Bizə yazın
[contact-form-7 id="4" title="Bizə yazın"]

Uşaqlara yetərincə su verirsinizmi?

22.08.2017

Uşaq sağlamlığı – valideynlərin əsas qayğılarından biridir. Bilirsinizmi ki, su uşaq orqanizminin formalaşmasında, immunitetin möhkəmlənməsində mühüm rol oynayır ? Bu yazıda biz müxtəlif yaşlı uşaqlara gün ərzində yetərincə nə qədər, hansı sudan içməyin vacibliyindən danışacayıq.Elm artıq, sutka ərzində lazımi miqdarda suyun qəbulunu əhəmiyyətli olmasını çoxdan sübuta yetirib. Və bu təəccüblü deyil. Belə ki, uşağın bədəni 80%, böyük insanın bədəni isə 60% sudan ibarətdir. Su, orqanizm tərəfindən asanlıqla mənimsənilir və orqanizmdə gedən bütün proseslərə güclü təsir göstərir. Suyun çatışmazlığı səhhətinin pisləşməsinə, imun sisteminin zəifləməsinə, hətta çəki artımına gətirib çıxarır. Çox vaxt bəzi xəstəliklərin inkişafı – bədənimizdə suyun çatışmazlığının göstəricisidir! Bu maye xüsusilə uşaq sağlamlığı üçün mühüm rol oynayır. Siz uşağınızda nə qədər tez və düzgün su qəbulunu adət halında formalaşdırsaz, bir o qədər ona, sonrakı yaşlarda doğru həyat tərzini qorumaq asan olacaq.

Suyun uşaq orqanizminin formalaşmasında rolu

Suyun müntəzəm qəbulu maddələr mübadiləsini yaxşılaşdırır, təzyiq və bədənin temperaturunu sabit saxlayır, allergik reaksiyaların yaranma riskini azaldır və hətta əhval-ruhiyyəni yüksəldir. Bədəndə su çatışmazlığı, bir çox xəstəliklərin inkaşafında səbəbkardır. Suyun çatışmazlığı ilə nəticələnən sağlamlıq problemlərinin kiçik bir siyahısı aşağıdakı kimidir:

  • İnfeksiya və allergik reaksiyalar;
  • Dəridə quruluq;
  • Böyrəklərdə daş;
  • Maddələr mübadiləsi və həzmlə bağlı problemlər;
  • Oynaq və bel ağrıları;
  • Diş və diş əti problemləri;

Bir sözlə, su bədənimizin təbii bir hissəsidir. Uşaqlar üçün isə mayenin düzgün rejimdə və həcmdə qəbulu son dərəcə mühüm rol oynayır, çünki məhz bu yaşda orqanizmin bütün sistemi formalaşır. Və nə qədər tez uşaq mütəmadi olaraq su içməyi öyrənirsə, bir o qədər az həkimlə görüşəcəksiz.

Uşağa hansı su məsləhətdir

Əlbəttə suyun orqanizm üçün xeyri qiymətsizdir. Amma hər su, içmək üçün yararlı deyil, bəziləri hətta sağlamlığa xələl gətirə bilər. Bu cür suları rasiondan çıxarmaq mütləqdir.

  • Şirin qazlı suların tərkibi kofein, natrium benzoat, fosfot turşusu, süni rəngləyicilər və dadvericilərlə zəngindir. Onlar uşaqda sancılara, mədə və bağırsaq selikli qişasının qıcıqlanmasına səbəb olur. Onların tərkibindəki şəkər isə kariyes yaradır.
  • Eləcə də qaynadılmış suyu uşağa vermək məsləhət deyil. Əlbəttə onun ziyanı olmayacaq, amma heç bir faydası da olmayacaq. Qaynadılmış su, ölmüş su hesab olunur.
  • Krandan olan birbaşa su, çoxlu duz tərkibli ola bilər. Bu da böyrəklərə düşəcək əlavə yükdür. Bundan başqa, suyun keçdiyi köhnəlmiş santexnika sistemləri bakteriyalar üçün yaşayış mənbəyidir.
  •  İçkilər, meyvə şirələri, içməli su rasionuna daxil deyil.
  • Uşaqlar üçün ən faydalı su, yaxşı su filteri ilə temizlənmiş və ya xüsusi qablaşdırılan sular uyğundur.

Uşaq üçün olan xüsusi təmizləmədən keçən, qablaşdırılan suyun faydalı səbəbləri:

  1. Bu cür təbii suyun tərkibində kifayət qədər kalsium, natrium, kalium, maqnezium var.
  2. Emal zamanı suyun tərkibi balanslaşır və bol mineral qalıqları təmizlənir. Buna qaynadılmış suda nail olmaq olmur.
  3. O, həmçinin bakterisid emalından keçir ki, bu da mikrobların mövcudluğunu istisna edir.

Təbii  suyu uşağa həyatının ilk günlərindən vermək olar, özü də o, qaynadılma tələb etmir. Belə suyu nəinki içmək, o, həm də pürelər, süd qarışıqlarının hazırlanması üçün idealdır.

0 – 1 yaş.

Uşaqlar 4 – 6 aya qədər, bir qayda olaraq, bütün qidalı maddələri və suyu – ana südü ilə qəbul edir. Su, ana südünün 75%-ni təşkil edir. Bu dövrdə həkimlər, balacalara su verməyi məsləhət etmirlər. İlk növbədə ona görə ki, məhz bu zaman bağırsağın florası formalaşır və istənilən müdaxilə prosesə təsir göstərir. Bundan başqa, su mədəni doldurur və yalnış doyma hissi yaradır – nəticədə doyunca yemir. Digər tərəfi isə körpənin anadan az süd yemesi nəticəsində, anada südün azalması müşahidə edilir (süd uşağın əmməsinə cavab olaraq, yaranır).

