― Advertisement ―

Uşaqlarda anadangəlmə ürək qüsurları dövlət hesabına aradan qaldırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Bona Dea Hospitalı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına...
Ana səhifəUşaq 1-5 yaşUşağın inkişafı və tərbiyəsiUşaqlara nizam-intizamın öyrədilməsi - 7 qayda

Uşaqlara nizam-intizamın öyrədilməsi – 7 qayda

Bir çox valideynlər “uşaqlar” və “nizamsızlıq” arasında bərabərlik işarəsini qoyur.  İstifadəsiz oyuncaqlar, plastik kütlədən düzəldilmiş konstruktor, və bir çox digər əşyaların yerində deyil, döşəmədə olması –  tipik uşaq otağının nümunəsidir. Lakin, bunu düzəltmək olarmı? Uşaqlara nizam-intizamın öyrədilməsi nədən başlamaq?

Əlbəttə, yalnız uşağa bir az kömək edərək; birlikdə motivasiya tapmaq, taktika hazırlamaq və qaydaları müəyyən etmək lazımdır.

Uşaqlara nizam-intizamın öyrədilməsini

1. Pozitivliyə kökləmək.

“Tez otağını yığışdır, yoxsa heç bir cizgi filmi olmayacaq!”, “Sən, necədə pintisən”, “İndi hamısını yığıb, ataram”…  Aydındır ki, bu cür bəyanatlar, nizam-intizama kökləndirilir

və cəza statusu kimi başa düşülür. Və bu da müvafiq reaksiya doğurur: istəmirəm! etməyəcəm! əl çək! və incik ağlama..

Əgər başqa cür cəhd etsək?

“Gəl sənin otağını daha gözəl edək!” , “Hər şey öz yerində olanda necədə yaxşıdır, düzdür?” , “İstədiyin oyuncağı dərhal tapmaq necədə rahatdır!”. Bundan başqa şən musiqi qoymaq olar. Təmizlik qabağı, motivasiya yaratmaq üçün yüngül şirniyyat yemək və ya sok içmək yaxşı olar.

2. Uşağın fikirlərinin vacibliyi

“At bu lazımsız oyuncağı!”, “Məgər belə gözəldir?”, “Bu nə zir-zibildir, sən saxlayırsan?”. Hörmətsiz  fikirlər bildirmək, yığışdırmaq həvəsini azaldır. Üstəlik bu yolla, balaca şəxsi ərazisini hiss etmir. Uşaqlar və böyüklər arasında gözəllik və rahatlıq anlayışı fərqlidir, amma əgər otaq uşağındırsa, onun öz baxış hüquqları var. Siz başqa bir variant təklif edə bilərsiniz, lakin təkid etməyin.
Bundan əlavə, körpə üçün əsl faciə – bütün günü əziyyətlə inşa etdiyi, otağın yarısını belə tutan qalanın, sökülməsinin əmr edilməsidir. . Onun əmək və oyunlarına hörmətlə yanaşmanız, etimadı möhkəmləndirəcək.

Səhv mövqe – səhmanlıq ona görə edilirki, “qonaq gələcək” və ya “nənənin qarşısında ayıb olmasın”. İlk növbədə səliqəlik, kimdəsə yaxşı təsurat yaratmaq üçün deyil, lazımı məkanda səliqəlik təlabatını aşılamaq üçündür.

3. Uşaqlara nizam-intizamın öyrədilməsi üçün dəqiq plan

“Hər şeyi tez yığışdır” – uşaq üçün həddən artıq ümumidir. Uşağın yaş və bacarığına əsasən, səmərəli vəzifələrin siyahısını tərtib edin: döşəmədən oyuncaqları yığmaq, rəflər və stol üstü tozu silmək. Əgər balaca oxuya bilirsə, vəzifələri bəndlərlə yazmaq olar. Və kiçik şən fasilələri və sonda edilən işə görə tərifi unutmayın.

4. Saxlanılması üçün yerlər

Əgər hər şeyin öz yeri varsa, o zaman təmizlik daha tez olacaq. Bu qutu – konstruktor üçün, bu isə boya və qələm üçün, ev – kuklalar üçün, şkaf rəfi isə yumuşaq oyuncaqlar üçündür. Proses tək qaydalı deyil, həmdə aydın olacaqdır: biz belə yığırıq ki, sonra onları daha rahat tapaq. Körpələrin başa düşməsi üçün bu qutulara – şəkilli yapışqan, daha böyük uşaqlar üçün sadəcə yerləri qeyd etmək olar. Əlbətdə, xırda əşyalar üçündə bir neçə deyil, cəmi bir qutu yetərlidir.

5. Uşaq otağın təmizlənməsi üçün maraqlı tapşırıqlar

Oyun formasında olan tapşırıq – məktəbəqədər uşaqlar üçün əla yığışdırmaq üsuludur. Qəzəbli Səliqəsizlik kralı otağı zəbt edib, onu tozla örtmək istəyir. Nə qədər biz çox oyuncaqları yerinə yığsaq, bir o qədər onun gücü azalacaq. Başlayaq?

Yarışlar təşkil etmək olar: kim şkafın rəflərini daha səliqəli edəcək, kim tez tozu siləcək. Ana böyük otaqda, uşaq isə öz otağında. Udan şəxs təmizlik və gözəlliyə görə medal alacaq.

6. Lazımsız əşyadan xilas olmaq

Uşaq otağında nə qədər çox əşya olarsa, bir o qədər onları yığışdırmaq çətin olur. Uşaqlara nizam-intizamın öyrədilməsi üçün vaxtaşırı təftiş keçirin – uşaq bezi oyuncaqları ilə yaşla əlaqədər olaraq artıq oynamır, onları aradan qaldırmaq lazımdır, digərləri hələ yaşına görə anlaşılmır – onları bir-iki aylıq kənara yığın. Bəzi uşaq oyuncaqları isə artıq sınmış, yararsız haldadır – onları atmaq lazımdır.

7. Faydalı vərdişlər

“Oynadın (oxudun, şəkil çəkdin) – yığışdır” – sadə amma çox faydalı qaydadır. İzah edinki, belə təmizliyi saxlamaq daha asandır, nəinki, sonra bütün əşyaları yerinə yığasan. Bundan başqa – oyuncaqları axşam yığmaq vərdişini aşılayın. Bu uşağın şıltaqlıq zamanı, yatan zamanı olmamalıdır. Yığışdırma işi axşam yeməyindən əvvəl və ya son axşam cizgi filmindən əvvəl olmalıdır.

O cümlədən, öz timsalınızda göstərin ki; küçədən gələndən sonra paltarını səliqəli qatlamaq, yeməkdən sonra qabını stoldan götürmək, çirkli geyimi xüsusi səbətə yığmaq lazımdır. Bəzən otağında bulku yemək və ya yastıq döyüşü kimi kiçik bayramlar edin. Bu Nizam-intizamı pozmur, lakin uşağın kefini, həvəsini qaldırır.

error: Alert: Content selection is disabled!!