Bizə yazın
[contact-form-7 id="4" title="Bizə yazın"]

Körpəyə gündüz yuxusu lazımdırmı?

24.09.2018

“Körpəyə gündüz yuxusu lazımdırmı?” fikri gec-tez hər bir ananı düşünməyə vadar edir. Əlbəttə, gənc 18 yaşlı ana yaşca böyük qohumları dinləyəcək, 35 yaşlı 2-ci dəfə ana olan qadın isə öz təcrübəsinə arxalanacaqdır. Hər halda, nevroloqlar, pediatrlar və digər həkimlərin bu barədə fikirlərini bilmək, vacibdir.

Körpənin istirahəti

Bir yaşınadək olan körpə, çox yatır. Qayğıkeş valideynlərin yaratdığı rejim, körpənin yaş normasına uyğun olaraq sürətlə böyüməyinə və inkişafına imkan verir. Bu təxminən, 3 ilə qədər davam edir, valideynlərin əksəriyyətinin gündüz yuxu rutini birtiplidir – gəzdik, yedik və yatmaq vaxtıdır. Amma iki yaşlı uşaqların bəzilərində dəyişiliklər yaranır və gündüz yuxusu əsl işgəncəyə çevrilir. Bir qayda olaraq, pediatrlar, psixoloqlar və digər həkimlər, gündüz yuxusunun vacibliyinin tərafdarıdırlar. Səbəblər sadədir: tam formalaşmamış sinir sistemi, gün ərzində yaranan çoxlu təəssüratlar, eləcə də uşaq orqanizminin gündəlik tələbləri – kimi səbəblər gündüz yuxusunun vacibliyinin əsas göstəriciləridir. Bəzən gündüz yuxusu zamanı ana uşağı yatırana qədər özüdə yorularaq, yuxuya gedir. Sonra 6-ya qədər yatan uşağı gecə yatırmaq da çox cətin olur. Və təsdiqlərə əsaslanaraq, gündüz yuxusunun uşaq və valideynlər üçün bir fayda olduğunu sistemləşdirməyə çalışacağıq:

  • Gundüz 1.5-2 saat istirahət edən körpə daha sakit, daha şən olacaq.
  • Belə bir fasilə uşağın həzm sisteminin düzgün çalışmasına imkan verəcəkdir.
  • Ananın da istirahət və ya öz işləri üçün zamanı olacaq.
  • Müəyyən edilmiş rejim ailədə sakitliyə gətirib çıxaracaq.

Gündüz yuxusunun uşaq üçün faydaları kifayət qədərdir. Lakin, yatmaq istəməyən uşağı necə yatırmaq olar? Hər ailənin öz üsulu var, başqasının üsulu çətin ki, hamıya 100% uyğun olar. Körpənizi yuxuya gətirəcək öz üsulunuzu tapmaq, ailəniz üçün əsl qələbə olacaq, axı, hər kəsdə ideal uşaq olmur, elə deyilmi?

  1. Körpənizin zövqlə dinlədiyi nağılları oxuyun.
  2. Körpənizə yataq dostu (yumuşaq ayı, dovşan) tapsanız, yuxu arzu olunan ola bilər.
  3. Ana körpəsini (oyuncağını) sığallayaraq yatırır, oyununu təklif edin.
  4. Körpənizi tez bir zamanda sakitləşdirib, yuxuya aparan layla oxuyun.

Gördüyünüz kimi üsullar sadədir və hər ana bacara bilər. Əsas odur ki, əllərinizi buraxıb, “uşağımın gündüz yuxusuna ehtiyacı yoxdur” deməyin, sadəcə səbrli olaraq, bir az çalışın.

Facebook-da rəy bildir
Əlaqə üçün
info(a)anayam.az