― Advertisement ―

Laktasiya dövründə ana üçün sağlam qidalanma

Laktasiya dövründə ana həm bədənindəki qida ehtiyatlarını tarazlıqda saxlamaq, həm də ifraz etdiyi südə uyğun gələn enerji, zülal, mineral və vitaminləri almaq üçün balanslı...
Ana səhifəUşaq 1-5 yaşYemək reseptləriGöbələk şorbası (2 yaş +)

Göbələk şorbası (2 yaş +)

Göbələklər, D vitamini ehtiva edən bir neçə bitki mənşəli qidalardan biridir. Göbələyin B vitaminləri (B1, B2, B5, B6, B9) ilə zənginliyi bədən boyunca oksigen daşıyan qırmızı qan hüceyrələrinin yaranmasına kömək edir. Göbələklər anti-kanserogen xüsusiyyətlərə malikdir. Xüsusilə mədə xərçənginə qarşı çox faydaları var. Mis, sink, selenium, kalium və fosfor tərkibli olan göbələk, sümükləri və dişləri gücləndirir. Göbələklər yaxşı bir lif mənbəyi olduğu üçün qəbizlik ilə yaxşı mübarizə aparır. Göbələk şorbası evdə asanlıqla edilə bilən sağlam bir qidadır.

Unutmayın ki, təbiətdə böyüyən göbələklər heç vaxt toplanmamalı və istifadə edilməməlidir, çünki oxşarlar çoxdur və bəziləri olduqca zəhərlidir. Göbələk mütləq etibarlı markalardan və bazarlardan alınmalıdır. Bütün bu xəbərdarlıqlara baxmayaraq, hər il bir çox insan göbələk zəhərlənməsi ilə qarşılaşır. Əsla tanımadığınız göbələklərdən istifadə etməyin.

Göbələk şorbası üçün inqrediyentlər

  • Yarım kq göbələk;
  • 1 ədəd kiçik kartof;
  • 1 ədəd orta soğan;
  • 1 diş sarımsaq;
  • 1 yemək qaşığı “Zeytun Bağları” zeytun yağı;
  • 1 stəkan süd;
  • Zövgə görə duz;
  • 1 stəkan su;
  • 1/2 dəstə şüyüd.

Göbələk şorbasının hazırlanması.

  1. Qazana yağ tökülür, üzərinə xırda doğranılan soğan əlavə edilib, rəngi şəffaf olana qədər bişirilir və sonra kartof əlavə edilib, 5-10 dəqiqə bişməyə davam edilir.
  2. Bundan sonra təmizlənmiş, doğranmış göbələklər əlavə edilir və suyu çıxana qədər bişirilir.
  3. Sarımsaq və duz əlavə olunur, üzərinə çıxacaq qədər su/süd əlavə edərək, qazanın qapağı bağlanılır.
  4. Tərəvəzlər yaxşı bişənə qədər təxminən 15-20 dəqiqə bişiriləcək. Tərəvəz bişdikdə, şorba blenderdən keçilir.
  5. Bişdikdən sonra çox xırda doğranılan şüyüt əlavə edilib, qapağı bağlanılır.
  6. Süfrəyə suxari ilə verə bilərsiniz.
error: Alert: Content selection is disabled!!