― Advertisement ―

Uşaqlarda anadangəlmə ürək qüsurları dövlət hesabına aradan qaldırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Bona Dea Hospitalı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına...
Ana səhifəUşaq 1-5 yaşYemək reseptləriZeytun yağlı lobya yeməyin resepti (1 yaş +)

Zeytun yağlı lobya yeməyin resepti (1 yaş +)

Zeytun yağlı lobya 1 yaş və daha yuxarı yaşda körpələr üçün uda biləcəyi şəkildə yaxşıca doğranaraq, bişirilib rahatlıqla verə bilinən bir yeməkdir.Təzə lobya həm lif baxımından, həm də vitamin və mineral baxımından zəngindir. Qatıq ilə birlikdə çox dadlı və faydalı bir yeməkdir. 100 qramında təxminən 2 qram zülal olan bu tərəvəz, bitki mənşəli zülal ilə zəngindir. Bu tərəvəzi sağlam qidalanma üçün süfrələrinizdən əksik etməməyiniz məsləhətdir. Pomidor ilə bişirildikdə içindəki likopen (antioksidant) miqdarı ilə son dərəcə faydalı bir qida alınır.

Sağlam qidalanma üçün çox faydalı olan zeytun yağı ilə hazırlanan bu yeməyi körpələrinizin menyusuna əlavə edin. Təzə lobya lif və zülal ilə yanaşı, vitamin A, vitamin C, dəmir, mis, kalium, fosfor, maqnezium və kalsium ilə boldur. Evlərimizdə tez-tez bişirilən bu yeməyi uşaqlardan da əsirgəməmək və onları tərəvəz yeməyinə zamanında öyrəşdirmək doğru bir yanaşmadır. Uşaqların ürəklərini sındırmadan, çox məcbur etmədən, vaxtaşırı sevdikləri yeməkləri bu cür faydalı yeməklər ilə əvəz edə bilərsiniz. Unutmayın ki, heç bir vərdiş bir anda yaranmır. Onların da zamana ehtiyacı vardır.

Zeytun yağlı lobya yeməyi üçün inqrediyentlər:

  • 200 qr təzə lobya;
  • 1 ədəd orta boy soğan;
  • 1 ədəd orta boy pomidor;
  • 2 xörək qaşığı “Zeytun Bağları” zeytun yağı.

Bir yaş üstü və böyüklər üçün duz və şəkər əlavə edə bilərsiniz. Bunlar yeməyi ləzzətli etmək üçün istifadə edilən inqrediyentlərdir. Ancaq körpələrin böyrəklərini yoran bu cür inqrediyentlər, 1 yaşdan az olan körpələr üçün istifadə olunmur.

  • 1 çay qaşığı şəkər tozu;
  • 1 çay qaşığı ucunda duz.

Zeytun yağlı lobya yeməyinin hazırlanma qaydası:

Duzlanmış qaynayan suya təmizlənmiş, xırda doğranmış lobyanı əlavə edib, 15 dəqiqə bişiririk. Tavanı qüvvətli oda qoyub, oraya zeytun yağı ilə xırda doğranmış soğanı əlavə edirik. Soğanın qoxusu çıxıb rəngi şeffaf olana qədər təxminən 4-5 dəqiqə qovururuq. Sonra üzərinə suyu süzülmüş lobyanı əlavə edib, 5-10 dəqiqə qovururuq. Lobyanın rəngi dönəndə, pomidoru əlavə edib 5-10 dəqiqə bişiririk. Lobyanın bir qədər yumuşaq olması üçün yarım stəkan su əlavə edib, 3-4 dəqiqədən sonra qazanının altını azaldıb qapağını bağlayıb, təxminən 25-30 dəqiqə vaxtaşırı qarışdıraraq bişiririk.

error: Alert: Content selection is disabled!!