Bizə yazın
[contact-form-7 id="4" title="Bizə yazın"]

Uşaq arabaları necə seçilməlidir

01.03.2018

Uşağın dünyaya gəlməsi ilə əlaqəli bir çox zəruri əşyaların alınması təlabatı yaranır. Uşaq arabası, uşaq çarpayısı, bələmə stolu, çimmək üçün vanna və daha nələr. Gənc valideynlər bahalı əşyaların seçiminə çox məsuliyyətlə yanaşırlar. Uşaq arabasının düzgün seçilməməsi, istifadə zamanı tez-tez narahatçilığa səbəb olur, onu isə başqa modelə dəyişmək çətin olur.

Müasir uşaq arabaları şərti olaraq aşağıdakı şəkildə bölünür:

  • Yenidoğulanlar üçün arabalar;
  • Transformer-arabalar;
  • Universal arabalar;
  • Üçtəkərli arabalar;
  • Gəzinti arabaları.

Onların hər birinin özünəməxsus funksional xüsusiyyətləri, ölçüləri və uşağın müdafiəsi üçün tələbləri vardır.

Yenidoğulanlar üçün arabalar

Yenidoğulanlar üçün arabalar, bir növ klassik beşikləri xatırladır. Bunlar, geniş və sərt döşəməli yataq səbətindən; aşağı yuxarı dəyişən, qatlanan şassi və böyük ölçülü təkərlərdən ibarətdir. Beşik yerdən yüksəkdə yerləşir ki, körpələrə soyuq olmasın və həmçini valideynlər rahatlıqla körpənin qayğısına qala bilsin. Bu cür klassik modellərdə körpə yalnız uzana bilər, buna görə 8-12 aylıq körpə üçün bu cür arabaya ehtiyac qalmır. Bundan sonra zərurət transformer tipli arabasına yaranır ki, uşaq orda həm uzana, həm də otura bilir.

 

Transformer uşaq arabaları

Transformer arabaları beşiyin funksional xüsusiyyətlərini və gəzinti modelininin imkanlarını özündə birləşdirir. Onlar 3-4 yaşadək uşaqlar üçün nəzərdə tutulub. Transformer arabasının konstruksiyası, klassik yatmış beşiyin rahat şəkildə gəzinti arabasına çevrilməsi üçün nəzərdə tutulmuşdur ki, burda körpə sərbəst otura bilsin. Bu arabaların klassik arabalarla müqayisədə yeganə çatışmazlığı – əlavə istiləşmənin olmamasıdır. Buna görə də soyuq havalarda transformer arabalar əlavə izolyasiya olunması zəruriyyəti yaradır.

 

 

Universal uşaq arabaları 

Universal uşaq arabaları, klassik araba beşiyinin asanlıqla gəzinti və ya avtomobil oturacağına dəyişmə imkanlarına malikdir. Bütün bu oturacaqlar eyni şassi üzərində quraşdırılır və komplektdə satılır. Belə konstruksiyaların bəlli çatışmazlığı – yüksək qiymətdir. Lakin, bir sıra istehsalçılar əlverişli qiymət səviyyəsini saxlamaq üçün avtomobil oturacağını komplektə daxil etmir. Ona görə, belə araba alarkən dəstin tərkibi ilə maraqlanmaq tövsiyə olunur.

 

Üçtəkərli uşaq arabaları

Üçtəkərli uşaq arabaları, xüsusi aktiv həyat tərzi aparmaq istəyən analar üçün hazırlanmışdır. Onların fərqləndirici xüsusiyyətləri – yüksək manevr qabiliyyəti, əl əyləcinin olması və kiçik dönmə radiusudur. Qalın böyük ölçülü təkərlər asfaltdan kənar yollarda yaxşı hərəkət edir. Bu üstünlüklər yüngül qaçış və yüksək intensiv gəzinti üçün uyğunlaşdırılmışdır. Belə bir modeli alan zaman, onun genişliyinə diqqət yetirməyi məsləhət görürük. Bəzi hallarda belə arabalar liftə sığmaya bilər.