Bu zaman ən vacib olan, ananın susuz qalmamasıdır. Ananın lazımı miqdarda su qəbul etməsi, vacibdir!

Amma bəzi ekspertlər – 3 aylıq körpəyə, yalnız isti vaxtı, çox tərləyirsə və ağızda quruluq hiss edilirsə, qaşıq ilə bir az (30 ml qədər) su verməyə icazə verilir. Heç bir halda məcbur etmək lazım deyil, sadəcə təklif  etmək olar. Və bunu yemək arası etmək lazımdır.

Aşağıdakı hallarda su təklif etmək lazımdır:

  • Qəbizlik;
  • İshal və qusma;
  • Hıçqırıq;
  •  Yüksək temperatur.

Lakin əlbətdə bunu həkim məsləhəti ilə ehtiyyatla etmək lazımdır. Amma, əgər uşaq süni qida ilə qidalanırsa, onda onun qarışıqlarını su ilə hazırlamaq və əlavə olaraq, suyu yemək arası vermək lazım gəlir.

Eləki, rasionda quru yeməklər əlavə olundusa, uşağa suyu hesaba görə vermək lazımdır:

uşağın çəkisi * 50 ml su – südün miqdarı * 0.75 (ana südünün 75 %-i sudan ibarətdir).

Məsələn, sizin uşaq 10 kq çəkidədir və sutka ərzində 300 ml süd içir:

  1. 10 kq * 50 ml = 500 ml
  2. 300 * 0.75 = 225 ml
  3. 500 ml – 225 ml = 275 ml

275 ml – uşağınızın sutka ərzində içəcək suyun miqdarıdır.

1-3 yaş

Bu yaş arası uşaqlar daim hərəkətdə olurlar. Buna görə bu yaşda uşaqların su içmə norması 800 ml-yə qədər çata bilər. Aşağıdakı əlamətlərə görə uşaqda suyun çatışmazlığını müəyyən etmək olar:

  • Dodaqlar və ağız quruluğu;
  • Dərinin quru və ya solğun olması;
  • 6-8 saatlıq yuxudan sonra bezin quru qalması;
  • Uşaq tez-tez göz yaşlarsız ağlayır;
  • Sidik tünd rəngdə və ya güclü iylidir;
  • Uşaq suyu acgözlüklə içirsə;

3 – 7 yaş

Bu yaşda uşağın su içmə norması 1 – 1,7 l-dir. Təbii ki, bu norma uşağın aktivliyinə görə dəyişə bilir.

Əgər uşaq həddən çox su içirsə

Artıq su ürək və böyrəklərin işini çoxaldır, zülalı məhv edir. Ürək xəstəlikləri, böyrək patologiyası zamanı artıq su uşağı şişlərə gətirib çıxara bilər. Əgər uşaq hansısa bir gün əvvəlkindən daha çox su içibsə, bunda qorxulu heç nə yoxdur, bu yemək və ya aktiv günlə əlaqəli ola bilər. Əgər uşaq uzun müddət çoxlu su içirsə, düşünmək və ehtiyatlı olmaq lazımdır.  Çoxlu su dedikdə,

  • İsti günlərdə deyil, 1 yaşa qədər uşaqların 500 ml və daha artıq su içməsidir.
  • 1 – 3 yaşadək uşaqlar 1500 ml-dən artıq su içir.
  • 3 yaşdan yuxarı uşaqlar 2000-2200 ml artıq su içir.

Təhlükə şəkərli diabetin inkişafından xəbər verə bilər.  Bu xəstəlik zamanı, uşaqda böyük miqdarda ayrılan sidik, ovuc və dabanlarda qaşınma müşahidə olunur.

İshal, qusma, güclü tərləmə zamanı az maye içmək çox təhlükəlidir. Suzsuzluq sinir sisteminə zərbə vurur və ürəkkeçməyə, koma vəziyyətinə  səbəb ola bilir.

Uşaq niyə sudan imtina edir

Bəzi balacalar sudan imtina edir. Bu suyun keyfiyyəti ilə bağlı ola bilər. Məsələn, kran suyundan olan qaynadılmış su, xlor qoxusuna, xoşagəlməz dadına görə uşaqda ikrah doğura bilər. Əgər uşağınız su içməyi sevmirsə, maraqlı dispenserlerden istifadə edə bilərsiz. Bu cür dipenserlər uşaqlarda böyük marağa səbəb olur və nəticədə uşaq maraqla günlük su ehtiyastını ödəyərək, su içməyi öyrənir.

Sadə suyu, meyvə şirəsi və ya şirin su ilə əvəz etmək olmaz. Dadlandırmaq üçün suya nanə yarpaqları, qarağat yarpaqları və s. ata bilərsiz. Ancaq su, birmənalı şəkərsiz olmalıdır. İdeal variant, qazsız, qablaşdırılan sudur. Şirələr, kompotlar və meyvə şərbətiləri gün ərzində 200-300 ml çox olmaması məsləhətdir.

Uşaqlara su içməyi, sağlam yaşam tərzini lap körpəlikdən öyrədin!

Facebook-da rəy bildir
Əlaqə üçün
info(a)anayam.az