― Advertisement ―

Uşaqlarda anadangəlmə ürək qüsurları dövlət hesabına aradan qaldırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Bona Dea Hospitalı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına...
Ana səhifəUşaq 1-5 yaşUşağın inkişafı və tərbiyəsiUşaqlarda gec danışma və dilin inkişafı problemi

Uşaqlarda gec danışma və dilin inkişafı problemi

Uşaqlarda gec danışma halları müşaidə edəndə valideynlər uşağın inkişafı üçün narahat olurlar. Digər bacarıqların olduğu kimi körpələrin dil öyrənib, danışmağa başlama bacarığı da yaşa görə fərqli ola bilər. Əksər körpələrdə 6 aydan sonra “ba-ba-ba” kimi hecalar gözlənilir. Körpələr, 1 yaşından əvvəl, “ba-ba” “ma-ma” kimi hecaları birləşdirməyə başlayırlar. 3 yaşına çatmış uşaq, orta hesabla 2 və ya 3 söz istifadə edərək sadə cümlələri deyə bilirlər.

Uşaqlarda gec danışma terapiyası üçün mütəxəssis vəziyyəti qiymətləndirməli və diaqnoz qoymalıdır. Son illərdə ekranda daha çox məruz qalma, genetik və digər fərqli xəstəliklər səbəbiylə gec danışma halları daha sıx müşahidə olunur. Ayrıca qızların oğlanlara nisbətən daha erkən danışa bilmələrində bir həqiqət də var. Ancaq bu fikir, oğlanların gec yaşlarına qədər danışmamasına normal bir reaksiya verməyə və oğlanlarda problemlərin gec aşkarlanmasına səbəb ola bilir. Bir-biri ilə yaxın münasibətdə olan əkizlərin böyüklər ilə daha az şifahi ünsiyyətdə olması da danışmanın gec başlanmasına səbəb olur.

Sosial mühit dil inkişafına təsir edən əsas səbəblərdən biridir. Körpələr ana dilini doğuşdan bəri ətrafları ilə şifahi ünsiyyət yolu ilə öyrənirlər. Buna görə, körpə doğulduğu andan danışmaq çox vacibdir.

Uşaqlarda gec danışma nədir?

Gec danışma – uşağın yaşına görə tələb olunan səviyyədə danışa bilməməkdir. Danışıq problemləri fizioloji, bioloji və ya psixoloji ola bilər. Uşaq psixiatrlarının gözləntilərinə əsasən uşağ ilk sözlərini 8-18 ay arasında söyləməlidir.

Uşaqlar nə vaxt və neçə söz danışmalıdırlar?

Uşaqlar danışmaq qabiliyyəti ilə doğulur və 6 aydan sonra “ata, baba, nənə” kimi sözlərdən istifadə etməyə çalışırlar. Mütəmadi uşaq sağlamlıq müayinələri zamanı həkimlər digər inkişaf mərhələləri ilə yanaşı danışmanın da hansı mərhələdə olduğunu yoxlayırlar.
  •  0-6 ay körpələrdə dilin inkişafı

Körpə səslərə maraq göstərir, mırıldanır, anlaşılmaz səslər çıxarır. Əgər səsə reaksiya vermirsə, fərqli səslər çıxara bilmirsə, bu vəziyyəti izləmək lazımdır.

  • 12 aydan qədər körpələrdə dilin inkişafı

İlk doğum gününə qədər körpələr ətrafı ilə münasibətdə səslərdən istifadə etməlidirlər. Təxminən 9 ayda körpələr səsləri birləşdirməyə başlayır, fərqli səs tonlarından istifadə edərək və “nə-nə” və “ba-ba” kimi sözləri söyləyirlər. Əgər söhbətlərinizə reaksiya vermirsə, istəklərini ifadə etmək üçün səs çıxarmırsa, bu artıq problem ola bilər. 12 aya qədər körpələr səsə diqqət yetirməli və ümumi əşyaların adlarını tanımağa başlamalıdırlar. Diqqətlə izləyən, lakin səsə reaksiya verməyən körpələrdə eşitmə problemi və ya digər nevroloji problemlərin də əlaməti ola bilər.

