― Advertisement ―

Uşaqlarda anadangəlmə ürək qüsurları dövlət hesabına aradan qaldırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Bona Dea Hospitalı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına...

Ailəyə yeni körpə gəlir

Cütlüklərin iki nəfərlik ailə həyatına yeni bir körpənin gəlişi xəbəri ana və ata olacaq bütün şəxslərdə qarışıq hisslər doğuran bir durumdur. Bu planlı və ya  plansız olsa da, belədir.

Körpə sahibi olacaq cütlüklərin ən böyük qayğısı nədir?

Cütlüklərin iki nəfərlik ailə həyatına yeni bir körpənin gəlişi xəbəri ana və ata olacaq bütün şəxslərdə qarışıq hislər doğuran bir durumdur. Bu planlı və ya  plansız olsa da, belədir. Xoşbəxtlik, həyəcan və qayğı, bəlkə də, bu duyğuların arasında ən çox büruzə verilən hisslərdir. Bu xəbəri eşidən andan başlayaraq insanın beynində dolaşan sual isə “Yaxşı valideyn ola biləcəyikmi?” olur.

Uşaq gözləyən ana və ata ilkin olaraq nələri edə bilər?

Doqquz aylıq müddət ərzində ana və ata olacaq şəxslərin uşağa qulluqla bağlı  əsas məlumatları öyrənmək üçün kifayət qədər vaxtı olacaq. Amma buna baxmayaraq, öyrəndikləri onların hər məsələyə bələd ola biləcəkləri anlamına gəlmir. Təbii ki, onların çox şeyi təcrübə ilə öyrənəyəcəkləri bir həqiqətdir. Bundan başqa, mümkün qədər daha çox məsələ haqqında məlumatlı olmaq, uşağın inkişafı və psixologiyasına hakim olmaq ana və atanın özünə inamını artıracaq və qayğılarını azaldacaqdır.

Ana və atanın uşağın inkişafını dəstəkləmək üçün nələri öyrənməsi lazımdır?

Uşağın inkişaf mərhələlərini öyrənmək, onun hansı aylarda hansı reaksiyalar verəcəyini bilmək həm ana və atanın uşağın sağlam inkişaf edib-etmədiyini izləməsini asanlaşdırır, həm də uşağın inkişafının dəstəklənməsinə yaxşı zəmin yaradır. Uşağın hansı aylarda yeriməyə başlamalı olduğunu, əsas reflektiv bacarıqlarının hansı aylarda nələr üçün əlverişli olduğunu və əqli inkişaf mərhələlərini bilən ana və ata onu doğru zamanda doğru fəaliyyətlərə yönəldir. Onlar eyni zamanda, uşağın sərbəst buraxıla biləcəyi anları bilir, onun inkişafına, müstəqil hərəkət etməsinə və öyrənməsinə kömək göstərir. Valideynlər bununla həm də uşağın inkişafında yarana bilən hər hansı gecikməni  hiss edir və həkim yardımı ilə onun lazımi zamanda aradan qaldırılmasına çalışır.  Buna görə də, uşağın inkişafının hər sahəsi ilə bağlı kitablar, məqalələr oxumaq, təlimlərdə iştirak etmək və araşdırma aparmaq əhəmiyyətlidir.

Yeni doğulmuş körpə ailənin həyatında nələri dəyişdirir?

Uşağın doğulması, demək olar ki, ailə nizamındakı hər şeyi dəyişdirir. Evin interyeri, cütlüyün birlikdə keçirdiyi vaxt və əlaqəsi, ailə üzvləri və dostlara ayrılan vaxt kimi gündəlik yaşamın bir çox sahəsi yeni doğulan körpəyə görə yenidən formalaşdırılır. Ana və ata olacaq şəxslərin bu dəyişikliklərə hazır olması, deyilən müddət ərzində mümkün qədər nəzarətli şəkildə həm uşaqlarına, həm də özlərinə vaxt ayırmağa diqqət göstərməsi çox əhəmiyyətlidir. Təbii ki, uşağın tələbatlarının qarşılanması əsas diqqət mərkəzində olmalıdır.  Amma psixoloji, əqli və fiziki cəhətdən sağlam olmayan ana və ata uşaq ilə də kifayət qədər faydalı şəkildə zaman keçirə bilməz. Hamiləlik və ana-ata olmağa hazırlıq mərhələsində evli şəxslər bir-birlərinə dəstək olmalıdırlar.

