Körpələrdə dırnaq baxımı necə edilir?

0
7538
Körpələrdə dırnaq baxımı

Olduqca kiçik olan körpə dırnaqlarının baxımı gözünüzü qorxutmasın. Körpələrdə dırnaq baxımı vacibdir. Hər bir valideyn ilk dırnaq baxımı zamanı adətən, körpəyə zərər
verməkdən qorxar və çətinlik çəkər. Ancaq narahat olmayın, qısa müddət içində alışarsınız. Burada diqqət etməyiniz lazım olan bəzi məqamları sizlərə təqdim etmək istəyirik.

Körpələrdə dırnaq baxımı: Yetkin qayçı deyil, körpə üçün uyğun qayçı seçilməlidir

Körpəniz üçün əvvəlcə yaxşı keyfiyyətli bir qayçı seçməlisiniz. Körpələr üçün olan bu qayçılar xüsusi hazırlanmış olur, onlar adi qayçı kimi deyillər. Bu seçim həm işinizi asanlaşdıracaq, həm də içinizi rahatlaşdıracaq.

Dırnaqların ən asan kəsildiyi zamanı seçin

Körpənizin hamamdan çıxdığı vaxtı seçsəniz, suda yumşalmış olan dırnaqları kəsmək daha asan olacaqdır. Mümkünsə, əlini dəsmala açıb dırnaqlarını kəsin. Yaxud rahat və təhlükəsiz bir mövqe alın ki, körpənin ani hərəkəti zamanı əli əlinizdən sürüşməsin. Körpə əlcəklərini ilk 6 həftə istifadə etməkdə fayda var, çünki kəskin olan körpə dırnaqları körpənin dərisini cıza bilər. Körpə əlcəyi istifadə edilərkən gün ərzində bir neçə dəfə əlcəkləri çıxardaraq, körpənizin əllərinin havalanmasını təmin edin.
Diqqət: Körpənizin dırnağını çox dibindən kəsməyə çalışmayın, lazım gələrsə, körpələr üçün xüsusi olan dırnaq törpüsü (“pilkası”) ilə bir qədər yonaraq də qısalda bilərsiniz.