Bizə yazın
[contact-form-7 id="4" title="Bizə yazın"]

TOP-10 məhsulu 3 yaşadək uşaqlara vermək olmaz!

07.09.2017

Üç yaşına çatmayan körpəyə, yeni qida təklif etməzdən əvvəl, onun bədəninin bu cür yeməyin öhdəsindən gələ biləcəyinə əmin olmalısınız. Aydındır ki, kartof çipsləri, qazlı su və fast fud yeməkləri körpə üçün heç yaxşı qida deyil, amma uşaq üçün daha hansı qidaların təhlükəli hesab olunduğunu da bilmək vacibdir.

Yağlı çörəklər 

Yağlı xəmir məmulatları və onun əsasında hazırlanan bişintilər, 3 yaşa çatmayan körpəyə vermək olmaz. Belə bişintilər, zəif və hələ tam formalaşmayan mədəaltı vəzini ağırlaşdırır. Bundan başqa, mağaza məhsullarının əksəriyyətində kimyəvi əlavələr var, bu da sağlamlığa zərər verə bilər.

Şokolad

Kakao çox güclü bir allergendir, buna görə də, körpəyə şokolad və kakao əsaslı məhsulları vermək tövsiyə edilmir. Konfet və digər şirniyyatlar körpədə, mürəkkəb formalı allergiyanın inkişafına səbəb ola bilir.

Dondurma

Körpəyə dondurma təklif etməzdən əvvəl, onun tərkibi ilə tanış olmaq lazımdır. Əgər dondurmanın tərkinində; süni bitki mənşəli yağlar, aromatizatorlar, emulqatorlar varsa, o, avtomatik olaraq uşaq üçün qadağan olunmuş məhsullar siyahısına düşür.

Şokolad qlazurlu kəsmikli şirniyyat

Bu məhsullar da xüsusi fayda ilə fərqlənmir. Bu şirniyatların tərkibində çoxlu şəkər, yağlar və müxtəlif əlavələr var. Buna görə də onların tərkibini dondurmaların tərkibi kimi, diqqətlə öyrənmək lazımdır.

Ət və balıq bulyonları

Hətta 1,5 yaşında uşağa, et və balıq bulyonunda bişirilmiş yeməklər təklif edilir, amma hələ tezdir. Bulyon hazırlanarkən, mayenin tərkibinə həddən çox ekstraktiv maddələr və yağlar keçir. Bu da uşağın mədə-bağırsaq traktını qıcıqlandırır. Ən doğru yolu, şorbalar tərəvəz bulyonundan hazırlansın, qaynadılmış ət və ya balıq isə ayrıca verilə bilər.

 Kolbasa və sosiskalar

Nədənsə bir çox analar, doktor və ya südlü kolbasaları, uşaq üçün təhlükəsiz hesab edir. Və əbəs yerə – onların tərkibində olan çoxlu yağ, duz və qida əlavələri, uşağın xeyrinə getməyəcək.

Dəniz məhsulları

Dəniz məhsulları – güclü allergendir, üstəlik, onlar pis mənimsənilir. Həzmi çətinləşdirdiyi üçün, uşağın pəhriz qidasından istisna edilir.

Balıq Kürüsü

Kürüyə, çoxlu E və D vitaminləri daxildir, lakin bu məhsulun uşaq menyusuna əlavəsi ilə tələsməmək yaxşıdır, çünki onun tərkibində çoxlu duz. Bundan əlavə, məhsulun yaxşı saxlanılması üçün ona emulqatorlar əlavə edilir, bu da adətən bağırsaq işinin pozğunluğuna səbəb olur.

Tərəvəz turşuları

Bir çox uşaqlar xiyar və ya pomidor turşularını sevir, lakin onlarla ehtiyatlı olmaq lazımdır, çünki artıq duz və ədviyyatlar, böyrək problemlərinin yaranmasına səbəb ola bilir.

Göbələk

Diyetoloqlar, uşağı göbələklə yeddi yaşdan sonra tanış etməyi tövsiyə edir. Bu məhsul həzm üçün çox çətindir və uşaqda həzm pozğunluğuna səbəb ola bilər.

3 yaşadək uşağın, mədə-bağırsaq yolu, heç də, masa üstü bütün məhsulları həzm edə bilmir.

Beləliklə, əgər körpədə həzm pozğunluğu və ya allergiya yaratmaq istəmirsinizsə,

diyetoloqların məsləhətlərinə qulaq asın.

 

Facebook-da rəy bildir
Əlaqə üçün
info(a)anayam.az