Bizə yazın
[contact-form-7 id="4" title="Bizə yazın"]

Dayə ilə vidalaşma zamanının 7 əlaməti

13.10.2017

Daye seçmək, heç də asan deyil: İnanacağınız insanı tapmaq üçün bir çox şübhə və inamsızlıqdan keçmək lazım olur. Hətta əgər bu barədə bəxtiniz gətiribsə də, bir çox əlamətlərə göz yummaq olmaz. Hansı əlamətlərə? Gəlin aydınlaşdıraq.

    1. Uşağın dayəyə münasibəti anidən dəyişib.

Münasibət o qədər dəyişib ki, uşağın bütün birbaşa və dolayı yolla göstərdiyi əlamətlər, onun dayədən qorxmasını göstərir. Balaca açıq bəyan edə bilər ki, o dəyənin gəlməsini istəmir. Ya da açıq-aşkar ehtiyatla soruşacaq ki “Dayə bu gün gələcək?”. Digər həyacan verici əlamətlər də var. Əgər adətən sakit, şən balaca birdən sakit olduğu zaman istənilən xışıltıda və ya kəskin hərəkətə görə, qorxub silkələnir, özünə qapanır və ya bir səbəb olmadan tez-tez ağlayır. Və ya uşağın bədənində tez-tez göyərmiş ləkələr və ya qançırlar yaranırsa, dayə isə səbəb kimi onun tez-tez yıxılması ilə izah edir, lakin sizin qarşınızda belə bir şey baş vermir. Belə dəyişikliklərin olması onu izah edir ki, dəyə sizin uşağı vurur və ya ona fiziki cəza tətbiq edir. Başlanğıc üçün onunla açıq danışmaq lazımdır. Onun reaksiyasından çox şey başa düşmək olar. Əgər dayə uşaqda yaranan göyərmələrin səbəbini izah edə bilmirsə, onun dediklərini yoxlamaq lazımdır. Uşaqla da danışmaq olar, hətta lazımdır. Bəli, doğrudur ki, balaca uşaqlar xüsusən qorxurlar və adətən susurlar, heç nə izah edə bilmirlər. Hətta böyük uşalar da hər zaman həqiqəti deməyi bacarmırlar. Bir neçə səbəb ola bilər. Ya dayə uşağı qorxudub, ya da uşaq əvvəllər heç vaxt döyülmədiyi üçün, nə baş verdiyini anlamır. Bəlkədə, uşaq özünü günahkar hiss edir və cəzanı da – ədalətli hesab edir. Bəzən uşaqlar qorxurlar ki, dayə onları cəzalandırırsa, onda valideynlər də cəzalandıracaq.
Əgər körpəniz – çox kiçikdirsə, siz də onun dediklərinə əmin ola bilmirsizsə, ya da uşaq hər şeyi inkar edir, amma sizdə şübhə varsa, gizli kamera qoyun və sizin yoxluğunuzda nələrin baş verdiyini görün. Fiziki zorakılıq əlamətlərinin istənilən halında gözləmək lazım deyil. Əgər zorakılıq faktı təsdiqlənərsə, uşaq psixoloquna müraciət etmək vacibdir. Mütəxəssis uşağa belə travmatik təcrübə nəticələrinin öhdəsindən gəlməyə kömək edəcək.

 Aydınlatma oyunu – Əgər uşağın bədənində göyərmə aşkarlanırsa, hər bir valideynin ilk işi uşaqdan soruşmaq: “Dayə səni vurdu?”. Belə də etmək olar. Əgər qanə edəcək cavab ala bilmədizsə, bitməyən cümlə texnikasından istifadə edin. Cümləni uşağın əvəzinə başlayın və ortasında fasilə edib, ona fikrini bitirməyə imkan verin: “Dayənin telefonunu sındıranda, o …”. Digər üsul isə, oyuncaqları çıxardın və  onların köməyi ilə dayə ilə necə vaxt keçirdiklərini göstərməyi, uşaqdan xahiş edin. Fikir verin ki, o, dayə roluna hansı oyuncağı seçir və özünü necə görür. Əgər onun tamaşasında dayə yırtıcı heyvan (canavar, pələng) rolunda, özünə isə bir balaca müdafiəçi rolunu seçirsə, əgər o oyunda təhqiredici sözlər tətbiq edilirsə və ya özünü aqressiv aparma varsa, bu ciddi düşünməyə səbəbdir. Və fikir verin ki, oyun zamanı dayə onun necə adlandırır, tərifləyir və ya danlayır.

