― Advertisement ―

Uşaqlarda anadangəlmə ürək qüsurları dövlət hesabına aradan qaldırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Bona Dea Hospitalı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına...
Ana səhifəUşaq 1-5 yaşYemək reseptləriGül kələmli tərəvəz şorbası (1 yaş +) resepti

Gül kələmli tərəvəz şorbası (1 yaş +) resepti

Tərəvəz şorbalarının nə qədər faydalı olduğunu artıq bilirik. Eyni zamanda tərəvəzlər sırasında olan gül kələminin və brokoli kimi nə qədər zəngin bir vitamin mənbəyi olduğunu da unutmamalıyıq. Gülkələmi A vitamini, C vitamini və hətta kalsium ilə zəngin bir məhsuldur. Bu bitkini bişirərkən yaranan xoşagəlməz qoxu, onun tərkibində olan kükürdlü birləşmə ilə əlaqədardır. Gülkələminin faydalarına görə bu qoxuya bir az dözmək mümkündür. Əgər uşağınız bu məhsulu körpəlikdən yeyərsə, bu artıq onun sevimli bir qidasına çevrilə bilər. Gülkələmi infeksiyalara qarşı güclü bir qidadır. Tərkibində olan ferul turşusu, onu antibakterial bir qida halına gətirir. Ferul turşusu bədəndə olan ağır metalları özünə çəkərək, onların bədəndən xaric edilməsini təmin edir. Gülkələminin başqa bir faydalı maddəsi də kolindir. Kolin, beynin sağlam inkişafında vacib olan bir B vitaminidir.

Gülkələmini alarkən, ətrafındakı yaşıl yarpaqları olanlara üstünlük verin. Bu yarpaqlar gül kələmini daha uzun müddət təzə saxayacaqdır. Gülkələmini çox yedikdə, bədəndə yodun udulması azalır. Bütün qidalar kimi, bu güclü qidanı da qədərində yemək daha yaxşıdır. Bundan başqa onun qaz yaratma kimi xüsusiyyəti olduğu üçün, onu körpənizin qida rasionuna ən tez 10 ayından sonra elave etməniz məsləhət edilir.

Gül kələmli tərəvəz şorbası üçün inqrediyentlər:

  • 1 çiçək gül kələmi,
  • 1 ədəd kiçik yerkökü,
  • Yarım dəstə ispanaq,
  • 1 ədəd kiçik kartof,
  • 1 ovuc düyü,
  • 1 diş sarımsaq,
  • Kiçik soğan,
  • 1 yemək qaşığı “Zeytun Bağları” zeytun yağı,
  • 1 çay qaşığı ucu duz,
  • 1 fincan su.

Gül kələmli tərəvəz şorbasının hazırlanması:

Qazanda zeytun yağı ile xırda doğranmış soğan ve sarımsaq qovurulur. Üzərinə rəndenin kiçik gözündən keçən kök, kartof (suyu sıxılmaqdan sonra) və su əlavə olunur. Yemək qaynağa düşdükdə düyü əlavə olunur. Düyü bişdikdən sonra xırda doğranan ıspanaq və gülkələmi da əlavə edin. İstəyə görə duz da tökə bilərsiz. 10 dəqiqə qaynadıqdan sonra əl blendirindən keçirib, soyudub körpənizə verə bilərsiniz.

error: Alert: Content selection is disabled!!