Kələm içli kartof kotleti (1 yaş +)

0
195
Kələm içli kortof kotleti

Bol B və C vitaminləri ilə zəngin olan kartof demək olar ki, bütün yeməklərin sevimlisidir və bir çox xəstəliklər üçün faydalıdır. Kartof tərkibindəki kalsium və maqnezium sayəsində sümükləri gücləndirir. Buna görə gənc yaşdan uşaqlarınıza kartof bəsləməyi unutmayın. Həzm, bağırsaq pozğunluğunda faydalı olan kortof, maddələr mübadiləsini sürətləndirərək bu növ xəstəliklərdən qorunmanı təmin edir. Lif, kalium və vitaminlərlə zəngin olan kartofun aşağı xolesterol dəyəri səbəbindən ürək xəstəliyi olanlar onu asanlıqla menyusuna daxil edə bilərlər. Ancaq kartofu qızartmaqdan uzaq olmaq daha faydalıdır. Tərkibinə çox yağ çəkən kartof qızardıldıqda qidalanma dəyərini itirir.

Kələm içli kartof kotleti üçün inqrediyentlər:

  • 3 ədəd kartof,
  • 1 ədəd yumurta,
  • 3 yemək qaşığı suxari ( çörək qırıntıları),
  • 3 yemək qaşığı “Zeytun Bağları” zeytun yağı,
  • Zövgə görə duz.

İçlik üçün:

  • 200 qr ağ kələm,
  • 1 ədəd soğan,
  • 1 ədəd yerkökü,
  • Zövgə görə duz.

Kələm içli kartof kotletinin hazırlanması.

  1. Kartof təmiz yuyulub, qabıqla suda bişirilir. Rahat soyulması üçün bişən isti kartoflar bir müddət soyuq suda saxlanılır və soyulub püre halına gələnə qədər çəngəllə əzilir.
  2. Xırda doğranmış soğan, rəngi şəffaf olana qədər qızardılır və üzərinə çox incə doğranmış kələm əlavə edilib, 3-4 dəqiqə qapağı bağlı halda bişirilir. Sonra sürtgəcin kiçik gözündən keçirilmiş yerkökü və duz əlavə edilir və tam bişənə qədər təxmini 10-15 dəqiqə bişirilir.
  3. Soyuyan kartof püresinə yumurta əlavə edilib, yaxşı qarışdırılır. Ovucunuza bir neçə qaşıq kartof püresi qoyub, nazik kotlet şəklində açib orta hissəsinə kələm içliyi quyulur və kənarlarını üst-üstə birləşdirərək, açılmaması üçün bir qədər sıxılır.
  4. Hazırlanmış kotletləri suxaridə hər iki tərəfini batırdıqdan sonra isti yağa qoyulub, hər iki tərəfi orta odda qızardılır.
  5. Bu cür hazır kotletləri süfrəyə xama ilə vermək olar.