Pendirli şorba (1 yaş +)

0
242
Pendirli şorba (1 yaş +)
Körpələrin inkişafı üçün son dərəcə 2 vacib ehtiyacı vardır; Zülal və dəmir. Körpələr 6 aydan bəri dəmir çatışmazlığı riski ilə üzləşirlər. Körpəniz qırmızı ət yeməyə başlayanda dəmir çatışmazlığı riski azalır. Qırmızı ət hamımız üçün ən vacib dəmir mənbəyidir. Vegeterian diyeti,  yüksək miqdarda zülal və dəmirə ehtiyacı olan uşaqlar üçün heç də sağlam bir seçim deyil. Mərcimək və bəhməz kimi qidalarda da dəmir var, ancaq uşağınız iki köftədən alacağı demiri mercimekten alması üçün bir kiçik qazan mercimek yeməsi gərəkdir.

Qırmızı ətdə olan dəmirin başqa bir xüsusiyyəti də asanlıqla mənimsənilməsidir. Heyvan qidalarında olan dəmir, mərcimək kimi bitki mənşəli dəmirdən daha asan mənimsənilir.

Körpənizdə dəmir çatışmazlığı varsa və qatı qidaya keçid zamanı həzm və ya allergiya probleminiz yoxdursa, 7 aydan başlayaraq qırmızı ətdən qiymə edilmiş halda tərəvəz şorbalarına qoymağa başlaya bilərsiniz.

Körpəniz qırmızı ətin dadını bəyənmirsə, narahat olmayın, başqa zaman bir daha cəhd edin, ancaq israr etməyin. Analar adətən 9 aya yaxın ətdən daha yaxşı nəticələr əldə etdiklərini söyləyirlər. 9 aylıq körpənin qarşısına qoyduğunuz küftələri asanlıqla yediyində, çox güman ki, ətdən xoşlandığına qərar verəcəkdir.
Unutmayın ki, çiy ətlə təmasdan sonra əllərinizi çox yaxşı yumaq vacibdir.
Təcrübəli analar və bir çox həkimlər, az çirklənmə, dərman və xarici maddələrə məruz qaldıqları üçün körpə və uşaqlar üçün quzu əti yeməyi məsləhət görürlər.

Pendirli şorba üçün lazım inqrediyentlər:

  • 100 qr qırmızı ət və ya toyuq filesi
  • 1 ədəd yumurta,
  • 1 ədəd sarımsaq,
  • 1 ədəd soğan,
  • 1 ədəd yerkökü,
  • 3 xörək qaşığı incə verməşil,
  • 100 qr ərinmiş pendir,
  • 2 yemək qaşığı “Zeytun Bağları” zeytun yağı.
  • Zövgə görə duz,
  • Şüyüt.

Pendirli şorbanın hazırlanması:

Çəkilmiş ətə yumurta, rəndədən keçirilmiş sarımsaq ilə qarışdırılır və duz əlavə edilib, yaxşı qarışdırılır. Hazır qiymədən kiçik küftələr hazırlanılır. Qazana zeytun yağı və incə doğranmış soğan əlavə olunub, 5-10 dəqiqə qızardılır. Rəndənin incə gözündən keçirilmiş yerkökü qazana əlavə edilib, bir qədər qızardılır. Sonra 1 litr su əlavə olunub, qaynağa gətirilir. Əvvəlcədən hazırlanan küftəciklər qaynayan suya əlavə olunur. Küftələrin ölçüsündən asılı olaraq 5-10 dəqiqə qaynadılır. Küftələr pişdikdə verməşil əlavə olunub 10-15 dəqiqə bişirilir. Sonra pendir əlavə edilir və həll olunana qədər qarışdırılır. Pendir tam həll olduqda, çox xırda doğranmış şüyüd əlavə olunub, qazanın qapağı bağlanıb, oddam götürülür. Pendirli şorba artıq hazırdır. Nuş olsun!