  • 12-18 ay uşaqlarda dilin inkişafı

Bu yaşda uşaqlar eşitdikləri səsləri və sözləri təqlid etməyə başlayırlar. Tez-tez bir və ya daha çox söz deyirlər. Tez-tez ana, nənə, baba, top kimi sözlər deyirlər. Sadə təlimatları da başa düşə və izləyə bilirlər. Məsələn, “gel mənə”, “topu at”. Uşaq bu yaşda sözləri istifadə etmək əvəzinə işarə ilə istədiyini göstərirsə, sizin göstərişlərinizə cavab vermirsə, mütəxəssislə görüşməyiniz məsləhətdir.

  • 18-24 ay arası körpələrdə dilin inkişafı

18 aylıq uşaqların çoxu ən az 50 söz istifadə edir. 2 yaşında uşaqlar iki sözdən ibarət sadə cümlələr qura bilərlər. 2 yaşındakı bir uşaq ümumi əşyaları və onların şəkillərini təyin edə bilməlidir. Soruşulduqda burnunu və ağzını göstərməyi bacarmalıdır.

  • 2-3 yaş uşaqlarda dilin inkişafı

Bu yaşda uşaqların nitqində böyük dəyişikliklər olur. İki və ya üç söz istifadə edərək, düzgün cümlələr qura bilirlər. Söylənənləri daha rahat və daha yaxşı başa düşürlər. Üç yaşında olan bir uşaq, ictimai həyatda iştirak edə və problemini izah edə biləcək səviyyədə danışa bilməlidir. Bu yaşda uşaqların uşaq bağçasına qəbul olmasının səbəblərindən biri də budur. Bu yaşda uşaqlar rəngləri müəyyənləşdirməyə və nömrələri dərk etməyə başlayıblar. 4-5 sözdən ibarət bir cümlə qurur, nağılları izləyir. “Nə, niyə, harada” kimi suallar verə bilir. Əgər bunları edə bilmirsə, deyilənləri başa düşmürsə, mütəxəssisə müraciət etməyinizdə fayda var.

Nələrə diqqət edilməlidir?

  • 4 aylıq ikən ətrafındakı insanlara reaksiya vermir;
  • 1 yaşında adını başa düşmürsə, gülmək və ya əl göstərmək kimi jestlərdən istifadə etmir;
  • 18 aya qədər səsləri təqlid etmək çətindirsə;
  • Sadə sözlü istəkləri başa düşməkdə çətinlik çəkirsə;
  • 2 yaşa qədər, ən azı iki sözdən ibarət cümlələr qura bilmir. Sadə göstərişlərə əməl edə bilmir (Valideynlər 2 yaşındakı uşağın danışmasının ən azı yarısını başa düşməlidirlər);
  • 3 yaşında 2-3 sözdən ibarət sadə cümlələr quraraq, özünü ifadə edə bilmirsə;
  • 4 yaşında tanımadığı insanlarla aydın danışa bilmirsə.

Uşaqlarda gec danışma və ya dilin inkişafının səbəbləri nədir?

Uşaqlarda gec danışma problemi bioloji, inkişaf və psixososial səbəblərdən qaynaqlana bilər. Danışıq problemləri olan uşaqlarda eşitmə və görmə problemləri, yarıq damaq-dodaq kimi problemlər görülür. Bundan əlavə, zehni gerilik, serebral iflic, autizm kimi ümumi inkişaf pozğunluqları dil inkişafında problemlər yaradır. Eşitmə problemləri də tez-tez gec danışma ilə əlaqədardır. Qulaq infeksiyası eşitmə qabiliyyətinə təsir edə bilər, lakin bu, danışmağa təsir etməməlidir. Bu səbəblə uşağı mütamadi izləyən həkim pediatr, uşağı lazım mütəxəssisə istiqamətləndirməlidir.

Nitqin inkişafını təşviq etmək üçün nə etmək olar?

  • Uşağınızla ünsiyyət qurun və onunla çox danışın. Bunu doğumdan etibarən edin. (musiqi və nağıllar oxumaq da daxildir).
  • Oyun oynayarkən onunla söhbət edin.
  • Şəkilli kitab alın, uşağınızın şəkillərə işarə etməsinə şərait yaradın və birlikdə ad qoymağa çalışın.
  • Bütün günü uşağınızla danışın. Məsələn, gündəlik etdiyiniz işləri izah edin, alış-veriş edərkən rəflərdəki məhsulların adlarını səsləndirin.
  • Suallar verin və uşağınızın cavablarını araşdırmadan, düzəltmədən dinləyin. Başa düşməsəniz belə, özünüzü başa düşmüş kimi göstərin.
  • Körpənizlə körpə kimi danışmağa çalışmayın. Düzgün cümlələr qurun.
error: Alert: Content selection is disabled!!