Bizə yazın
[contact-form-7 id="4" title="Bizə yazın"]

Uşaqlarda ishal (diareya)

28.11.2017

İshal – uşaqlarda ən çox görülən həzm xəstəliklərindən biridir. Bu simptom körpənin mədə-bağırsaq traktının müxtəlif xəstəliklərində və infeksiyalarında ortaya çıxaır. Uşaqda ishal zamanı nə edim və o, nə ilə balaca orqanizm üçün təhlükəlidir, bu məqalədə baxacağıq.

İshal zamanı nə baş verir?

Uşaqlarda ishal müalicəsi, valideynlər üçün ümumi və tez-tez təkrarlanan problemdir. Axı, ishala səbəb olan səbəblər çoxdur və demək olar ki, bütün uşaqlar buna yoluxur. İshal, bədənin bağırsaq patogenləri və ya toksinlərindən qurtarmaq üçün istifadə etdiyi qoruyucu mexanizmlərdən biridir. Lakin, uzun müddət davam edən ishal körpənin bədəni üçün təhlükəlidir. İshal zamanı nə baş verir? Normalda bağırsağın çəkmə qabiliyyəti kifayət qədər böyükdür. İnfeksiya və bağırsaq xəstəlikləri, bağırsağın çəkmə və həzm prosesi pozğunluqlarına səbəb olur. Bu funksiyalar pozulduqda, maye və tam həzm olunmamış qida, maye nəcis şəklində xaric olur. Uşaqlarda ishal bəzən ağrı ilə müşayiət olunur. Bu simptomun xoşagəlməz narahatlığından başqa, körpənin sağlamlığına çox ciddi təsir edəcək bir təhlükə də ola bilər. Və bu təkcə o deyil ki, orqanizm qidadan faydalı maddələri almır, bundan başqa ishal nəticəsində orqanizmi maye ilə birlikdə, mineral duzlar tərk edir.

Uşaqlarda ishalın simptomları:

  •  Qarında güclü qurultu;
  •  Qarın nahiyəsində ağrılar; Köp;
  •  Tez-tez duru nəcis xaric olunur;
  • Halsızlıq;
  • İştahasızlıq;
  •  Bəzi hallarda ürəkbulanma;
  • Bəzən, nəcisdə selik və ya qan ləkələrinin olması.

Bütün bu simptomlar asanlıqla tanınır. Siptomların ardıcıllığı, uşaqdan və ishalın şiddətindən asılıdır.

Uşaqlarda ishalın səbəbləri

Uşaqlarda ishalın səbəbləri çox müxtəlif ola bilər. Bunların bəzilərini aşağıdakı qruplara bölmək olar:

  1. Qida pozğunluqları. Əgər uşaq ana südü içirsə, ishala səbəb ananın pəhrizinin pozulması ola bilər. Daha yaşlı uşaqlarda belə problem, sellüloz tərkibli məhsulun həddən artıq yeyilməsi zamanı yarana bilər. Çox yemək ishalın yaranmasına səbəb də ola bilər. Hər valideyn uşağın giləmeyvə, şirniyyat və meyvənin nə qədər yeməsinə diqqət etməlidir – məhz bu məhsulların böyük həcmdə yeyilməsi, körpədə ishala səbəb ola bilir.
  2. Dərmanların nəticəsi. Uzun müddətli dərman qəbulundan sonra (adətən antibiotiklər) bağırsaq mikroflorasının pozulması nəticəsində ishal yarana bilir.
  3. Bağırsaq infeksiyaları. Bu, körpənin nəcisinə təsir edən ən ümumi faktordur. Virusların, bakteriyaların və göbələklərin həzm sisteminə düşməsi, bağırsaqların işləməsində pozğunluqlara səbəb olur. Ən çox yayılmış patogenlər arasında rotovirus infeksiyası, salmonellosis, dizenteriya və digər bakterial mənşəli infeksiyalar daxildir.
  4. Dispepsi pozulmalar. İshal –  qaraciyər, mədəaltı vəzi və nazik bağırsağın patologiyalarında ferment çatışmazlığının bir əlaməti ola bilər.
  5. Sinir gərginliyi. İshal yaşanan qorxu və stress səbəbində də yarana bilər.
  6. Diş çıxımı – zamanı da ishal.