2. Dayə sizin dəyərlərinizi dəstəkləmir.

Üstəlik, sizə yaxın olmayan, hətta razı olmadığınız dini, mənəvi və əxlaqi baxışları tətbiq etməyə çalışır. Əgər uşaq özü düşünə bilmədiyini deyirsə, məsələn, “Biz pis evdə yaşayırıq”, “Biz çox ucuz geyinirik”, “Ata heçnə etmir”, artıq ciddi düşünməyin zamanıdır. Dəqiq başa düşməlisiz ki, dayə, sizin uşağınızın ətraf aləmə olan reaksiyasını formalaşdırır. Bəzən ən düzgün qərar, gec olmadan onunla vidalaşmaqdır. Hətta əgər siz onu böyük çətinliklə tapmısız və əvvəllər onun bütün parametrləri sizi qane edirdisə də, yenidən bu barədə dəqiq düşünün.

3. Dayə uşağınızı daim başqa uşaqlarla müqayisə edir.

Belə dayələr var, onlar uşaqların yanında, əvvəlki işindən olan uşaqları və ya öz ailəsində keçirdiyi tərbiyə haqqinda danışmağı sevirlər. Müqayisələr bu halda demək olar ki, qaçılmazdır: “Bax, mənim qızım, onun yaşında oxumağı bacarırdı”, “Bacımın oğlu heç vaxt heç kimlə savaşmırdı” və s. Dayə həkim və psixoloq kimi müəyyən etik normalara riayət etməlidir. Siz isə başa düşməlisiniz ki, belə ünsiyyətin özü artıq, uşaq üçün ziyandır. Daimi tənqid, müqayisə və qiymətləndirmə, uşaqları ağır yaralayır. Bucür münasibətdən sonra uşaq özünü pis və çox şeydə faydasız olduğunu düşünməyə başlayır. Nəticədə, uşaq özü-özünü mənfi obrazda formalaşdırır.

Həm də hazır olun ki, gec-tez əgər varsa, uşaq dayənin xüsusi nitq xüsusiyyətlərini, mimikasını, davranışını, xoşagəlməz vərdiş və digər hərəkətlərini mənimsəyəcək. Təcrübə göstərir ki,  çox vaxt bu cəhətlər valideynləri qıcıqlandırmağa və məyus etməyə başlayır. Əgər uşaq daha çox vaxtını dayə ilə keçirirsə, bu, xüsusilə parlaq görünəcək. Şübhəsiz ki, vəziyyəti düzəltmək olar, amma çox səy göstərmək lazım gələcək. Ona görə də vacibdir ki, özünüz də uşağın tərbiyəsi ilə məşğul olasız və uşağın müxtəlif insanlarla ünsiyyətini təşkil edəsiz.

4. Dayə tərbiyədə rəhbər üslubunu tutur.

O, həmişə yaxşı bilir ki, uşağa nə faydaldır və nə zərərlidir və vaxtaşırı sizi də tərbiyələndirərək, valideyn nüfuzunuzu aşağı salır. Belə davranış, heç bir yaxşı nətəcəyə gətirib çixarmayacaq. Özlüyündə hər şeyi bilən dayə, uşağı müstəqillik və seçim hüququndan məhrum edir. Əgər o uşaqla daim mübahisə edirsə, son nəfəsinə qədər öz fikrində qalırsa, öz planlarını qəbul etdirirsə, uşağın istədiyini daim qadağan edib, xahişlərə məhəl qoymursa, diqqətli olun! Üstəlik: “Bu gün gəzməyə getmirik, mənim dabanlarım hündürdür”, “Bu kitabı oxumayacam, mənim xoşuma gəlmir”, “Bu gün heç bir rəngləmə olmayacaq, oyuncaqlarla oynayacayıq” kimi ifadələr, uşağın təşəbbüsünü, motivasiyasını, inamını və istedadını məhv edəcək.

