Doğumdan sonra sağlam qalmaq üçün bunlara diqqət edin

0
217
Doğumdan sonra

Ana olmaq hər bir qadının həyatındakı ən xüsusi məqamlardan biridir. Ancaq uşaq sahibi olmaq qadın həyatında çox dəyişikliklərə səbəb olur. Doğumdan sonra analar müxtəlif sağlamlıq problemləri ilə üzləşə bilərlər. Bu dövrün sağlam bir şəkildə keçməsi üçün bəzi önəmli məqamlara diqqət etmək lazımdır.

Doğumdan sonra bu şikayətlərə diqqət yetirin

Doğumdan sonrakı dövr, xüsusilə, yeni ana olmuş qadının ən həssas dövrdür. Xüsusilə

  • doğum həddən artıq və laxta qanaxma ilə və ya rəngi dəyişmiş axıntı ilə;
  • doğum qeysəriyyə əməliyyatı ilə baş vermişsə, əməliyyat kəsiyi yerində ağrı, qızartı, şişlik, hərarət, qanaxma, yüksək atəş, pis qoxulu axıntı;
  • döş nahiyyəsində keçməyən ağrı, şişlik, hərarət, ürək bulanması, qusma, sidiyə gedərkən ağrı və yanma əlamətləri varsa,

mütləq həkimə müraciət edilməlidir.

Doğum sonrası ilk həftə qanaxma baş verə bilər

Doğumdan sonra ilk həftədə qanaxma, adətən menstruasiya qədər tez-tez ola bilər. Daha sonra qanaxma daha çox axıntı ilə əvəz olunur, axıntının rəngi qəhvəyi, sarı, getdikcə ağ olmaq üzrə açılır və orta hesabla 40 gün (zahılıq dövrü) davam edir. Bu müddətdə hər hansı bir antiseptik məhlulu istifadə etməyə ehtiyac yoxdur. Bezlər tez-tez dəyişdirilməli, genital bölgə təmiz su ilə yuyulmalı, təmiz və quru saxlanılmalıdır. Bu dövr diqqətlə izlənilməlidir və diqqəti çəkən bir fərqlilik görüldüyü təqdirdə həkimə müraciət edilməlidir.

Zahılıq dövründə ayaqda duş almaq vacibdir

Doğuşdan sonra üçüncü gündə ana duş qəbul edə bilər. Zahılıq dövrü ərzində ayaqda duş alınmalıdır. Oturaraq çimmək infeksiya riski baxımından təhlükəlidir. Qeysəriyyə əməliyyat kəsiyi ilə doğum edənlər həkimi göstərişinə əsasən doğumun ikinci günündə duş qəbul edə bilər. Duşdan sonra isə əməliyyat bölgəsi təmiz bir dəsmal və ya tampon ilə qurudulmalıdır. Ancaq 40 gün ərzində keçiriləcək hamam ayaqda duş şəklində olmalıdır, oturaraq və ya vannaya girərək edilməməlidir.

Ana və körpədə qəbizliyin qarşısını almaq üçün bol maye qəbulu şərtdir

Zahılıq dövründə qadının xüsusi pəhriz tətbiq etməsinə ehtiyac yoxdur. Yetərli və tarazlı bəslənməyə diqqət göstərilməli, zülal, karbohidratlar və vitaminlərin bol olduğu tərəvəz və meyvələrin kifayət qədər qəbulu vacibdir. Qaz yaradacaq qidalardan çəkinmək, ana və dolayısı ilə körpə üçün çox əhəmiyyətlidir. Ananın və körpənin qəbizliyinin qarşısını almaq, süd istehsalını artırmaq üçün bol maye qəbulu vacibdir.

Süd axınını asanlaşdırmaq üçün praktik tövsiyələr

Doğumdan sonra süd istehsalının başlanmasındadöş nasosu ana südü üçünn asılı olaraq, döş nahiyyəsində ikinci və  yeddinci günlər arası şişlik və gərginlik yaranır. Narahatlıq doğuran hiss olsada, bu vəziyyət südün meydana gəlməsinin bir əlamətidir.

Bu şişkinlik və gərginliyin döş iltihabına səbəb olmaması üçün körpəni tez-tez ana südü ilə qidalandırmaq lazımdır. Döşlərin hədsiz dərəcədə sərtləşməsi nəticəsində körpə döş tutmursa və ya tutmasına baxmayaraq, yetərli qədər boşalma təmin olunmursa döşlərdə süd əl ilə və ya xüsusi döş nasosu ilə sıxılaraq sağılmalıdır. Süd sağma prosesi öncəsi bir qədər isti nəm dəsmal ilə kompres etmək və ya bir qədər ilıq duşun alınması süd kanallarının genişlənməsini təmin edəcəkdir. Bu proses süd axınını asanlaşdıracaq.

Təmizliyə diqqət edin

Körpəni əmizdirməyə başlamazdan əvvəl bir miqdar ana südü ilə döş uclarını isladılması tövsiyyə edilir. Hər əmizdirmə sonrası təmizləmə tələb etməyən, uşağın udmasında maneə olmayan, sadəcə, lanolin maddəsi tərkibli bir krem sürtülərək, döş uc çatlaqların qarşısı alınmalıdır. Süd istehsalı artdıqca və döş ucundan süd axmağa başladıqca sinə bezləri istifadə etmək faydalı olacaqdır.

Əmizdirmək prosesini asanlaşdırın

Əmizdirmə prosesini asanlaşdırmağın ən praktik üsulu, əmizdirmədən 10 dəqiqə əvvəl döş ucunu masaj etməkdir. Təsirli deyilsə, ucluğu çıxarmaq üçün xüsusi vasitələrdən istifadə oluna bilər ki, bu da apteklərdə asanlıqla tapıla bilər. Başqa bir həll yolu da döş ucu çıxana qədər körpəni silikon döş ucu ilə əmizdirməkdir. Körpə əmdikcə bir neçə gün ərzində döş tədricən aydınlaşacaq.

Doğumdan 40 gün sonra cinsi münasibə qayıtmaq olar

Zahılıq dövründə, xüsusilə də əmizdirən qadınlarda ifraz olunan oksitosin hormonu səbəbilə ananın daim yatmaq istəməsi çox normaldır. Ananın normal cinsi həyatına qayıtması üçün orta hesabla 40 gün keçməlidir. Çünki zahılıq dövründə uşaqlıq daxilii hələ əvvəlki halına qayıtmadığından cinsi münasibət qətiyyən məsləhət görülmür.

Nizamlı müşahidələrinizi ləngitməyin

Doğum edən hər qadının zahılıq dövrü bitdikdən sonra həkiminə müraciət edərək, hamiləlikdən sonra normal bir ginekoloji müayinədən keçməsi çox vacibdir. Bu dövrdə müayinə edilib, qorunma üsulları haqqında məlumat alınmadır. Hər hansı bir problem görünmədiyi halda, ginekoloji müayinə həkimin təyin edəcəyi fasilələrlə təkrar olunmalıdır.