Bəzən ishal qusmaqla və yüksək hərarətlə müşayiət olunur. Bu vəziyyət, xüsusilə uşağın yaşı 3 ildən az olduqda, intensiv maye itkisinə gətirib çıxarır. Maye olmaması ürəyin, böyrəyin, sinir sisteminin işinə mənfi təsir göstərir.

Yaranan seliyin rəngləri

İnfeksiya yoluxucu ishal zamanı nəcisdə selik yaranır, onun qoxusu çox sərt olur. Nəcisin rənginə görə islahın səbəbini müəyyən etmək olar.

  • QırmızıBağırsağın alt və orta hissələrindən qanaxdıqda.
  • Yaşıl – Bakterial və virus infeksiyası səbəbindən yaranan ishal zamanı uşağın nəcisi yaşıl rəngdə olacaq.
  • Qara – Bu rəng, mədə qanaxmalarına xarakterikdir.
  • Açıq sarı – Uşağın nəcisi sarıdırsa, bu dispepsi xəstəliklərini göstərir.
  • – Ferment çatışmazlığı zamanı ağ nəcis olur.
  • Qanlı nəcisNəcisdə qan görünüşü – bağırsaq zədələndikdə baş verən çox təhlükəli bir simptomdur.

Uşaqda ishal – hər zaman infeksiya və ya zəhərlənmə əlaməti deyildir. Heç bir temperatur yoxdursa, nəcisdə heç bir şübhə yoxdursa, qusma yoxdursa, körpə aktivdirsə, təcrübəli analar müalicəni evdə edə bilir.

İshal olan uşağı necə qidalandırmalı

Uşağınızın mədə və bağırsağını gücləndirməyə kömək edəcək, tez və asanlıqla ishalın öhdəsindən gələ biləcək xalq reseptləri aşağıdakılardır:

  • Ev şəraitində susuzluğun qarşısını alan bu müalicəvi məhlulu hazırlamaq olar. Bir litr təmiz suya – 2 x/q şəkər tozu, 1 ç/q soda və 1 ç/q duz əlavə edib, qarışdırın. Əgər uşaqda güclü ishal varsa, məhlulu hər 10-15 dəqiqədə 2 ç/q vermək  lazımdır.
  • Qurudulmuş armud komporu – möhkəmləndici təsir göstərir.
  • Nanə həlimi çox yaxşı kömək edir. Nanə yarpaqlarını götürün və onlara qaynanmış su əlavə edin. 30-40 dəqiqə saxlayın və həlimi süzün. Mütəmadi olaraq səhər və axşam ac qarnına yatmazdan qabaq içmək lazımdır. Həlim ilıq, xırda qurtumlarla verilməlidir.
  • İshalı dayandıran reseptlərin arasında ən populyar olanı duzsuz düyü həlimi və meyvəli kiseldir.
  • Çobanyastığı çayı – iltihab əleyhinə və ağrıkəsici xüsusiyyətinə malikdir. İshal zamanı onun qəbulu, iltihabli mukazonu sakitləşdirir və narahatlığı aradan qaldırır. Bitkini müntəzəm çaya əlavə etmək olar, ya da ayrı olaraq dəmlənir. (1 x/qaşığına 1 stəkan qaynar su əlavə edilərək dəmlənir). Bu dəmləməni istifadə etməzdən əvvəl yaxşı olar ki, həkiminizlə məsləhətləşəsiz.

Qidalanma

İshal zamanı qida ilə çox ehtiyatlı olmaq lazımdır. İshalın yarandığı ilk gün, körpəyə ac qalma şəraiti yaratmaq məqsədəuyğundur, çünki istənilən qida qıcıqlandırıcı təsir göstərir. Ekstremal hallarda, qurumuş çörək (suxari) və ya peçenyə vermək mümkündür. Zəruri olan, çoxlu içki təşkil etməkdir. Bəzən uşaq özü də yeməkdən imtina edir. Artıq ikinci gündən qida rasionuna suda bişirilən düyü, qarabaşaq və yulaf sıyığı, müxtəlif kompotlar, kortof püresi (bitki yağı ilə), bişirilmiş tərəvəz, bərk bişirilmiş yumurta vermək olar.

Əgər körpənin hərarəti varsa, maye qəbulundan imtina edirsə, qusma olursa, mütləq şəkildə həkimə müraciət etmək lazımdır. Həkim məsləhəti olmadan dərman preparatlarının qəbulu məsləhət deyil.

Facebook-da rəy bildir
Əlaqə üçün
info(a)anayam.az