Bizə yazın
[contact-form-7 id="4" title="Bizə yazın"]

Uşaq bağçada özünü yaxşı aparır, evdə isə kapriz edir?

08.11.2017

Bəzi valideynlər belə problemlə üzləşirlər: uşaq evdə valideynləri ilə olan zaman çox sakit və davranışları yaxşı idi, bağçaya getdikdən sonra o, evdə şıltaqlıq eləməyə və dəcəllik etməyə başlayıb.Özü də bağçada o, özünü yaxşı aparır, nizam-intizamdan kənara çıxmır və tərbiyəçinin ona qarşı heç bir şikayəti yoxdur. Uşağın belə davranışının səbəbi evdə və bağçada uşağa münasibətin fərqli olması və buna görə də uşağın evdə və uşaq bağçasında davranışının müxtəlif rolda dəyişməsi ilə bağlı ola bilər.

Məsələn, evdə uşağı tez-tez görmürdülər, ona diqqət yetirmirdilər. Lakin, o, bağçada hansısa bir uşaq qrupunda lider mövqeyini tutmağa nail olub. Və o evdə, bağçada olan eyni liderlik və diqqəti almağa çalışır. Bunun üçün o, bütün mümkün üsullarla, itaətsizliyi və şıltaqlıqları ilə valideynlərinin diqqətini özünə cəlb edir.

Digər vəziyyət isə: Bağçada uşağa laqeyidlik göstərilir və onu incidirlər, evdə isə onu sevir və əzizləyirlər. Buna görə də evə gələrkən o, bağçada almayan sevgi və diqqət çatışmazlığını kompensasiya etmək üçün qəsdən kaprizlər və qeyri-adekvat davranışlar edərək, valideynlərin daha çox diqqətini çəkir. Axı orada heç kim qohumları kimi əzizləmək üçün dəridən-qabıqdan çıxmır, ana və ata kimi güzəştə getmir. Daha sadə desək: bağçada hər kəs yaddır, başqa uşaqlardır, uşaq daim kompromisə getməli olur, o faktı qəbul etməli olur ki, həmişə onu dinləmirlər, hər şey onun istədiyi kimi edilmir. Bir sözlə, bağça uşaq üçün stressdir. Stress isə – qüvvənin itkisidir. Ona görə də evə gəlişində, uşağın yeni kompromislərə və özünə nəzarət gücü artıq qalmır. O, ruhi və fiziki cəhətdən yorulur, ona görə də şıltaqlıq edir.

Əlbətdə, problemdən çıxış yolunun ən sadə yolu, uşağı bağçadan azad etməkdir. Lakin onda o, müxtəlif insanlarla müxtəlif davranış situasiyalarında özünü aparmağı necə öyrənəcək? Müxtəlif sosial qruplarda uyğunlaşmağı və adaptasiya etməyi necə öyrənəcək? O zaman, özümüzü necə aparmalıyıq?

İstənilən halda – isterikanın səbəbi xarakterinə görə deyil, xarici vəziyyətə görədir və onu dəyişməyə çalışmaq lazımdır. Diqqət hər zaman olduğu kimi davam etməlidir. Heç nə dəyişmədi, siz onu əvvəlki kimi sevirsiz. Evdə daha çox fiziki iş, qaçış, tullanma, dırmanma və s. oyunlara cəlb edin.  Özünü pis aparır? Etdiyi hərəkətin pis olduğunu təkrarlamaqdan, yorulmayın. Və çətin krizis anında onun fikrini başqa ona maraqlı mövzuya yönəldin. Səbrlə, sevgiylə bu anın keçməyini gözləyin.

Facebook-da rəy bildir
Əlaqə üçün
info(a)anayam.az