Bizə yazın
[contact-form-7 404 "Not Found"]

Uşaqlarda yuxu zamanı sidik qaçırma: Enurez

19.05.2018

Uşağı güvəcə və ya sərbəst ayaqyoluna öyrətmək, hələ sidikqaçırma kimi problemlərin olmayacağına zəmanət vermir. Bədənin bu funksiyaya nəzarəti tədricən qurulur, bu hal 6 yaşa qədər hətta bir az daha davam edə bilir.

Enurez nədir?

Bu termin 6-7 yaşdan yuxarı uşaqların sidik saxlaya bilməməsinin patalogiyasi kimi müəyyən edilir. Enurez əsasən gecə yuxusu zamanı özünü büruzə verir, günorta vaxtı isə daha az rast gəlinir. Bir çox yaşlı nəsil valideynlər və pediatrlar yaranmış bu vəziyyəti xəstəlik kimi qəbul etmir, onlar problemin müstəqil həll olunmasını gözləməyi və ya uşağı cəzalandırmağa üstünlük verirlər.

Müasir mütəxəssislər isə bu patologiyanın səbəb və müalicə üsullarını tibbi cəmiyyət tərəfindən ətraflı araşdırır. Hətta, bu fenomenlə mübarizəyə həsr olunmuş xüsusi bir Beynəlxalq Uşaqların Davranışı Cəmiyyəti təşkilat da vardır.

Uşaqlarda Enurezin səbəbləri

Sözügedən patologiyanın müalicəsi hər bir hal üçün kompleks şəkildə həyata keçirilir. Ən vacib amil, enurezin yaranma səbəbini müəyyən etməkdir – bu vəziyyətin səbəbləri bir çox fiziki və psixoloji şərtlərin birləşməsini əks etdirir. Müəyyən bir uşağa effektiv müalicəni seçmək üçün bütün mənfi amilləri öyrənmək lazımdır. Pediatriyada aparılan son tədqiqatlara görə, təsvir olunan problem tez-tez emosional pozğunluqlarla uzlaşır. Bu baxımdan, uşağın psixoloq ilə görüşü təyin oluna bilir. Emosional fonu sabitləşdirmədən, stressli vəziyyətləri aradan qaldırmadan, konservativ müalicə effektiv olmayacaqdır.

Uşaqlarda Enurezə səbəb olan aşağıdakı psixoloji amillər daxildir:

  • İkinci uşağın doğulması;
  • Ailə üzvləri arasında mübahisə;
  • Valideynlərın boşanması;
  • Köçmə;
  • Aşağı sosial status;
  • Uşaq bağçasına, məktəbinə daxil olması və ya dəyişməsi;
  • Zəhərlənmə;
  • Yeni münasibətlər, ananın və ya atanın təkrar nigahı;
  • Psixi (autizm, Daun sindromu) və digər amillər.

6 yaşına qədər uşağın gecə sidik qaçırması normal hesab olunur. Digər səbəblər aşağıdakılar ola bilər:

  • Mərkəzi sinir sisteminin tam formalaşmaması və ya onun ləngiməsi;
  • İrsiyyət;
  • Antidiuretik hormon istehsalının pozulması;
  • infeksion xəstəliklər;
  • Sidik-cinsiyyət sisteminin işinin pozulması;
  • Epileptik tutmalar (gecə);
  • Qismən Yuxarı tənəffüs yollarının obstruksiyası və ya apnea;
  • Müəyyən endokrin xəstəlikləri (diabet, hypo- giperterioz);
  • Dərmanların kənar təsirləri;
  • Sidik kisəsinin funksional tutumunun aşağı olması;
  • Yataq otağında çox soyuq hava;
  • Çox yemək. Yatmazdan əvvəl həddən artıq suyun içilməsi.
  • Körpə gecə bərk yatırsa, ayaqyoluna getmək lazım olduğunu düşünə bilmir.

Əgər uşaq qorxudan sonra altını isladırsa, bu tez bir zamanda keçəcək. Lakin, daimi stressdən, narahatçılıqdan uşaqda enurez yarana bilər.

Necə kömək edə bilərəm?

Uşaq uroloqunun ilk tövsiyəsi, günün birinci yarısında uşağı kifayət qədər maye ilə təmin etməkdir. Və yuxudan iki saat əvvəl uşağın maye içməsini məhdudlaşdırın. Bəzən bu üsul, asan formalı enurezin dərmansız müalicə edilməsinə kifayətdir. Əgər uşaqda yaş gecə oldusa, onda heç bir halda uşağı danlamırıq, çünki o, onsuz da yetəri qədər stress keçirir, quru gecələrə görə isə mütləq tərifləyirik.

Nevroloqlar təqvim tutmağı məsləhət görür: Quru gecədən sonra günəş, yaş gecədən sonra isə bulud şəkili çəkirik. Və əvvəlcədən razılığa gəlirik, dörd dalbadal quru gecədən sonra o, mükafatlanacaq.

Nevroloqrarın növbəti məsləhəti: İslanmış yatağı götürməkdə uşaqda iştirak etsin. Uşaq özüdə probleminin həllində iştirak etməlidir. Belə ki, uşağı daim izlədikdə, o bunu öz problemi kimi qəbul etmir və bu valideynlərin işi olduğunu düşünür. Mütəxəssislər uşağı gecə yuxudan oyadıb ayaqyoluna oturtmağı tövsiyə etmirlər, bu cür uşaqlarda onsuz da yuxu pozuntuları müşahidə edilir.

Valideynlər üçün əsas qayda, təmkinli olaraq, uşağa dəstək olmaqdır. Problemdən utanmaq, qorxmaq lazım deyil. Siz bilməlisiniz ki, əgər 5,5 – 6 yaşlı uşağınız gecə çarpayısını isladırsa, bu problemi tamamilə həll etmək mümkündür.

Facebook-da rəy bildir
Əlaqə üçün
info(a)anayam.az