Bizə yazın
[contact-form-7 id="4" title="Bizə yazın"]

Uşaq kaprizinə necə qalib gəlmək olar: İgnorun qaydası

31.10.2017

Uşaq, şıltaqlığı müxtəlif səbəb və bəhanələrə görə edə bilər, amma şıltaqlıqla mübarizədə anaya eyni dərəcədə çətin olur. Və ya eyni dərəcədə asandır, əgər ignorun sınanmış qaydasından istifadə olunarsa. Çox vaxt analar uşağı danlayır və qışqırır, yəni uşağın pis davranışına emosional təcil verir və onu möhkəmlədirirlər. Nə etməliyik ki, bu baş verməsin və uşaq kaprizi öz-özünə keçsin? Əlbətdə, ən təsirli ignor etməkdir, amma qaydalara əsasən!

Əsas qayda: Uşağa, kapriz və nümayişkaranə şəkildə pis davranışına, diqqət verməmək lazımdır. Əks halda belə davranış daha da möhkəmlənir. Əlbəttə, əgər balaca idarəolunmaz isterika edirsə və əgər onun davranışı ona və ya ətrafdakılara zərər vura bilərsə, qəti və tam fərqli hərəkət etmək lazımdır. Amma əgər söhbət adi kaprizdən gedirsə, sadə ignor ən təsirli üsuldur.

Uşaq kapriz hakimiyyətində olarkən, uşaqla görmə təmasından qaçın. Otaqda qalın, amma ondan maksimum mümkün olan məsafəni saxlayın və uşaq tərəfə baxmadan, nəyləsə məşqul olun.

Sakit davranışı, kaprizdən ayırın. Gərgin isterika iqnorundan sonra, uşaq sakitləşdikdən dərhal sonra ona maksimum dərəcədə diqqət və vaxt ayırın. Qucaqlayın, öpün, suallarına cavab verin. Heç nə olmayıbmış kimi söhbət edin. Onun şıltaqlığı və ya isterikasından söz açmayın. Bu kimi cümlələri: “Nə yaxşı ki, sən şıltaqlıq etmirsən”, ya da “Sən özünü yaxşı aparanda, mən səni sevirəm” deməyin.

Əsaslı olun. Sona qədər səbirlə məsafə saxlayın. Uşağa müstəqil şəkildə sakitləşməyə və özünü ələ almağa imkan verin. Hətta içinizdə qaynasaz belə təcavüz və ya qəzəbinizi göstərməyin. Uşaq əmin olmalıdır ki, sakitləşərək sizə yaxınlaşacaq və sizin məhəbbətinizi qarşılayacaq.

Marielaina Perrone DDS Pediatric Dentistry

Facebook-da rəy bildir
Əlaqə üçün
info(a)anayam.az