Tərəvəzli şorba resepti (6 ay +)

0
275
terevezli sorba resepti

Körpələr üçün ən bəsləyici və faydalı şorbardan əsası, şübhəsiz ki, tərəvəz şorbalarıdır. Tərəvəz, körpənin sağlam bir şəkildə inkişafını davam etdirməsii üçün faydalı olmaqla yanaşı, həm də böyük bir ehtiyacdır! Bu səbəbdən analar körpələrinə bol miqdarda tərəvəz şorbası yedirtməlidirlər. Aşağıda çatdıracağımız, asan hazırlanan tərəvəz şorbası resepti 6 aylıq və daha böyük olan körpələr üçün çox uyğundur. Tərəvəz şorbası hazırlayaraq, gündə bir dəfə də olsa uşağınıza verə bilərsiniz.

Körpəmə ilk əlavə qida olaraq, bu şorbanı verə bilərəmmi?

Əgər körpənizə ilk dəfə əlavə qida verəcəksinizsə, bu tərəvəzləri qaynadıb, yalnız suyunu içirdin. Püre halına gətirdiyiniz qida ilk əlavə qida kimi uşağınıza ağır gələ bilər. Lakin uşağınız daha əvvəl əlavə qidaya başlayıbsa, bu şorbanı rahatlıqla körpənizə yedirə bilərsiniz.

Tərəvəzli şorba üçün inqridientlər:

  • 1 ədəd kiçik boy kartof
  • 1 ədəd kiçik boy yerkökü
  • (100 qr) balqabaq
  • Yarım fincan düyü
  • 1 çay qaşığı “Zeytun Bağları” zeytun yağı

Tərəvəzli Şorbanın hazırlanması

Əvvəlcə inqridientlərin hamısını çox yaxşı yumaq lazımdır. Sonra yerkökü da daxil olmaqla bütün tərəvəzlərin qabığını soyun. Tərəvəzləri doğrayın və qazana qoyun. İçərisinə yaxşı yuduğunuz düyünü, zeytun yağı və 2 stəkan su da əlavə edin. Qazanda inqridientləri 25 dəqiqə qaynadın. Ardından alınan yeməyi əl blendirindən keçirin və uşağınıza ilıq bir halda verin. Əgər şorba sıyıq konsistensiyalı olsa, qaynadılmış su əlavə edərək, bir az daha duru edə bilərsiniz.

Körpə şorbasının konsistensiyası necə olmalıdır?

Analar körpələri üçün hazırladıqları yeməkləri, ya da püreləri adətən çəngəllə əzməyi üstün tuturlar. Halbuki, pörtən yemək blender ilə keçiriləndə bütün inqredientlər daha yaxşı qarışdığı üçün daha ləzzətli şorba ortaya çıxır. Bundan başqa, yaxşıca qarışmış yemək körpəniz tərəfindən daha asan həzm ediləcək. Körpəniz üçün hazırladığınız bütün yeməklər, yetkin şorbasından daha sulu bir konsistensiya malik olması lazım olduğunu, unutmayın!

Körpəniz əlavə qidaya yeni başladısa, Diqqət!

Körpəniz ilk dəfə əlavə qidaya bu şorba ilə başlayırsa, hazırladığınız bu şorbaya zeytun yağı əlavə etməməyiniz məsləhətdir. Sonrakı həftələrdən az miqdarda zeytun yağı əlavə edilə bilərsiniz. Həmçinin, körpələrdə tez-tez ishal ola bilir. Bu dövrdə şorbaya yağ əlavə etməməyiniz tövsiyə olunur. Əgər körpəniz qəbz oldusa, həkiminizin məsləhəti ilə şorbasına bir az daha artıq zeytun yağı əlavə edərək, körpənizin qəbz olunmasının qarşısını ala bilərsiniz.