Bizə yazın
[contact-form-7 id="4" title="Bizə yazın"]

Uşaq göz yaşlarına göstərilən 5 yanlış reaksiya

17.02.2018

Uşaq göz yaşına çox az insan biganə qala bilər. Amma bəzi valideynlər elə düşünür ki, göz yaşları müvəqqətidir və nəticədə yanlış münasibət göstərirlər.

Körpənin sevimli oyuncağı sındı, onu bağçada incitdilər, ya da o enerji ilə doludur və yatmaq istəmir, amma artıq gecdir..? Belə bir şəraitdə – onun üçün ən təbii reaksiyası ağlamaqdır. Çünki, o hələ hisslərini başqa cür ifadə edə bilmir. Bəs biz valideynlər belə vəziyyətdə necə davranırıq? Nələri səhv edirik, gəlin aydınlaşdıraq.

Qışqırmaq və qadağan etmək

Bu üsul, ən faydasız üsuldur. Səsinizi ucaltmaq – belə vəziyyətdə heç uğurlu ideya deyil. Bununla onun ağlamağı dayanmayacaq, əksinə isterikaya keçəcəkdir. Dərhal dayandırmağı tələb etməyin: Birincisi, bir qayda olaraq, bu yerinə yetirilməzdir, ikincisi, qadağa – uşaqda qəzəb və narazılığın toplanmasına səbəb olur. Nəticədə, zamanla uşaqla ünsiyyətiniz çox çətinləşə bilər .

Hər xırdalığa narahat olmaq

Oğlunuz oynayan zamanı ayağını zədələdi? Ona tərəf həyacanla qaçaraq, onun necə zavallı və diqqətsiz olduğunu deyəməyə tələsməyin. Sakitliyi gözləyin. Yaraya baxın və vəziyyəti aydınlaşdırın. Valideynlərin həyacanlı olmamasını görən uşaq, tez özünə gələcək. Yaralar və siyirmələr demək olar ki, uşaqlarda daimi haldır. Necə deyərlər: “Uşaq yıxılaraq böyüyər”. Əgər hər dəfə həyacana düşərək, söz-söhbət yarasatsaq, körpənin inkişafına, onun hər hansı xoşagəlməz hadisənin öhdəsindən gələ bilməsinə, mənfi təsir göstərə bilər.

Qıcıqlanmaq və ya istehza etmək

“Belə boş şeyə görə sızıldamağı bitir!” deyərək, uşağın duyğularını qiymətdən salmayın. Sizin üçün rəfiqə ilə mübahisə və ya rəhbərliyin töhməti – boş şeydir? Yəqin ki, deyil və kefiniz pozulacaq. Uşaqların ağlaya biləcəyi; ağrı, yorğunluq, kədər – az əhəmiyyətli problemlər deyil. Onlara hörmətlə yanaşmaq lazımdır ki, uşaq gələcəkdə onları dəf etməyi öyrənsin.
Daha bir yanlış davranış – oğlan uşağına istehza ilə gülməkdir: “Niyə sən hönkürürsən, qız kimi?”, “Sən kişi deyilsən, ayıb olsun!”. Belə təzyiqlər sonralar, böyümüş uşağın narahat olduğu problemlər haqqında valideynlərlə bölüşməsinə maneə törədir.

Kobud danışmaq və ya qorxutmaq

Nə sözdə, nə də hərəkətlərinizdə sərt olmayın. Hətta, əgər siz həkim qəbuluna və ya avtobusa gecikirsinizsə belə onun göz yaşlarına və şikayətlərinə kobudluq etməyin. Bir-iki dəqiqə gözləyin, hər şeyin bu qədər mi ciddi olduğunu müəyyənləşdirin və az sonra  bu məsələni həll edəcəyinizə söz verin (və yerinə yetirməyi unutmayın).

Tez-tez istifadə edilən, ən məşhur təhlükə tətbiqləri bunlar hesab olunur; Əmini, polisi və ya həkimi çağıracam səni gəlib aparsın. Belə vədlərdən sonra vəziyyətin yaxşılığa doğru dəyişəcəyini gözləmək, çox qəribədir. Axı bilirsiz ki, başqasına verilmə qorxusundan uşaqlar, müsbət emosiyalar yaşamırlar.

Laqeyd qalmaq

Gözyaşlarına, “özü sakitləşəcək” düşünərək, heç diqqət yetirməmək də olmaz. Uşaqlar əksər hallarda elə belə ağlamırlar, səbəb həmişə var, onu tapmağa çalışmaq lazımdır. Laqeydliklə, aranızda olan xoş münasibətlərlə risk edə bilərsiz. Yəni, qızınız və ya oğlunuz düşünə bilərlər ki, onların hissləri sizin üçün maraqsızdır və nəticədə özlərinə qapanaraq, sizə güvənməyəcəklər.

Fiziki təzyiq haqında ayrıca qeyd etmək lazımdır ki, fiziki təzyiq uşağın insanlara əsasəndə valideynlərə olan etimadını poza bilər.

Uşaq şıltaqlıqları bəzən çətin anlaşılan olur, hətta mənəvi cəhətdən valideynləri tagətdən sala bilir. Siz özünüzü maksimum dartılmış və hazırda qırıla bilən sim kimi hiss edə bilərsiniz. Belə anlarda, onu düşünün ki, hazırda uşaq üçün də çox çətindir və ona hər hansı yolla gərginliyini azaltmaq lazımdır ki, sakitləşə bilsin.

Bundan başqa, belə anlarda onun, sizin sevgi və dəstəyinizə hər zamankından daha çox ehtiyacı var. Buna görə sadəcə ona sarılın və ona necə sevdiyinizi söyləyin.

Facebook-da rəy bildir
Əlaqə üçün
info(a)anayam.az