Bizə yazın

Oğul övladlarının tərbiyəsində 10 əsas qayda

27.11.2016

1. Əgər körpə ağlayırsa…

Demək hansısa narahatlığı var. Sizin üçün mənasız görünən ( Məs: bağçada sevimli düyü sıyığı əvəzinə qarabaşaq yarması yeyib) səbəb onun üçün çox böyükdür. Ona görəki uşaq dünyası bu kimi səbəblərin  itirilməsi üçün hələ də çox kiçikdir. vospetanie malcikaƏgər bu promlem yaranıbsa, siz onu sakitləşdirməlisiniz. Onun fikrini başqa ona maraqlı olan tərəfə yönlədin. Bu sizinlə körpənizin gələcək qarşılıqlı anlaşmanızın təməlinin əsası deməkdir.

Heç bir halda uşaq diqqətdən kənar qalıb ağlamamalıdır yaşından fərqli olmayaraq!

    2. Oğlunuza lağ etməyin..

Kişilər üçün qadın tərəfdən olan lağ rişğənd hər zaman zədədir. Ana tərəfindən lağ isə – çox dərin zədədir. Vacib deyilki, siz onun ayaqqabısının tərs geyinməsinə, şəkilin əyri çəkməsinə güləsiz.

Sizin lağınız həmişəlik onun yadında qalacaqdır!

    3. Qərar qəbul edərkən oğlunuzun rəyini öyrənin..

Siz heç təsəvvür edə bilməzsinizki, sizin 1 ildən artıq mübarizə etdiyiniz problemi hərdən uşağınız necə asanlıqla həllini tapa bilər. Hər hansı bir! Məsələn: “Niyə mən hər zaman sözləşirəm”, “Yeni evimiz necə olmalıdır”. Bu cür oğlan kişi olmağı, dəstək olmağı və qərar qəbul etməyi öyrənir.

Sizdə ona inam və hörmət etməyinizi göstərin!

   4. Hər zaman onun hər sualını cavablandırın..

Hər bir yaşda! Heç zaman “Böyüyərsən bilərsən” ifadəsini işlətməyin. Cavabını bilmirsiz – elədə deyin, sonra öyrənərsiz deyərsiz. Suala görə utandız? Çox yaxşı deməli siz özünüzdə 1 kompleks tapdız və o komleks üzərində işləmək lazımdır. Kompleksinizə uşağınıza göstərməklə ona da bu kompleksi otürməyin. Həmin anda cavab verə bilərsizki, bu sual gözlənilməzdir və sizə bunu cavablandırmaq üçün zaman lazımdır. Uşaqlar asanlıqla zamana asanlıqla razılaşırlar.

   5. Tərifləyin..

Hər zaman fəxr edin oğlunuz ilə! “Bax bir az burda düzəliş edək” deyərək fəxr edin onunla. Bu onda özünə güvənliyini artıracaqdır.

6. “Mənki sənə demişdim” cümləsini unudun!

Hətta demisiz amma o sizi dinləməyib, yenədə bu ifadəni təkrarlamaq olmaz. “Axı mən sənə demisdim” ifadəsi uşaqda, mən uddum sən uduzdun kimi yarışmanı xatırlada bilər.

O anda ən düzgün davranış sakitliyinizdir.

7. Onun hər bir arzusuna dəstəq olun.

“Mən sualtı arxeoloq olmaq istəyirəm” – Gözəl! Mövzuyla əlaqəli kitab alın, məlumatlandırın. “İndi isə rəssam olmaq istıyirəm” – Çöx gözəl! Mövzuyla əlaqəli kitab alın, məlumatlandırın. İnanın bu cür tərbiyə ilə o, gələcəkdə ən düzgün seçimini edəcək.

8. Ona mühazirə etməyin

Ümüd edirəm bu aydındır və artıq şərhə ehtiyac yoxdur!

9. Siz hər zaman onun tərəfindəsiz..

Yalnız sözdə deyil, əməldə də belə olmalıdır. Onu heç zaman hirslənmiş müəllimə, dostları, hətta digər ailə üzvləri yanında danlayıb utandırmayın. Təklikdə sakit halda onun səhvini anladaraq, sizi pərt ediyini, utandırdığını  anlatmağınz kifayət edəcək. Yalnız belə halda siz düz olanı ondan öyrənə biləcəksiz. Bu halda o özünə və sizə hər zaman inanacaq!

 10. Oğlunuza yaxşı ədəb öyrədin..

Ona Təşəkkür edirəm, Buyurun, qadına əl vermək, yardım etmək, yaşlıya yer vermək və s. kimi davranışları öyrədin. Bu davranışlar onun ətraf aləmini daha da yaxşı edəcək.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan