― Advertisement ―

Uşaqlarda anadangəlmə ürək qüsurları dövlət hesabına aradan qaldırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Bona Dea Hospitalı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına...
Ana səhifəHamiləlik və DoğumDoğumDoğumdan sonra qalan qarının bərpası

Doğumdan sonra qalan qarının bərpası

Uşağın doğulması – hər bir qadının həyatında unudulmaz bir andır. Lakin körpənin gəlişi ilə qadının ürəyinə təkcə sevinc gəlmir.  Boş yerə deyilki, həkimlər və psixoloqlar qadının doğumdan sonra özünün tək, heç kimə lazım olmadığını hiss etməsinə, doğumdan sonrakı depressiya adlandırırlar.  Belə vəziyyətin yaranmasında xarici görünüşün dəyişməsi: doğumdan sonra artıq çəki, xroniki yorğunluq və sallanmış qarın mühüm rol oynayır. Doğumdan sonra qalan qarının bərpası zaman tələb edir.

Doğumdan sonra xarici görünüş necə dəyişir

Bir çox qadınlar hamiləliyin doqquz ayından sonra artıq kiloqramın yaranması ilə üzləşirlər. Bu da aydındır – körpənin ana bətnində yaşayan, böyüyən orqanizmi yaxşı qidalanma tələb edirdi.  Bundan əlavə, hətta ana doğuşdan sonra da yeni ailə üzvünü qidalandırmalı, onu zəngin maddələr və vitaminlərlə təmin etməsi üçün qidalanmanı dayandırmamalıdır. Məhz buna görə – sərt pəhriz döşlə əmizdirmənin ilk aylarındakı dövrdə qəbuledilməzdir.

Ancaq yeni anaların ən ağrılı və aktual problemi, boş sallanmış qarındır. Lakin onu normal qaydaya gətirməkdən əvvəl, onun niyə bu vəziyyətə gəlməsini müəyyən etmək lazımdır. Axı artıq körpə doğulub və qarının çox az qismi gedib. Lakin geri normal qarın vəziyyətinə qayıtmaq üçün ilk öncə onun niyə belə baş verməsini müəyyən etmək lazımdır.

Doğuşdan sonra böyük qarın – adi haldır, onunla demək olarki müxtəlif yaşlı bütün qadınlar Doğuşdan sonra qarın əzələləri üzləşir. Hamiləlik insan orqanizminə mühüm təsir göstərərək, maddələr mübadiləsini dəyişir. Qarın, ana bətnində olan dölün qalması üçün maksimum rahat və təhlükəsizliyidir. Lakin, bir çox analar buna hazır olmur. Bir çox xanımlar doğuşdan sonra qalan qarını gördükdə kədərlənməkdən başqa, doğumdan sonrakı depressiyaya düşürlər. Əslində doğumdan sonra qarın qaldısa, ruhdan düşməyə, təşvişə düşməyə dəyməz – burada səbrlə bədən tərbiyəsi ilə məşqul olmaq lazımdır, onda problem kifayət qədər tez həll olunacaq. Doğuşdan sonra qalan qarından qurtulmaqdan əvvəl hansı fizioloji proseslərin qarını bu vəziyyətə gətirməsini başa  düşmək lazımdır.

Doğuşdan sonra qarın sallanır. Birinci səbəb

Doğuşdan sonra qarının böyük olmasının ilk səbəbi uşaqlığın böyüməsidir. Buna görə hətta arıq qadın uşağı dünyaya gətirdikdən sonra sallanmış qarınını təəcüblə qarşılayır. Xoşbəxtlikdən, ana uşağı dünyaya gətirdikdən bir neçə ay sonra uşaqlıq tamamilə yığılır, ona görə də bu müddəti sadəcə gözləmək lazımdır. Əgər ana doğumdan əvvəl yaxşı fiziki formada olmuşsa, hər zaman fiziki təlimlə məşqul olurdusa, o zaman qarının yığılması əvvəlki formaya qayıtması, uşaqlığın yığılmasından sonra təbii yolla baş verir.

