfər olduqda daha rahat olar. Biriniz körpəni tutarkən, digəriniz onu yuyursunuz. Ancaq əlbəttə ki, körpənizi tək də yuya bilərsiniz.

10. Körpələrin vanna qəbulu zamanı nələrə diqqət etmək lazımdır?

İlk olaraq, körpənizi yuyarkən onu tək qoymayın, uzun müddət vannada saxlamayın, vanna toruna qoysanız da körpənizi möhkəm saxlayın.

Körpənizi hazırlayın Körpənizi yuymağa başlamazdan əvvəl onunla sakit və yumşaq bir şəkildə danışın. Dediklərinizi başa düşməsədə, səs tonunuz onu rahatlaşdıracaq.

Bütün vanna məhsullarını yaxınlığınızda saxlayın – Şampun, süngər, dəsmal kimi körpə hamamında ehtiyacınız olan məhsulları əlinizin altında saxlayın.

Suyun temperatur və miqdarını yoxlayınSuyun temperaturunu optimallaşdırın. Vannaya 4-5 sm yuxarı su ilə doldurmağınız kifayətdir.

Körpənizi vannaya qoyun – Bezini və geyimini çıxardığınız körpənizi suyun istiliyini təyin etdiyiniz vannaya qoyun.

Sıx tutunBir əlinizlə körpənizi yuyarkən, digər əlinizi körpənizin başınının altında saxlayın.

Əvvəlcə gözlərini təmizləyin – Steril pambıq disklər ilə körpənizin gözlərini içəridən kənara doğru təmizləyin.

Başın yuyulması – Körpənizin başını yuyarkən, gözlərinə su gəlməməsi üçün əlinizi alnına qoyun. Hər bir vanna qəbulu zamanı körpənizi şampunlamalı deyilsiniz. Yalnız həftədə bir və ya iki dəfə şampunlaya bilərsiniz. Başının ıslaq qalmasından narahat olursuzsa, əvvəlcə bədənini sonra başını yuya bilərsiniz. Baş yuyulması zamanı gözlərinə və qulaqlarına su dolmaması üçün körpənizin üzünü aşağı tutaraq başını yuya bilərsiniz. Bir az su qulağına və ya gözlərinə gedərsə, narahat olmayın. Çünki, bir az su qulaq sekresiyalarını yumşaldaraq, körpənizi rahatlatacaqdır. Suyu yavaş-yavaş tökərək, yumağı davam edin.

Körpənin kürəyini və bud hissəsini yuyun – Körpənizi üzü aşağı çevirib, qoltuq altından saxlayın, kürəyini və budunu yuyun.

Qatları unutmayınQol altında, qulaqların arasında, ayaqlarda, boynunda və uşaq bezini bağladığınız yerdə olan qatları yaxşı yuyulduğundan əmin olun. Körpəniz qızdırsa, cinsiyyət dodaqlarını yumşaq bir şəkildə təmizləyin. Oğlandırsa, cinsiyyət orqanını qaldırıb, diblərini təmizləməyi unutmayın.

Körpənizi dərhal qurulayınKörpəniz vanna otağından çıxanda sürüşkən olacaq. Körpənizi vannadan çıxardıqdan sonra çiyninizə qoyduğunuz dəsmal ilə dərhal sarıyın. Sonra körpənizi rahat uzadıb, həssas dərisini qıcıqlandırmadan yumşaq bir şəkildə qurudun.

Körpə masajı – Körpənizin dərisi nəm olmasına baxmayaraq, onu körpə yağı ilə yağlayın və sonra masaj edin. Əlbətdə ki, hər hamamdan sonra körpənizi masaj etməyiniz lazım deyil, ancaq yuxu probleminiz varsa, hamamda masaj etmək körpənizə yaxşı yatmağa kömək edəcəkdir.

Körpənizi geyindirin Əgər körpənizin səpki problemi varsa, səpki kremini tətbiq edin və sonra uşağı bezinə qoyub, paltarını geyindirin.

11. Körpənin ağız köpüyünün gəlməsinin qarşısını necə almaq olar?

Bir çox analar kimi, körpənizi çimdirərkən, ağzından gələn köpükdən qorxa bilərsiniz. Bunun qarşısını almaq üçün əvvəldə qeyd etdiyimiz kimi suyu yavaş-yavaş töküb, körpənin üzünü əliniz ilə örtməlisiniz.

12. Körpələrdə çimmək qorxusunu necə aradan qaldırmaq olar?

Bir çox körpələr hamamda qorxur və çimərkən ağlayır. Körpəniz vanna otağına girərkən və ya vannasını gördüyü zaman vanna almaq istəmirsə və ağlayırsa, bu işi sevdiyi və ya yeni hamam oyuncaqları ilə sevdirmək sizin əlinizdədir.

Bundan əlavə, sizin narahat və ya stresli olmağınız körpənizdə çimmək qorxusu yaradır və ağlayır. Buna görə də vanna otağından qorxur. Vanna qəbulunu hər ikinizin sakit olacağı zamanda etməyinizdə böyük fayda var.