Bizə yazın
[contact-form-7 id="4" title="Bizə yazın"]

Uşağa sarımsaq vermək olarmı?

14.12.2017

Sarımsaq – çox faydalı məhsuldur. O, soyuqdəymə xəstəliklərinin inkişafına səbəb olan bakteriyalarla mübarizədə çox məşhurdur. Sarımsağın tərkibində orqanizm üçün çox vacib olan elemetlər; kalium, natrium, maqnezium, kalsium, fosfor turşusu, sulfat, A ,D, C, B vitaminləri saxlanılır. Demək lazımdır ki, sarımsaq arterial təzyiq və xolesterinin səviyyəsini aşağı salmağa qadirdir, trombların yaranmasına xəbərdarlıq edir. Körpənin imun sisteminin gücləndirilməsində, iştahın artırılmasında mühüm yer tutur. Soyuqdəymənin ilk mərhələlərində əla dərman hesab olunur. Antiseptik xüsusiyyəti sayəsində məhsul müxtəlif parazitlərlə və bağırsaq xəstəliklərinin törədici mikrobları ilə effektiv mübarizə aparır.

Uşaqlara sarımsaq nə zaman vermək olar?

Sarımsaq 6-ci aydan etibarən, körpə mətbəxinə giriş edə bilər. Etdiyiniz şorbalara, yeməklərə əlavə etməyiniz kifayətdir. Onu buxarda və ya suda bişirin. Hətta yemək bişirməyə yaxın, sarımsağı atıb içərisində yumşalması daha sağlamdır. Sarımsağın yeməklərə ilk əvvəl çox az miqdarda (1 diş sarımsağın 1/4 hissəsi) qatılması kifayətdir. Körpə böyüdükcə, istifadə edilən sarımsağın miqdarı artırıla bilər. Sarımsağı ilk dəfə verdiyiniz zaman yeni bir qida ilə qarışdırmayın. Bundan başqa, sarımsaq allergiya etmə ehtimalı olan bir qida olduğundan, körpəyə verildikdən sonra üç gün gözləmə qaydasını tətbiq etməklə, allergik nəticələrin olub-olmadığına diqqət edilməlidir. Orqanizmin müqavimətini artıran sarımsağın dadı bəzən çox kəskin ola bilir. Buna görədə, uşağınıza sarımsaqlı bir yeyəcəyi verməzdən əvvəl mütləq özünüz dadına baxın.

İki yaşdan etibarən uşağa yarım diş sarımsaq təklif etmək olar. Ancaq heç bir halda onu hamısını yeməyə məcbur etməyin. Uşaq ona nə qədər sarımsaq yemək lazım olduğunu yaxşı bilir. Maksimum miqdarda faydalı olması üçün sarımsağı təzə halda bişməmiş şəkildə istifadə etmək tövsiyə olunur. Məhsul, hazır yeməyə; yağa; qatığa; çörəyin üzərinə çəkməklə verilə bilər. Faydalı efir yağlarının əksəriyyəti istilik nəticəsində buxarlanır ki, bu da məhsulun səmərəsini azaldır.

Hər halda bu məhsuldan sui-istifadə etməyə dəyməz. Uşağa həftədə iki dəfədən çox olmayaraq verə bilərsiniz.

Yedikdən sonra sarımsağın qalan iyindən şikayət edilirsə, bir az cəfəri yarpağı və ya mixəq çeynəməyi təklif etmək olar. Beləliklə, sarımsağı uşağa cəsarətlə verin. Əsas unutmayın ki, onu uşağa az miqdarla vermək lazımdır!

Facebook-da rəy bildir
Əlaqə üçün
info(a)anayam.az