Doğuşdan sonra qarın əzələləri. İkinci səbəb

İkincisi, doğuşdan sonra qarın əzələləri dartılmışdır, ona görə də onu nizama salmaq üçün fiziki hərəkətlər vacibdir. Eyni şəkildə, hamiləlik dövründə dölün müdafiəsi üçün zəruri olan yağ təbəqəsindən xilas olmaq lazımdır. Yağ təbəqəsi ana bətnində körpənin inkişafı müddəti zamanı böyüyür artır, təəssüf ki, hətta sevilən körpənin doğumundan sonra o heç yerə getmir. Buna görədə doğuşdan sonra qarında yaranan lazımsız piy qalıqlardan necə xilas olmaq kimi suallar meydana gəlir. Qarından nə zaman qurtulmaq isə təkcə sizin fiziki təlimə olan arzu və səyinizdən başqa bədən xüsusiyyətlərinizdən asılıdır.

Doğuşdan sonra qarın dərisi

Körpənin orta hesabla 3 – 3,5 kiloqram çəkisi, boyu isə 51-54 sm təşkil edir. Əlbəttə uşaqlar müxtəlif doğulur – həm az, həm də çox ola bilir, bu zaman onlar 9 ay boyunca, dünyaya Doğuşdan sonra qarın dərisi gəldiyi günə qədər ana bətnində böyüyür inkişaf edir. İnsan dərisi o  qədər elastikdirki, o, böyüyən dölün yerləşməsi, maksimum təhlükəsizliyi üçün rahatlıqla dartıla bilər. Lakin doğuşdan sonra qarın dərisi ilkin vəziyyətinə bir anda qayıda bilmir – o çox dartılmışdır. Doğuşdan sonrakı dartılmış qarın – bütün qadınların problemidir, hətta elə ideal fiziki hazırlığı və sağlamlığı olan qadın ümid edə bilər ki, yağ təbəqəsi körpənin doğumundan sonra onun gözəlliyini korlaya bilməz, lakin insan dərisinin xüsusiyyətlərini heç kim bilə bilməz. Əvvəlki vəziyyətinə gəlməsi üçün nəinki səbir və müntəzəm məşq, həmdə zaman tələb edir.

Doğuşdan sonra qarını necə bərpa etmək olar?

Beləliklə, doğuşdan sonra yastı və gözəl qarına sahiblənməyin iki üsulu var:

  • Pəhriz (qəbul olunan yağ miqdarını azaltmaq)
  • Daimi təlimlər

Pəhriz

Doğuşdan dərhal sonra ciddi pəhrizə başlamaq təhlükəli və mənasızdır.  Təhlükəlidir çünki həm sizə, həm də körpənizə yaxşı qidalanmaq lazımdır. Nəticəni isə siz görməyəcəksiz, ona görəki bu dövrdə bədəndə mühüm hormonal dəyişikliklər gedir və tutduğunuz pəhrizə o reaksiya verməyəcək. Sizin yeməyiniz müxtəlif və faydalı olmalıdır. Qızardılmış ət, fastfud, şirniyyat, qazlı şirin sular, xəmirli yeməklər, kolbasa, sosiska, yağlı pendir, yağlı süd və çörəkdən uzaq olur. Rasionunuza  daha çox meyvə və tərəvəzl, qarabaşaq, gilemeyvə, mayonezsiz salatlar daxil edin.

Hər yemək qəbul etməzdən 30 dəqiqə əvvəl 1-1,5 stəlan soyuq su için.  Bu mübadilə proseslərini fəallaşdırır və düzgün kalori mənimsəməsinə (xüsusilə səhər tezdən ) kömək edəcək. Bundan başqa soyuq içdikdə, bədən onu bədən temperaturuna endirənə qədər enerji sərf edir, bu da daha çox kalorinin yandırılması deməkdir.

Ana südü ilə qidalanma

Əlbətda ciddi pəhriz sizə aid deyildir, lakin sizdə çəkinizi itirirsiniz. . Elmi cəhətdən sübut olunub ki, uşağın ana südü ilə qidalanması (süd istehsalı) kalorini yandırmağa imkan verir.  Ana südü ilə qidalanma orta hesabla gündə təxminən 500 kalorinin yanması deməkdir, bu zaman həm ana arıqlayır, həmdə körpə bəslənir. Həmçinin ana südü ilə qidalanma oksitosin hormonunun çıxmasına səbəb olur, bu hormon uşaqlığın yığılmasına kömək edir.  Bu yığılma ananın əvvəlki qarına qaytarmağa imkan verir.

