― Advertisement ―

Uşaqlarda anadangəlmə ürək qüsurları dövlət hesabına aradan qaldırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Bona Dea Hospitalı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına...
Ana səhifəKörpə 0-1 yaşKörpənin qidalanmasıEtiket üzərindəki tərkiblə, uşaq məhsullarını necə seçmək olar

Etiket üzərindəki tərkiblə, uşaq məhsullarını necə seçmək olar

Uşaqlarımıza yalnız, keyfiyyətli olanı almaq üçün uşaq qidalarının etiket tərkiblərinə mütləq baxırıq. Amma bütün qeyd olunan tərkiblərin mənfi və ya müsbət tərəflərini bilirikmi?

1. Sadə və ya kristal şəkər (saxaroza)

Dadı daha da yaxşılaşdırır, eyni zamanda uşaqda allergiya ağırlaşmalarına səbəb ola bilər. Uşaqlara, şəkərin əvəzinə daha faydalı və şirinlik verən digər məhsullar ola bilər – qlükoza, laktoza, fruktoza, dekstrinmaltoz (maltodekstrin).

2. Prebiotiklər

Prebiyotikler – həzm olunmayan qida komponentidir, normal bağırsaq mikroflorasını inkişaf etdirməyə kömək edir və onun üçün qida qaynağı olur. Bəzi prebiotiklər qəbizliklə mübarizədə istifadə olunur. Təbii prebiotiklər də var. Onlar – qarğıdalı, yulaf, soya və digər dənli bitkilərdə, alma və ərik tərkibində çoxdur.

3. Probiotiklər

Probiyotiklər normal bağırsaq mikroflorasının bir hissəsi olan mikroorqanizmlərdir. Onların ən məşhurları: lactobacterin və bifidobacterin, maya göbələklərinin bəzi növləridir.

4. Glüten

Sıyıq paketlərinin üzərində tez-tez yazılır “Glüten tərkibli deyil”. Glüten taxıl bitkikilərində (yulaf, buğda, çovdar) olan bitki tərkibli zülaldır. Onu həzm etmək üçün, bizim bədənimiz xüsusi fermentlər istehsal edir. Lakin bəzi insanlarda ( xüsusilə uşaqlarda), taxıl bitkilərinin həzminə kömək edən fermentlər aşağı və ya qeyri-mövcud olur. Buna görə də, mədəyə düşən glüten toplanır və bağırsaq divarına zəhərli təsir edir.

Belə zərər nəticəsində bağırsaqda digər – zülallar, karbohidratlar, yağlar, vitaminlər, mikroelementlər və s. maddələrin  sorulması prosesi pozulur. Və bağırsağın iş prosesi sadəcə dayanır. Beləliklə Paket üzərindəki “Glüten tərkibli deyil” yazısı məhsulun keyfiyyətindən xəbər verir.

5. Homogenləşdirilmiş

Yetərincə qorxulu səslənən bu ifadə  “birtərkibli” deməkdir. Müvafiq olaraq, məhsulun strukturu (püre, kəsmik)  lopa və topaqlar olmadan eynidir.

6. Əlavə vitaminli

Bu o deməkdir ki, həmin məhsulun vitamin miqdarı normal səviyyəyə çatdırılmışdır. Zənginləşdirmış vitaminlər, körpələrin sağlamlığına ziyan vurmur, əksinə onlarda hipovitaminozun inkişafına mane olur.

7. Nəhayət, maddələr siyahısında biz “E” ilə rastlaşdıq.

Bu hərfi iri kimyəvi adla əvəz etmək olar. “E” indeks və ya kod tərkibli, qida məhsulları əlavələri həddən artıq çoxdur. Onların əksəriyyəti istehsal texnologiyasını, dadını yaxşılaşdırır, başlıcası isə məhsulların saxlama müddətini uzadır. Zərərli və faydalı “E” siyahıları aşağıdakılardır:

Qadağan olunmuş: Е105, Е121, Е123, Е126, Е152, Е952.

Xərçəng törədənlər: Е142, Е153, Е202, Е210-212, Е214-216, Е219, Е230, Е240, Е249, Е280-283, Е330, Е954.

Bağırsaq pozğunluqlarına gətirib çıxara bilər: Е626-635.

Allergiyalı uşaqlarda ehtiyatlı olun: Е102 Е110 Е120 Е210-211 Е230-233 Е239 Е311 Е320 Е321 Е325 Е621 Е331.

Böyrək və qaraciyər xəstəliklərinə səbəb ola bilər: E172, E220, E320-322, E407, E450, E513, E527.

Bununla belə, “E” indeksli kodlar arasında təbii mənşəli maddələrin təyinatları da var:

Е101 – metabolik proseslər üçün lazım olan B2 vitamini;

Е160 – karoten, boyatma üçün;

E300 – C vitamini, güclü immunitet üçün;

E440 – pektin, düzgün həzm üçün;

E1420 – nişasta

error: Alert: Content selection is disabled!!