Bizə yazın
[contact-form-7 id="4" title="Bizə yazın"]

Hamiləlik dövründə çəki dəyişiklikləri

28.08.2017

Bir çox hamilə qadınların narahat olduğu tərəf – çəki artımıdır. Hamiləlik dövründə çəki artımı ananın və uşağın sağlamlıq vəziyyətinin mühüm göstəricisi hesab olunur və əhəmiyyətli dərəcədə normadan kənar çəki, narahatlıq siqnalı hesab edilir.

Hansı çəki göstəriciləri normal sayılır?

Hamilənin 9 ay ərzində əlavə yığdığı çəki təxminən 10-12 kq təşkil edir. Bu orta rəqəmdir, adətən, hamiləlikdən əvvəl az çəkisi olan qadınlar daha çox kilo, dolu qadınlar isə daha az kilo alırlar. Çox döllü hamiləlik halında kilo 16-20 kq-a qədər arta bilir.

Hamiləlik dövründə toplanan kiloqramlar, aşağıdakıların çəkisidir:

  • Uşaq təxminən  3-5 kq;
  • Böyümüş uşaqlıq – 1 kq;
  • Amnion maye ( dölyanı maye) və cift (plasenta) – təxminən 1,5 kq;
  • Əlavə qan həcmi – 1,5 kq ;
  • Döş və əlavə yağ ehtiyatlarının artması – 4, 5 kq-a qədər ((dərialtı yağ parça qatı, döl üçün qoruyucu və istilik izolyatoru kimi xidmət edir).

Hamiləliyin birinci rübündə çəki artımı, aya 500-700 qrama qədər olur. Sonra çəki daha sürətli artmağa başlayır. İkinci rübdə ayda 1 kiloqrama qədər, üçüncü rübdə isə 1,5 kiloqrama qədər (gündə 50 q) çəki toplanmağa başlanır. Hamiləliyin son aylarında çəki 1-2 kq aza bilər. Bu, bədəndə mayeni saxlayan progesteron səviyyəsinin doğumdan əvvəl azalması ilə əlaqədardır. Çəkinin daha dəqiq nəzarəti üçün ginekoloq səfəri zamanı evdə çəki tərəzisindən çəkilməyiniz tövsiyə olunur. Bunu eyni vaxtda və eyni vəziyyətdə: səhər tualet ziyarətindən sonra, acqarına etmək məsləhətdir.

Çox sürətli və ya çox ləng çəki artımının səbəb və riskləri

Hətta, çox ləng və ya nəzərəçarpacaq dərəcədə sürətli çəki artımı, hamilə qadın üçün plandankənar həkim ziyarətinə səbəb olmalıdır. Hər ikisi də qeyri-stabil hamiləliyin göstəricisidir.

Əgər hamilə qadının çəkisi çox ləng artırsa, onun bətnindəki körpə sağlam qida ilə təmin olunmur və bu, uşağın orqan və sistemlərinin formalaşmasına mənfi təsir göstərəcək. Çəki hədsiz artanda və ya azalanda, vəziyyət erkən doğumla nəticələnə bilər. Kaloriya çatışmazlığı ilə estrogenin yaranması azalır , bu da, hamiləliyin normal gedişatı üçün vacibdir. Çəkinin artmamasının daha çox səbəbi, ağır toksikoz səbəbiylə iştahsızlığın olmasıdır.

Hamiləlik dövründə çox sürətli çəki yığımı, heç də az təhlükəli deyil. Patoloji çəki artımı, aşağıdakıların inkişaf riskini artırır:

  • Diabet, dölün hipoksiyası, uşağın ağırçəkili olması;
  • Gestoz –  Ana və uşağın həyatı üçün təhlükə yaradan, hamiləliyin ağır forması;
  • Hipertoniya – Şişlərin nəticəsində yaranır;
  • Ürək-damar sisteminin funksional pozğunluqları;
  • Venaların varikoz genişlənməsi.

Bundan əlavə, əgər hamilənin çəkisi sürətlə artırsa,  ana bətnində olan körpə çox böyüyə bilər və bu isə doğuş zamanı çətinliklər yaradır.

Çəki artımını necə nizamlamaq olar?

Əgər ağır toksikoz səbəbiylə çəki artmırsa və siz heç yemək istəmirsizsə, ruhdan düşmək lazım deyil. Onsuzda yemək lazımdır, ürəkbulanmanın az olduğu zamanda, az-az amma çox tez-tez qidalanın.

Sutkalıq rasion – kifayət qədər zülallar, yağlar və karbohidratlardan ibarət olmalıdır. Bundan başqa həkimin təyini ilə hamilələr üçün nəzərdə tutulan vitamin komplekslərinin qəbulu tövsiyə olunur. Tez-tez qəlyanaltı etmək istəyirsizsə, özünüzlə hər zaman xeyirli və kalorili: banan, peçenye, meyvə qurusu, çərəzlər gəzdirin.

Bədən çəkisinin tez bir zamanda artmasının əsas vəzifəsi, toxumalarda toplanan mayeni (məhz artıq maye qəbulu artıq çəkiyə səbəb olur) və kapillyarlarda qan dövranının aktivliyini azaltmaqdır ( bu isə ana-cift-döl sisteminin səmərəli işləməsi üçün vacibdir). Ona görə də, həkiminizin məsləhəti ilə gündəlik maye qəbulu 1,5 l qədər məhdudlaşmış olmalıdır.

Bədən çəkisinin sürətli artma korreksiyasına pəhrizdə aiddir. Əlbəttə ki, hamiləlikdə heç bir aclıqdan söhbət gedə bilməz. Bu pəhrizdə, yalnız həddən artıq iştaha oyadan və kilo almağa səbəb olan qidaları çıxarmaq lazımdır. Bura un məhsulları, şirniyyat, fastfood, yağlı ət, heyvan mənşəli piylər, acı ədviyyatlar aiddir. Balıq və ət (yağsız növ), bitki mənşəli yağlar, meyvə və tərəvəz menyu siyahısında mütləq olmalıdır. Yeməyi buxarda bişirmək, qaynatmaq və ya pörtləmək daha xeyirlidir. Yeməyin miqdarı isə gün ərzində az-az porsiyada amma tez-tez qəbul olunmalıdır.

Əgər bütün tövsiyələr yerinə yetirilərsə,

 hamiləlik zamanı artıq çəki probleminin öhdəsindən gəlmək mümkündür.

Facebook-da rəy bildir
Əlaqə üçün
info(a)anayam.az