Bizə yazın
[contact-form-7 id="4" title="Bizə yazın"]

Uşağı güvəcə (“qarşoka”) necə öyrədək?

02.12.2016

Bəzi analar əlavə yumadan qurtulmaq və ya ailə büdcəsini qorumaq üçün körpənin tez bir zamanda güvəcə (“qarşoka”) öyrətməyə çalışır. Digər valideynlər isə bu çətin prosesi uşağın bağçaya getməsinə qədər təxirə salır. Axı kim doğru edir? Gəlin uşağın bu faydalı aksesuardan necə və nə vaxt istifadə edəcəyinə aydınlıq gətirək.

Uşağı güvəcə ne vaxt öyrədək?

Bir yaşına qədər uşağın tualete getməyi niyə belə çətin olduğunu anlamaq üçün gəlin uşağın fizioloji xüsusiyyətlərinə baxaq. 1 yaşa qədər körpədə sidiyə getmə və ya defekasiya onun istəyindən aslı olmayaraq baş verir. O təmamilə sidik kisəsinin dolmasını hiss etmir, buna görədə o bu prosesi nəzarət edə bilmir. 1 yaşlı uşaq artıq rektumun dolmasını, 2 yaşlı uşaq isə sidik kisəsinin dolmasını hiss etməyə başlayır. Bu səbəbdən pediatrlar uşağın güvəcə  öyrənməsinin ən əlverişli zamanı 1.5 – 1.8 yaşlarında olmasına əmindirlər. Məhz 18 aylığından uşaq artıq fizioloji olaraq bezin və ya şalvarın təmiz saxlamasına hazır olur.

Uşağınızın təlimə hazır olmasının əlamətləri

  • Uşaq bezinin yaş və ya çirkli olduğunu deməyə çalışır, bu vəziyyət onu narahat edir və ağlayır
  • O güvəcə səmimi marağını göstərir
  • O 2 saatdan çox təmiz və quru qalırsa
  • Uşaq müntəzəm olaraq günorta yuxusundan təmiz oyanırsaqarsok

Düzgün güvəc seçirik

Seçim zamanı yadda saxlamaq lazımdırki, gevəc dözümlü və sadə olmalıdır. Ən yaxşı variant kreslo qarşoklardırki, uşaq rahat söykənə bilsin. Bəzi valideynlər orijinal görünüşlü maşın, ata bənzəyən  üzərində müxtəlif işıqlı və musiqili olan qarşokları bəyənirlər. Amma nə qədərki qarşok əyləncəli olacaqsa bir o qədər uşaq onunla oynayacaq lakin, əsas məqsəd üçün istifadə etməyəcək. İşiq musiqi və digər effektlər əsas bacarığın formalaşmasında maneə törədir. Bəzəndə bu musiqilər körpəni qorxuda və ya bezdirə bilər. Həmçinin musiqi ilə güvəcə öyrəşən uşağı sonradan digər yerlərdə məsələn bağçada yenidən tualetə öyrətmək çətin ola bilər.

Uşağı güvəcə öyrədirik

Bezə vərdiş edən uşaq üçün güvəcə getmək heçdə asan deyil, ona görə xoş surpriz üçün çox səbrli olmanız tələb olunacaq. Aşağıda uşağın güvəcə tez öyrənilməsi üçün bir neçə məsləhətlər var.

  1. Seçdiyiniz qarşoku uşağın hər zaman görə biləcəyi yere qoyunki o bu yeni predmetə öyrəşsin.
  2. Uşağa onun nə üçün istifadə olunmasını izzah etmək lazımdır. Məsələn rezin ördəyin və ya ayının içinə su doldurun, uşaqla birgə ayı ilə oynayın sonra deyinki ayı qarşoka getmək istəyir. Ayını qarşoka oturdaraq ele sıxınki su qarşoka axsın. Və nəticəni izzah edin.
  3. Uşağın tualetə getmək əlamətlərini qeydə alıb, həmin an qarşoku təklif edin. Əlamətlər hər uşaqda fərqli ola bilər. Bu inilti, gücənmək, qızarmaq, bir anlıq sakit olmaq kimi əlamətlər ola bilər.
  4. Yuxudan və ya yeməkdən sonra ona qarşokda oturmağı təklif edin.
  5. Yadda saxlayınki, uşaq nə qədər tez-tez çılpaq gəzərsə, bir o qədər qarşoka tez öyrənəcək. Bunun üçün təlimi yay aylarında keçməyiniz daha uyğun olar.
  6. Uşağın fiziolojı fəaliyyətini gizlədib utandırmayın. Onlar arzusunun təbii nəticəsini normal qarşılamalıdırlar.
  7. Əgər istədiyiniz alındısa uşağı tərifləyin, lakin həddən artıq alqış lazım deyil. Əgər bu cəhd alınmadısa heç bir halda uşağı danlamayın.
  8. Əgər uşaq heç cür qarşoka oturmursa, onu məcbur etməyin. Bəlkə bir neçə günə bu cəhd uğurlu alınar.
  9. Uşağa tez-tez izzah edinki, hər kəs ( ana, ata, bacı, qardaş, dostlar ) təmiz qalmaları üçün tualetdən istifadə edir.
  10. Unutmayınki bu cür incə məsələdə qəza qaçılmazdır. Zərəri munimuma endirmək üçün müvəqqəti xalçaları yığışdıra, yumuşaq mebelə isə su kecirməyən dəsmal sala bilərsiz.

Uşaq güvəcdən qorkorpenin qarsoka oyredilmesixur, nə edək?

Yəqinki ana üçün ən xoşagəlməz vəziyyət uşağı sərbəstliyə öyrədən zaman, uşağın güvəcdən qorxaraq hər bir yolla ondan qaçmağa çalışmasıdır. Bunun səbəbləri müxtəlif cür ola bilər. Məsələn, bir az əvvəl  isti rahat yerdə uzanan uşağı birdən bərk soyuq güvəcə oturtmaqdır. Və ya bundan əvvəl güvəcdə uzun müddət oturması. Ona görə uşağı güvəcdə çox oturmağına məcbur etməyin – 10 dəqiqə kifayətdir. Başqa səbəb, alınmayan cəhddən sonra uşağın danlanmasıdır. Valideynərə səbr edərək, məcbur etmədən bu bacarığın formalaşmasını gözləmək lazımdır. Heç vaxt uşağa buna görə heç bir sanksiyalar etməyin, əks halda sonra uşağa psixoloq köməyi lazım ola bilər.

Əgər körpəniz hələdə qarşokdan istifadə etmirsə, narahat olmayın. Adətən bu təlimə aylar sərf olunur. Ancaq sizin anlayışınız və sevginiz sayəsində siz tezliklə bu məsələnin həllində qalib gələcəksiz!

Facebook-da rəy bildir
Əlaqə üçün
info(a)anayam.az