Bizə yazın
[contact-form-7 id="4" title="Bizə yazın"]

Rəngləmə uşaqlara necə faydalıdır?

21.02.2019

Uşaqların şəkilləri rəngləməsi, bəzən valideynlərə mənasız məşğuliyyət kimi görünsə də, psixoloqlar belə düşünmürlər. Uşaqlar üçün vaxtı faydalı və maraqlı keçirtməyin ən sadə və əlverişli yollarından biri rəngləmədir. Bu cür məşğuliyyət il yarım olan uşaqlar üçün də uyğundur.

  1. Uşaq, hər hansı bir obyekti rəngləyərkən, forma və rənglərin tanımasını təkmilləşdirir və diqqəti inkişaf etdirir. İlk şəkillərdə günəş yaşıl, timsah narıncı ola bilər, narahat olmayın, hər şey normaldır. Uşaq dünyanı kağız üzərinə köçürərək, rəngləri kəşf etməyə çalışır. Bu onun üçün asan deyil. Bu zaman siz şəklin xüssiyyətlərini və rəngləri izah edə bilərsiniz. Bununla, biz uşağın görüş dairəsini genişləndiririk. Başlanğıc üçün uşağa sadə əşyaları rənglədin, məsələn; top, alma və s.
  2. Rəngləmə zamanı, təfəkkür inkişafı ilə birbaşa bağlı olan kiçik motorika, yazı vərdişinin mənimsənilməsi inkişaf edir. İlk əvvəl şəkilin üzərində xırda detallar, bucaqlar və ya mürəkkəb döngələr olmamalıdır. Şəkillərin çox qalın 1 sm-ə qədər konturu olmalıdır. Bu, təbii qüsurları gizlətməyə imkan verir və özünə inam yaradır. Uşağın yaşı artdıqca şəkil xırda detalların əlavəsi ilə mürəkkəbləşə bilər.
  3. Kiçik motorikadan əlavə uşağın iradəsi də inkişaf edir. Beləki, şəkilin kənarına çıxmamaqdan ötrü uşağınız çalışmalıdır. Rəngləmə həmdə uşağınızda diqqəti və səbri inkişaf etdirir.
  4. Rəngləmə – körpənizin yaradıcılıq dünyasını, bədii zövqünü formalaşdırır. Rənglərin qarışdırılması, yeni rənglərin və çalarların alınmasıda yaradıcılıq hesab olunur və bu uşaqlar üçün maraqlı və sehrli bir prosesdir. Əgər siz uşağınızın işlərindən ibarət bir kiçik sərgi təşkil edərək, yaxınlarınıza dostlarınıza göstərsəniz, bu onun xoşuna gələcək və fəaliyyətində əmin olmağa kömək edəcək.
  5. Rəngləmə – tədricən şəkilin və istifadə olunan alətlərin mürəkkəbləşməsi ilə təkmilləşdirilir. Əvvəlcə barmaqlar ilə (su və ya rənglərlə), sonra isə karandaş və digər rəngləmə alətləri ilə yerinə yetirilə bilər. Körpənin boya ilə işə başladığı zaman, yaxında boya ilə zədələnə biləcək heç nəyin olmadığından əmin olun.
  6. Körpənizə seçim etməyi öyrədin. Bunun üçün yaxşı olar ki, şəkillər ayrı-ayrı şablonlar üzərində olsun. Belə olan halda uşaq istədiyini asanlıqla seçəcəkdir. Seçim edildikdə, digər şablonları götürün. Başlanan işi bitirməyi öyrədin. Əgər, uşağın rəngləməyi bacarmadığını, tez yorulduğunu hiss edirsizsə, növbəti dəfə ona daha sadə şəkillər  təklif edin ki, o tam olaraq rəngləsin.
  7. Uşağın seçdiyi rənglərə diqqət yetirin – bu boyama zamanı bir növ diaqnostik nöqtə ola bilər.
  8. Daha yaxşı olar ki, analar və ya evin böyük uşağı şəkil çəksin, kiçik uşaq isə onu rəngləsin. Bu halda, biz uşağın başqaları ilə qarşılıqlı təsir bacarıqlarını inkişaf etdiririk və ona diqqətimizi veririk.

 

 

Facebook-da rəy bildir
Əlaqə üçün
info(a)anayam.az