Bizə yazın
[contact-form-7 id="4" title="Bizə yazın"]

Uşaq tərbiyəsində 5 vacib mövzu

19.09.2018

Uşağınızı dünyanın bütün çətinlik və müsibətlərindən qoruya bilməzsiniz amma onu bunlara qarşı ən yaxşı şəkildə hazırlaya bilərsiniz. Hər bir valideyn özünə güvənən, mehriban, uyğunlaşma çətinliyi çəkməyən, xoşbəxt və müvəffəqiyyətli uşaq yetişdirmək istəyir. Lakin, sıx bir proqram və gündəlik gərginliklərlə başa çıxmağa çalışarkən, eyni zamanda uşağınızın duyğusal ehtiyaclarını ödəmək və onlara həyat dərsləri verməkdə çətinlik çəkə bilərsiniz. Yaxşı xəbər odur ki, bəzi fürsətləri gecikməyiniz normaldır. Uşağınıza mənəvi olaraq, dəstəkləndiyini hiss etdiyi bir mühiti yaradaraq, həyatın hər sahəsində onlara dəstək olacaq və öz şüurunu inkişaf etdirmək üçün köməkçi olarsınız. Uşağınıza tərbiyə mövzusunda öyrədilməli ən vacib 5 mövzu aşağıdakı kimdir:

1. Səhv etmək təbiidir.

Mükəmməllik üçün səy göstərmək, özünə güvən hissinə zərər edər, çünki mükəmməl olmaq mümkün deyil! Hər kəs xəta edər, bu öyrənmə və inkişafın mühüm bir hissəsidir. Utanclıq əvəzinə, səhvlər haqqında açıq bir söhbət yaratmaq, təzyiq və günahkarlıq hissinin yaranmasına mane olur. Öz səhvlərinizdən və bu səhvlərdən öyrəndiklərinizi uşağınızla bölüşməkdən çəkinməyin.

2. Ətrafınızdakı insanları mühakimə etməyin.

Başqalarını mühakimə etdiyiniz zaman, özünüzü iki dəfə mühakimə etməyə meylli olacaqsınız. Mühakimə etmək əvəzinə, birinin təcrübəsi haqqında açıq fikirlə müzakirə edə bilərsiniz. Siz insanlarda daha çox üstün keyfiyyətləri görüb vurğuladıqca, uşağınızda eyni cür düşünəcək. Yadda saxlayın ki, uşaq valideynlərin güzgüsüdür.

3. Hissləriniz əhəmiyyətlidir.

Hisslərinizin səhv və ya utanc verici olduğunu düşünmək, stress səbəbidir. Uşaqlarınız həqiqi hisslərini gizlətməyə çalışdıqda problemlər də toplanmağa başlayar. Uşaqlarınıza duyğularını bölüşmək və onları təsdiq etmək imkanı vermək çox vacibdir. Bu təcrübə, onların daxili-dəyər duyğularını yüksəldərək və duyğulaının düzgün ifadə etmə bacarığını təmin edir.

4. Özünüzü daha yaxşı hiss etmə qabiliyyətinə sahibsiniz.

Bir çox uşaq güclü hisslərinin idarə etmə yollarını bilmir. Bu narahatlığa, depressiyaya və rol oynamalarına səbəb ola bilər. Yüksək stress zamanı uşağınıza özlərini sakitləşdirmə yollarını tapmasına kömək edin. Oyun oynamaq, duş almaq, musiqi dinləmək, gündəlik tutmaq, rəsm çəkmək, yürüşə çıxmaq ya da yaxın bildiyi biri ilə danışmaq, özünü sakitləşdirməyin ən doğru yollarıdır. Özünü sakitləşdirmə qabiliyyətinə malik uşaqlar, özlərini təhlükəsiz hiss edər və hər şəraitə tez bir zamanda uyğunlaşmasına yol açaır.

5. Özünüzə hər zaman güvənin.

İnsanlar özlərini qorumaq üçün istifadə edə biləcək ən böyük vasitələrdən biri də hissləri və intuisiyalarıdır. Özgüvən hissinin yaranması üçün ilk növbədə valideynlər uşaqlarına güvənməlidir. Əgər uşaq hansısa bir işi tək başına etməyə çalışırsa, o işi edə bilməyəcəyindən qorxub elindən almaq əvəzinə “sən, bunu bacaracaqsan” deyərək işi ona həvalə edin. Bacarmadığı halda isə “Əminəm, növbəti dəfə mütləq alınacaq” kimi yanaşma uşağınızda özgüvən hissini yaradacaq.

Facebook-da rəy bildir
Əlaqə üçün
info(a)anayam.az