5. Dayə uşağınızı həddən artıq sakit və sözəbaxan edir.

Vaxtından əvvəl sevinməyin! Böyük sualdır ki, hansı vasitələrlə o buna nail olur. Əgər uşaq səbirsizliklə sizin gəlməyinizi gözləyirsə, gəldiyiniz zamandan sizdən bir addım da aralanmısa, bəlkə də, sizin yoxluğunuzda o ünsiyyətdən məhrum edilib. Dayə uşağa fikir vermədən öz işi ilə məşğul ola bilər: Şəbəkələrdə yazışar, telefonla danışar, bütün günü balacaya cizgi filmi izlətdirər ki, ona mane olmasın.
Belə uşaqlardan, özünə inamsız, cəsarətsiz və qorxaq insanlar yetişir ki, onlara öz sərhədlərini qorumaq və özləri üçün nəsə arzu etmək çətin olur. Əgər dayə çox qorxaqdırsa və münaqişə vəziyyətində uşağınızı qoruya bilmirsə, bu barədə düşünün. Kiçik yaşlarında müdafiə olunmayan uşaqlar, adətən qorxaq böyüyürlər.

6. Dayə daim həyatdan, teleyindən, hökumətdən şikayət edir.

Düşünün ki, siz olmağınız zaman, sizdən fərqli olaraq, uşağınız non-stop rejimində bütün bu neqativliyi özünə çəkir. Əgər siz vaxtın çox hissəsini işdə keçirirsinizsə, körpə üçün heç bir seçim yoxdursa, gec-tez o, onun dünyagörüşünü yamsılayacaq, dünyanın neqativ mənzərəsini formalaşdıracaq, mütləq şikayət etməyi və hər şeydə mənfi cəhətləri görməyi öyrənəcək. Əgər sizin şübhələr təsdiq olunsa, belə dayəni evəz etmək  daha yaxşıdır.

Əgər sizin dayəniz özünümüalicə ilə məşğuldursa, heç bir saniyə də fikirləşmək lazım deyil. Uşağın bütün sağlamlıq və təhlükəsizliyi ilə bağlı bütün məsələləri, valideynlər həll edir. Dayənin vəzifəsi, fors-major hallar baş verdikdə, dərhal valideynlərlə əlaqə qurmaq və onların göstərişlərinə əməl etməkdir. Əgər siz əmin deyilsiz ki, dayə bu alqoritmə əməl edəcək, çünki o, məsələn, istənilən dərmanın qatı düşmənidir, deməli, ona alternativ axtarmaq lazımdır.

7. Dayə uşağın yanında hər zaman hamı ilə dalaşır.

Əgər münaqişəli dayə, daim uşağınızla əlaqədə olan insanlarla münasibətləri korlayırsa, bu uşağa mənfi təsir göstərəcək. Uşağın yanında onların hərəkətlərini pisləyərək, o, uşağa digər insanların əməyini və şəxsiyyətini qiymətləndirməməyi və ətrafdakılara hörmətsiz münasibəti aşılayır. Və tezliklə uşaq onun davranışını təqlid edəcək.

Yadda saxlayın ki, uşaq, daim yanında olan insanın hərəkətlərini öyrənib, təqlid edəcək.

  Buna görə də, dayə seçimində olduqca diqqətli olun.

 

 

 

Facebook-da rəy bildir
Əlaqə üçün
info(a)anayam.az