Ana və ata valideyn olmağa hazırlıq üçün nə etməlidirlər?

Uşaq sahibi olmaq fikrinin ortaq bir qərar olması çox əhəmiyyətlidir. Uşaq gözləyən cütlüklərin hər ikisinin həyat yoldaşı, işləyən qadın-kişi, dost, övladlıq vəzifələrinə daha bir yeni vəzifə, bəlkə də, ən əhəmiyyətli bir vəzifə yüklənir: ana və atalıq. Bu yeni vəzifəyə hazırlaşmaq, öhdəliklərin məsuliyyətini anlamaq, onun mövcud başqa vəzifələrlə uyğunluğunu təmin etmək ana və ata olacaq şəxslərin əməl etməli olduqları tapşırıqlar sırasındadır. Qadının hamiləlik müddəti bu yeni vəzifələrin hazırlığına başlamaq üçün əhəmiyyətli zaman hesab edilir. Ana olacaq qadın hamiləlik başladığı andan etibarən ifraz olunan hormonlar sayəsində həm fiziki, həm də psixoloji baxımdan analığa hazırlanmağa başlayır. Doqquzuncu ayda artıq bir çox ana uşağına qulluq göstərmək öhdəliyini üzərinə götürməyə hazır olur.

Ata üçün bu vəziyyət bir qədər fərqlidir. Bir çox ata atalıq duyğusunu və öhdəliyini uşağı qucağına aldıqdan uzun zaman keçdikdən sonra yaşamağa başlayır. Kişilərin atalıq vəzifəsinə alışma müddəti daha uzun olur.

Uşaqla bağlı qayğılardan azad olmağın başqa bir yolu da mükəmməl ana və ata olmaq üçün canfəşanlıq edilməməsidir. Heç kəs mükəmməl deyil və ana-ataların bəzi hallarda özlərini bacarıqsız hiss etməsi də çox normal bir haldır. Uşağa qulluğun çətinlikləri və ana-atalığın səhvsiz olmayacağı qəbul edildikdə, analıq və atalıq məsələsində özünü davamlı inkişaf etdirən şəxsin qayğı və günahkarlıq hissi də azalır.

Cütlüklər bir-birlərini necə dəstəkləməlidirlər?

Cütlüklərin uşağa qulluq və ev işləri ilə bağlı bir-birilərindən olan gözləntilərini müzakirə etmələri, iş bölgüsü aparmaları hər iki tərəfin rahat nəfəs almasına imkan yaradır. Həkim müayinəsinə birlikdə getmək, başqa ana-atalar ilə danışmaq, onların təcrübələrini dinləmək, uşaq üçün alış-verişə birlikdə çıxmaq, evin interyerini birlikdə formalaşdırmaq! Bütün bunlar cütlüklərin birlikdə həyata keçirərək bir-birilərinə dəstək verməsi, həm də yeni doğulacaq körpəyə öyrəşmələri üçün mükəmməl fəaliyyətlərdir. Ata olacaq şəxsin yeni doğulan uşağın qulluq işlərinə daxil olması, uşağı yemək butulkası ilə qidalandırması, doğum prosesində ananın yanında olması və ananın qarnına toxunaraq onun bətnindəki uşaqla danışması atalığa daha tez hazır olmaq hissini formalaşdırır.

Ana və ataların uşağa qulluq zamanı  diqqətlə yanaşmalı olduğu əsas məqamlar hansılardır?

Ana və atalıq çətin olduğu qədər də dünyanın ən nəşəli duyğusudur. Hamiləliyin ilk anından etibarən yaxşı ana və ata olmağa hazırlaşan cütlüklərin diqqət ayırmalı olduqları mühüm məqamlar var. Bu, uşağın fiziki inkişafı ilə birlikdə, onun duyğusal  inkişafını nəzərdən qaçırmamaq, uşağa sevgi hiss edə biləcəyi sakit bir ailə mühiti təmin etməkdir. Ana və atanın öz fiziki və psixoloji sağlamlığına diqqət etməsi hamiləliyin ilk anından xüsusi önəm verilən bir məsələdir.

Bu yazı uşağın şəxsi inkişafı saytı olan ÇocukluDünya ilə birlikdə hazırlanmışdır.

error: Alert: Content selection is disabled!!