Qeyd: Əgər Siz döşlə süd verirsinizsə, onda pəhriz üçün 3-4 ay gözləmək tövsiyə edilir.

Doğumdan sonra qarının bərpası üçün təlimlər Doğumdan sonra qarının bərpası üçün təlimlər

Doğumdan sonra qalan qarını hamiləlikdən əvvəlki vəziyyətə qartarmaq üçün qarın nahiyyəsi əzəzlələrinin möhkəmlənməsinə yönəlmiş müntəzəm və davamlı fiziki hərəkətlər tələb edir. Onlar nəinki doğuşdan sonra qarnı qaytarmağa kömək edəcək,  hətta artıq yağların yandırılmasına imkan verəcək, həm də bütün orqanizmə bütövlükdə müsbət təsir göstərəcək. Yadda saxlamaq vacibdir ki, doğuşdan sonra qalan qarın üçün edilən hər bir təlim tələsmədən, rahatlıqla  yerinə yetirilməlidir. Əsasda bilmək vacibdirki, təlimlər üçün bədən sağlamlığı tam qaydasında olmalıdır. Əks halda başqa ciddi problemlərə nail olmaq olar!

Biz hamımız başa düşürük ki, siz necədə tez bir zamanda qarından qurtulmaq və qüsursuz görünməyə səbirsizlənirsiz, lakin bu prosesdə daimilik və ardıcıllıq xüsusi əhəmiyyət kəsb edir. Lakin doğuşdan sonra qalan qarını yığmaq çox tez başa gəlmir. amma bu prosesi sürətləndirmək, qarını qısa müddət ərzində yastı etmək olar – bu tamamilə realdır!

Qarın üçün ilk təlim

Uzanan vəziyyətdə, dizdən ayaqlarınızı bir az əyərək, onları hərəkətsiz vəziyyətə salmalısınız. Bunun üçün ayaqlarınızı divan və ya kreslo altına da sala bilərsiz. Bundan sonra əlləri başın arxa tərəfinə tutaraq, bədəni yavaş-yavaş və inamla qaldırmaq lazımdır. Bu təlimi gündə bir neçə dəfə, bir neçə dəqiqə təkrarlamaq lazımdır. Bu zaman tələsməyin və təlimin həddini aşmayın. Əlavə yük faydasız olmaqdan başqa sizə zərər verə bilər.

İkinci təlim

Döşəmədə uzanıb ayqları yavaş-yavaş yuxarı qaldırırıq. Əgər bu təlim çox mürəkkəbdirsə, ayaqları birdən çox yuxarı yox, tədricən məsafəni artırmaqla qaldıra bilərsiz. Bu təlimi də gündə bir neçə dəfə, bir neçə dəqiqə təkrarlamaq lazımdır.

Bu təlim alt qarın əzələlərinin möhkəmləndirilməsinə yönəldilib, lakin o həmdə qarında yaranan artıq yağların yandırılmasında, doğuşdan sonra qalan qarının bərpasında kömək edir.

Üçüncü təlim

Ayaq üstə dayanaraq, ayaqları çiyinlərin enliyində aralı saxlayıb hər iki tərərfə əyilin. Əllərinizi döşəməyə vurmağa çalışın. Bu təlim yan qarın əzələlərinin möhkəmlənməsinə kömək edəcək.

Bu doğuşdan sonrakı qarın üçün təyin olunan təlimləri gündəlik 3 ay müddətində etmək vacibdir.  Bununla yanaşı, hər bir məşğələ gün ərzində bir neçə dəfə təkrar etmək lazımdır.

Təlim zamanı bədəni həddən artıq yüklənmək olmaz. Tam əldən qedənə qədər məşq etmək lazım deyil, birincisi bunun faydası olmayacaq, ikincidə axı evinizdə enerjili ana qayğısına ehtiyacı olan körpəniz vardır.

Ev şəraitində qarın əzələlərinin yığılması üçün digər təlimlərə aşağıdakı video linkində izləyə bilərsiz.

 

 

 

 

error: Alert: Content selection is disabled!!