Bizə yazın
[contact-form-7 id="4" title="Bizə yazın"]

Uşağa şəkər olarmı?

29.09.2017

Məlumdur ki, uşaqlar şəkəri daha çox sevirlər və tez öyrəşirlər. Körpə südəmər dövrünü keçəndə, artıq valideynləri bir sual düşünür ki, körpənin rasionuna şəkər əlavə etmək olarmı, nə zaman və hansı miqdarda? Bizim günlərdə, şəkərin ziyanı barədə hədsiz danışılır. Amma doğrudanmı, o, insan orqanizminə yalnız ziyan verir və bu məhsulun heçbir faydalı xüsusiyyətləri yoxdurmu?

Şəkərin faydası

Şəkər – ilk növbədə, uşaq orqanizminə aktiv hərəkətlər üçün enerji verən sürətli karbohidrat mənbəyi kimi çıxış edir. Onun istifadəsi uşağın bədənində çoxlu prosesləri fəallaşdırır, həm də baş beyin işinə müsbət təsir edir.
Bundan başqa, şəkər uşağın əhval-ruhiyyəsinə təsir edir, beləki, şirin dad uşağa ləzzət verir.

Şəkərin ziyanı

  • Bağırsaq mikroflorsına mənfi təsir göstərir. Artıq şirniyyat faydalı bakteriyaları məhv edir, qıcqırma prosesini fəallaşdırır və qarının işləməsinə, meteorizmə səbəb olur.
  • Bu məhsulun artıq istifadəsi artıq çəkiyə səbəb olur. Uşağın aktiv fəaliyyətində sərf olunmayan şəkər, orqanizmdə yağ ehtiyatına toplanır və nəticədə artıq çəki yaranır.
  • Uşaq rasionunda həddindən artıq şəkər, sinir sistemi üçün pisdir. Çoxlu şirniyyat yeyən uşaqlar daha tez əsəbiləşən və qıcıqlanan olurlar. Onların davranışı isterik və əsəbi olur.
  • Mənimsənilən vitamin ehtiyatına, eləcə də mineral mübadiləsinə mənfi təsir edir. Xüsusilə, bu məhsulun istifadəsi, kalsiumu yuyur və B-qrup vitamin çatışmazlığı yaradır.
  •  Onun istifadəsi, karies inkişafına səbəb olan amillərdən biridir. Şirin içki, süd dişlərinin tez zamanda itirilməsinə səbəb ola bilir.
  • Şəkər qəbulundan sonra, uşağın immun müdafiəsi bir müddət zəif olur.
  • Balacalar şəkərə tez öyrəşirlər, nəticədə şəkər əlavə olunmayan yeməkdən imtina edirlər.  Məsələn kəm şirin çay və ya kompot içirlər, lakin onlara vacib olan adi sudan imtina edirlər.

Uşaqlar qlükozaya ehtiyacı olduğu kimi, şəkərə ehtiyac deyillər. Məhz o, enerji verir, iştahanı yaxşılaşdırır, bütün orqanları tonusda saxlayır və onları lazım olduğu kimi işləməyə məcbur edir.  Qlükoza meyvə və tərəvəzlərin tərkibində saxlanılır! Şirniyyat və şəkərin tərkibində də qlükoza var, lakin tərkibində tək qlükoza deyil. Buna görə də, uşaq rasionunda onlar, 10%-dən artıq olmamalıdır.

Prinsipcə, bir il sonra uşaq qidasına şəkər əlavə etmək mümkündür, amma burada əsas, müəyyən edilmiş normadan artıq səy göstərməməkdir:

  • 3 yaşa qədər, şəkərin sutkalıq norması 6 qram;
  • 3 yaşdan – 6 yaşa qədər bu norma təxminən 7 qram təşkil edir.

Uşağın yeməsi üçün yeməyini  (xüsusilə də sevilməyən yeməyi) şirinləşdirmək lazım deyil. Qoy balaca, məhsulların xalis dadını dadsın. Uşaq nə qədər gec şirniyyatla tanış olarsa, o qədər çox ehtimal var ki, o, şirniyyatdan asılı olmayacaq. Hər zaman hazır uşaq qidalarının tərkibini araşdırın. Bir çox qidalara şəkər və şirinləşdiricilər qatılır. Şəkərin təbii və faydalı əvəzediciləri – bişirilmiş, qaynadılmış və qurudulmuş meyvədir. Bir dilim alma və ya banan körpəyə ləzzət edəcək və faydalı olacaqdır. Şirin meyvəli yeməklərə 8 ay sonra dadmaq tövsiyə edirlir ki, balaca, artıq tərəvəz və dənli bitkilərlə tanış olmuş olsun.

Beləliklə, belə nəticə çıxarmaq olar ki, uşaq orqanizmi üçün şəkər və ondan hazırlanan şirniyyatlar, xeyirdən çox zərərlidir. Uşaq şirniyyat və şokoladlara ehtiyaclı doğulmur, əgər valideynlər şəkərə onu öyrətməsələr, onlar heçdə özlərini məhrum edilmiş kimi hiss etməyəcəklər. Amma uşaqda şəkərə düzgün münasibət formalaşdırmaq üçün gərək valideynlər də nümunə ola bilsinlər.

Facebook-da rəy bildir
Əlaqə üçün
info(a)anayam.az