 

Gəzinti uşaq arabaları

Gəzinti uşaq arabalarında uşaq yalnız otura bilər. Bu kateqoriyada seçim çox genişdir. Bura qış və yay, yüngül və kompakt tutacaqlı, üç və dörd təkərli və s. kimi modellər daxildir.  Bir qayda olaraq, valideynlər ilk növbədə, arabanın funksionallığını, növünü, habelə malın dəyərini qiymətləndirməlidir. Bəziləri dərhal böyük bir məbləğ qoyaraq, uzun müddətli uşaq arabası alır, başqaları isə əvvəl nisbətən ucuz beşiyi almaq – sonra isə gəzinti modelini almaq istəyir. Hər iki halda xərclər çox cüzi fərqlənir.

Düzgün seçim edirik!

Arabaların ölçüləri də əhəmiyyətli amildir. Almadan əvvəl əmin olun ki, bəyənilmiş model liftə həm uzunluğuna, həm də eninə görə sərbəst şəkildə yerləşə biləcək. Bunu həm sərnişin, həm də yük lift üçün nəzərə alın. Bundan başqa araba alarkən onun təkərlərini də gözdən keçirin. Təkərlər ya plastik, ya da pnevmatik ola bilər. Plastik təkərlər kiçik kütləyə malikdir, qar və palçıqda daha rahat gedir, nadir hallarda sınırlar. Pnevmatik rezin şinlər daha hamar səth üçün nəzərdə tutulub, daş və qum üzərində daha yaxşı hərəkət edirlər. 

Aldim.az saytındakı Uşaq arabaları bölməsində geniş kataloqla burada tanış olub, münasib seçim etmək olar. Həmdə, sifarişlər Bakı şəhəri  və Azərbaycanın bütün bölgələrinə pulsuz çatdırılır.

Valideynlər uşaq arabası alarkən, ən əsası onun təhlükəsizliyi ilə maraqlanmalıdırlar. Hər bir araba dəstinə daxil olmalıdır:

  • Uşaq üçün qoruyucu təhlükəsizlik kəmərləri;
  • Təkərlər üzərində sıxaclar və əyləclər – meylli səthdə yük olan arabanın təhlükəsiz şəkildə dayana bilməsi üçün;
  • Dəyişdirilən və qatlanan hissələrdə etibarlı sıxaclar;

Həmçinin uşaqlar üçün arabalar, istifadə olunan kostruktiv  materialların təhlükəsizliyini təsdiq edən sertifikatlara malik olmalıdırlar.

Yeni doğulanlar üçün araba seçərkən əlavə amillərin nəzərə alınması tövsiyyə olunur. Məsələn, beşik yatağı üfüqi və mümkün qədər tikiş çıxışı olmadan hamar olmalıdır. Həmçinin, o qədər sərt olmalı ki, uşağın çəkisini qoruyaraq, əyilməməlidir. Bu, yeni doğulan uşağın formalaşmamış onurğa sütunu üçün çox vacibdir. Yeni doğulanlar üçün arabalar, təbii materiallardan hazırlanmalıdır, belə ki, körpələrdə tez-tez sintetik materiallara allergiya yaranır. Bundan başqa, beşiyin ətrafı, uşağı küləkdən qorumaq üçün hündür  olmalıdır. Araba böyük pnevmatik təkərlərlə və yumşaq amortizatorlarla təchiz olunmalıdır. Bu, gəzinti zamanı körpənin rahat yatması və arabanın müxtəlif maneələri dəf etməsi üçün əvəzedilməz olacaq. Aşırıla bilən əl tutacağı – uşağı yağışdan və küləkdən qorumaq üçün nəzərdə tutulan əlavə rahatlıqdır. Araba, qar və yağışdan qorunması üçün şəffaf üzlə təchiz edilməlidir.

Facebook-da rəy bildir
Əlaqə üçün
info(a)anayam.az