Bizə yazın
[contact-form-7 id="4" title="Bizə yazın"]

İlk nəzakət dərsləri

16.06.2016

Həqiqətən də, övladının ictimai yerlərdə özünü necə aparmalı olduğu barədə hər bir valideynin öz fikri var. Amma bir qayda olaraq, əksər analar və atalar razılaşarlar ki, cəmiyyətdə ümumi qəbul olunmuş stereotiplər mövcuddur və biz bu qaydalara tabe oluruq. Bu, nəyi nəzərdə tutur? Əgər, məsələn, bütünlüklə ailə teatra gedirsə, o halda həm valideynlər, həm də uşaq bilməlidir ki, tamaşaya baxarkən danışmaq, şəxsi işlərlə məşğul olmaq və s. olmaz. Odur ki, övladlarımız bu cür qaydalarla erkən yaşlarından –

  təxminən 2 yaşından tanış olmağa başlayırlar. Əgər müəyyən yerlərdə özünü necə aparmaq lazım olduğu barədə körpəyə danışılmasa, sonradan ətrafdakıların onu tərbiyələndirməsi çətin olacaq. Bu cür nəzakət dərsləri uşaqlıqdan başlanır. Əgər valideynlər öz övladlarının yeniyetməlik yaşlarında istər özlərinə, istərsə də ətrafdakılara qarşı həyasız və kobud rəftarı ilə qarşılaşırlarsa, deməli, tərbiyələndirmə prosesində müəyyən məqamlar əldən buraxılıb.  Uşaq öz fikirlərini sərbəst şəkildə ifadə etməyə, danışmağa başladıqda valideynlər müxtəlif situasiyalar yaratmalıdırlar və bu situasiyalar əsasında uşaq gələcəkdə özünü lazımi qaydada aparacaq. usaqlarda nezaket

Aşağıdakı amillər nəzakətlə əlaqədar problemləri həll etməkdə və onu ətraf aləmdə təzahür etdirməkdə Sizə kömək edəcək:

  1. İlk növbədə, uşağı “sehrli sözlər” işlətməyə maraqlandırmaq lazımdır. Bu sözlərlə ilk tanışlığı adi oyundan başlamaq – məsələn, uşaqla birlikdə “Nəzakət ölkəsinə” səfər etmək olar. Burada təklif oluna biləcək müxtəlif oyun tapşırıqları nəzakətli sözlərin işlənməsini nəzərdə tutacaq. Oyunun süjeti əsasında bu cür sadə tapşırıqları yerinə yetirməklə uşaq “nəzakət” anlayışının mənasını və mahiyyətini dərk edərək yadda saxlayacaq. Tədricən, nəzakətli sözlərin işlədilməsi körpənin nitqinin ayrılmaz hissəsinə çevriləcək.
  2. İstənilən müvafiq vəziyyətlərdə valideynlər öz övladlarının diqqətini, müəyyən məqamlarda özünü necə aparmaq lazım olduğuna yönəldəcək. Məsələn, uşaq mağazada olarkən satıcı ilə və ətrafdakılarla necə danışmaq lazım olduğunu bilməlidir.
  3. Uşaq valideynlərindən ibrət götürməlidir. Bunun üçün siz özünüz uşağın nəzərində ləyaqətlə davranmalısınız, çünki xoşagəlməz davranışa yol verdikdə övladınızın da bu cür davranışa yol verməsinə səbəb olursunuz. Valideyninin insanlarla nəzakətsiz davrandığını görən uşaq da, təbii ki cəmiyyətdə özünü bu cür aparacaq.
  4. Nəzakət amillərinə diqqət ayrılan müxtəlif mövzulu cizgi filmlərinə baxmaq lazımdır. Bu cür üsullar uşaqlar üçün maraqlı olduğundan, cizgi filmlərinin qəhrəmanlarının işlətdiyi kəlmələr də onların yaddaşına həkk olunacaq.
  5. Uşaqlar üçün bədii əsərlər oxuyun. Uşaqlar əsərin qəhrəmanlarının müsbət davranışları ilə məmnuniyyətlə tanış olur və özləri üçün nəticə çıxarırlar.

Ümid edirik ki, bu məqalə uşaqlara mədəni vərdişlərin aşılanması prosesində valideynlərin üzləşdikləri çətinlikləri aradan qaldırmağa kömək edəcək.

Facebook-da rəy bildir
Əlaqə üçün
info(a)anayam.az