Bizə yazın
[contact-form-7 id="4" title="Bizə yazın"]

Vermeşilli qatıq şorbası 7+

16.10.2017

Xüsusilə, uşaqlarımıza doydurucu və sağlam şorba resepti axtarırsınızsa, bu vermeşilli qatıq şorbasını  yoxlaya bilərsiz.

Lazımdır:

  • Yarım stəkan xırda vermeşil
  • 2 yemək qaşığı un
  • 1 ədəd yumurta
  • 3 yemək qaşığı qatıq
  • 4 stəkan su
  • 1 yemək qaşığı kərə yağ
  • 1 çay qaşığı nanə

Qazana qatıq, yumurta, un, su əlavə edilir və qarışdırılaraq, bişirilir. Qaynadıqda verməşil əlave edilir. Vermeşil bişdiyi zaman (texmini 5 dəq sonra) ocaqdan alınır. Bir tavada yağı əridib, nanəni üzərinə tökün və şorbanın üzərinə əlavə edib, qarışdırın. 1+ yaş uşaqlar üçün sonda yarım çay qaşığı qədər duz əlavə edilə bilər. allergik körpələr üçün hekiminizdən məsləhət alın.

Facebook-da rəy bildir
Əlaqə üçün
info(a)anayam.az