Bizə yazın
[contact-form-7 id="4" title="Bizə yazın"]

Uşaqların yaxşıya doğru həvəsləndirilməsi üçün 50 ifadə

14.06.2018

Görəsən, uşaqlara nəyi, necə deməyimizi izləyirikmi? Valideyn sözü – uşağın nə ilə məşğul olmasından asli olmayaraq, inkişaf etməsinə təkan verə biləcək və ya əksinə tam həvəsdən düşməsinə səbəb olacaq güclü silahdır. Beləliklə, valideylərin lüğətində hansı ifadələr olmalıdır ki, uşaqlar özlərini dəyərli, sevimli və çox şeyə qadir ola biləcəklərini düşünsünlər:

  1. Afərin!
  2. Sən doğru yoldasan!
  3. Əla!
  4. Sən öhdəsindən gəldin!
  5. Nə gözəl!
  6. Elə bu lazım idi!
  7. Mənim gözlədiyimdən daha yaxşıdır!
  8. Çox gözəl!
  9. Təbriklər!
  10. Möhtəşəmdir!
  11. Mən səninlə fəxr edirəm!
  12. Mən, sadəcə, xoşbəxtəm!
  13. Unudulmaz işdir!
  14. Sənin köməyin mənə çox vacibdir!
  15. Məhz bunu biz çoxdan gözləyirdik!
  16. Səninlə işləmək, sadəcə xoşbəxtlikdir!
  17. Bu, qəlbimin dərinliklərinə qədər mənə toxunur!
  18. Sən mənə lazımdır!
  19. Sadə və aydın!
  20. Səni sevindirəcək, narahat edəcək hər şey mənə vacibdir!
  21. Sən Ağıllısan!
  22. Sən məharətlisən!
  23. Sən istedadlısan!
  24. Gündən-günə səndə hər şey daha yaxşı alınır!
  25. Sən bu gün çox iş gördün!
  26. Daha yaxşıdır!
  27. Mənim üçün səndən daha yaraşıqlı heç kim yoxdur!
  28. Əvvəlkindən daha yaxşıdır!
  29. Mənə, eyni şəkildə etməyi öyrət!
  30. Bu işdə mən sənsiz keçinə bilmərəm!
  31. Düzdür!
  32. Mən bilirdim, sən bunu bacaracaqsan!
  33. Heyrətamiz!
  34. Sən mənə məhz olduğun kimi lazımsan!
  35. Misilsiz!
  36. Təkrar olunmaz!
  37. Müqayisə edilməz!
  38. Heç kim səni əvəz edə bilməz!
  39. Gözəldir!
  40. Bunu etdiyindən, qürur duyuram!
  41. Nağıllarda olduğu kimi!
  42. Çox aydındır!
  43. Mən özüm yaxşı edə bilməzdim!
  44. Fantastikdir!
  45. Gözəl başlanğıcdır!
  46. Sən sadəcə möcüzəsən!
  47. Sən qiymətlisən!
  48. Sən çox güclüsən!
  49. Səndə mütləq alınacaq!
  50. Buna tək bunu əlavə etmək olar: Mən səni sevirəm!

Hər birimizin, əzizlərimizdən bu sözləri eşitməyə ehtiyacı var!

Facebook-da rəy bildir
Əlaqə üçün
info(a)anayam.az