Bizə yazın
[contact-form-7 id="4" title="Bizə yazın"]

Uşaqlara sərbəstliyi necə aşılamaq olar?

16.06.2016

Bir çoxlarının fikrincə, uşağın böyüməsi ilə əlaqədar valideynlərin üzləşdikləri qayğılar və narahatlıqlar onlara zövq verir. Böyüklər sərbəstliyin və ünsiyyətcilliyin nümayiş etdirilməsinin böyüyən orqanizm üçün nə dərəcədə zəruri olduğunu dərk edirlər. Uşağın öz səyləri, yeni insanlarla tanış olmaq istəyi yaxşı əlamətdir. Əgər övladınız müstəqillik nümayiş etdirməyə çalışırsa, deməli, o öz inkişafı istiqamətində düzgün yoldadır.  Uşaq müəyyən müddət tək oynayaraq qonşu otaqları da yoxlaya bilər. Amma tez bir zamanda o, yaxınlarından kiminsə olduğu otağa qayıdacaq. Həyatının ikinci ilini yaşayan uşaq yeni oyunlar oynamağı sevir, amma bununla uzun müddət məşğul olmaq istəmir. Kənardan ona daim nəzarət olunması tez bir zamanda uşağın zəhləsini tökür və o, rahat buraxılmasını narazılıqla tələb edir. Psixoloqlar uşaqların istəyinin bu cür dəyişilməsini sərbəstliyin nümayiş etdirilməsi və eyni zamanda, müdafiəyəyə ehtiyac kimi səciyyələndirirlər.  Zaman keçdikcə, uşaq ətraf aləmin dərk edilməsi üçün etdiyi cəhdlərdə daha tələbkar olur. Valideynlərinin onu mühafizə etməsi əvvəlki kimi tələb olunsa da, indi nisbətən gec lazım olur. Uşağın uzun müddət otaqda tək saxlanması, birmənalı olaraq, sərbəstliyin tərbiyə olunmasında düzgün yanaşma deyil. Atıldığını zənn edən uşaq bərk qorxub ağlaya bilər, bu serbest usaqisə ciddi əsəb pozğunluğuna gətirib çıxara bilər. Bu yaşda uşaqda əsas müstəqillik prinsipləri: yeni tanışlıqlar yaratmaq qabiliyyəti, ünsiyyətcillik, özünə inam, mehriban və səmimi olmaq bacarığı formalaşır. Doğma insanlara bağlılıq, doğmalar tərəfindən müdafiə olunma hissi – bu, emosional ünsiyyətcillik üçün möhkəm bünövrə yaradır.  Uşaqda sərbəstliyi inkişaf etdirən amil məcburiyyət və qadağalar deyil, bu və ya digər hərəkətin zəruriliyini izah etməkdir. Uşaq «olar» və «olmaz» amillərinin səbəbini dərk etməlidir. O, yeni əşyalara və yeni şəxslərə alışaraq onun üçün yeni olan bir aləmi daha uğurla mənimsəməyə kömək edir.

Yeriməyi bacaran uşağı arabada saxlamayın. Bəzi valideynlər uşağın üst-başını bulayacağından və ya çirkli əşyalara əllə toxunacağından ehtiyat edirlər. Yadda saxlayın – Siz yaxınlıqda olanda uşağı qoruya və lazımi məqamları izah edə bilərsiniz. Amma gələcəkdə uşaq torpağın və ya ağac yarpaqlarının dadını bilmək istəyəcək. Sizin köməyiniz və izahlarınız da məhz bu zaman lazım olacaq. Bir yaşlı uşaq yeni və maraqlı şeylər öyrənməyə səbirsizliklə can atır. Uşaqdan fərqli olaraq, böyüklər maksimum səviyyədə səbir və səy nümayiş etdirməlidirlər. Uşağın fikrini daha təhlükəsiz bir şeylə dağıtmağa çalışın. Balacaların fikrinin tez bir zamanda yayınması bu işdə sizə kömək edəcək. Əlvan plastik fincanla onun başını qatsanız, Sizə lazım olan açar dəstini tez bir zamanda unudacaq. Ailəliklə parkda gəzintiyə çıxmaqla, yaxud birlikdə bazarlığa getməklə Siz aranızda daha sıx əlaqə yaratmaqla bərabər, həm də uşağın yeni biliklər əldə etməsinə kömək etmiş olacaqsınız. Uşaqların oynadığı yerlərdə gəzişin. Uşaq öz həmyaşıdlarına tədricən alışdıqca, uşaq bağçasına uyğunlaşması da asan olur. Erkən yaşlarından ünsiyyətdən məhrum olan uşaqlar özünə qapalı və çox utancaq böyüyürlər. Uşağın həyatının ikinci ilini ünsiyyətcilliyin və ətraf aləmə marağın inkişaf etdirilməsi üçün çox erkən dövr hesab etmək lazım deyil. Ətraf aləmin tədricən dərk olunması övladınızın inkişafı üçün ən effektiv üsuldur.

Sərbəstliyin aşılanmasının əsas qaydaları aşağıdakı kimidir.

  • Esas qayda – tədricən. Birdən uşağı suya atmaqla ona serbestliyi öyrətmək olmaz. Ona seçim verin, əvvəl özünə qulluq etməyi öyrədin sonra sizə kömək etməyə imkan yaradın.
  • Uğursuzluğa, səhv seçimə, səhvlərinə görə danlamayın. Səhvə sakit yanaşın, müzakirə edin, izah edin, nəticə çıxarın və səhvlər üzərində işləyin.
  • Əgər uşaq sərbəst olmağa heç hazır deyilsə – ona kömək edin. Öz işlərinizdə ondan yardım istəyin bu onda özünə əminliyi yaradacaq.

    Uşaq yalnız valideynlərinin həssas nəzarəti altında sərbəst ola bilər!

Facebook-da rəy bildir
Əlaqə üçün
info(a)anayam.az