Bizə yazın

İngilis sayağı tərbiyə.

16.06.2016

Bizim təsəvvürümüzdə ingilislər təmkinli və mədəni olurlar. Kənardan elə təəssürat yaranır ki, onları ifrat ciddiyyətlə tərbiyələndirirlər. Amma əslində, hər şey tamam başqa cürdür. Böyük Britaniyada qadın 30 yaşına çatmadan dünyaya övlad gətirmir. Bəzi hallarda hətta 40 yaşlı anaların da qucağında yeni doğulmuş körpə görmək olar. Hesab olunur ki, gələcək valideynlər əvvəlcə karyera qurmalı, ev tikməıi və yalnız bundan sonra nəsil artırmaq barədə düşünməlidirlər.  ingilis sayagi tərbiyəMaraqlıdır ki, buna baxmayaraq, ingilis ailələrində, ənənəvi olaraq, 2-3 uşaq olur.  Tərbiyə üsuluna gəldikdə isə, bu işdə analar son dərəcə sakit və təmkinli olurlar. Onlar «Xeyr, bunu belə etmək lazım deyil, çünki…» sözlərini yüz dəfə təkrar edə bilərlər. Bu sözləri hətta 8-ci dəfə dedikdən sonra da onlar əsəbiləşməyi özlərinə rəva görmürlər! Təəccüblü deyil ki, burada uşaqları döymək (hətta yumşaq yerinə sillə vurmaq) qanunla qadağan olunur. Valideynin uşağı vurması nəticəsində uşağın bədənində yaranan cüzi göyərməyə, yaxud qızartıya görə ana və ata valideyn hüququndan məhrum edilə bilər.Tərbiyəyə gəldikdə isə, burada uşağa bir şəxsiyyət kimi hörmət göstərilməsi (məsələn, Çin tərbiyə üsulundan fərqli olaraq) ön plana keçir. Valideynlər uşaqda komplekslər yaratmamaqdan ötrü onun üstünə qışqırmır, mənəvi təzyiq göstərmir və ciddi şəkildə tənqid etmirlər. Valideynlər və müəllimlər uşağın özünü son dərəcə rahat hiss etməsi üçün hər şey edirlər. İngilis analar bildirirlər ki, bu cür münasibət sayəsində uşaqlar özünə əmin, uğurlu şəxsiyyət kimi böyüyür.

Bahalı köməkçilər

İngiltərədə uşağın qayğısını yalnız anası özü çəkir. Orada nənə və babaları bu prosesə cəlb etmək yolverilməzdir – valideynlər uşaqla yalnız özləri məşğul olmalıdırlar. İmkanlı ailələrdə dayənin xidmətindən də istifadə olunur, amma bu, çox bahalı xidmətdır. Amma dayələrə qarşı irəli sürülən tələblər də yüksəkdir. Dayə uşağın əsas tələbatlarına cavab verməklə bərabər, həm də körpənin inkişafı üçün xüsusi proqram işləyib hazırlamalıdır. Həmçinin, dayə bəzi hallarda müəyyən ev işlərini də yerinə yetirir.  Əksər hallarda dayə ev sahibinin evində yaşayır və orada qidalanır.

Dayənin alternativi

İngiltərədə gözəl bir ənənə mövcuddur: uşaqlar şəxsi evdə qrup halında vaxt keçirirlər. Başqa sözlə, bir neçə ana bir araya gələrək öz övladlarından ibarət qrup yaradırlar. Bundan sonra onlar ya gün ərzində növbə ilə uşaqların yanında qalırlar, ya da bununla analardan biri məşğul olur, digərləri isə buna görə ona pul ödəyirlər. Yeri gəlmişkən, bu analar arasında ünsiyyət hələ onların hamiləlik dövründən başlanır. Onlar xüsusi kurslara gedərək orada tanış ola, yaxud hamiləlikdən əvvəl bir-birini tanıya bilərlər. Bir çox hallarda hamilə qadınlar bu cəmiyyətə digər hamilə rəfiqələrini də qoşurlar.Bundan əlavə, İngiltərədə uşaqlar üçün müxtəlif rəqs, üzgüçülük, rəssamlıq dərnəkləri də fəaliyyət göstərir. Analar kütləvi şəkildə öz uşaqlarını bu dərnəklərə aparmaqla həm övladının hərtərəfli inkişafını təmin etmiş olur, həm də öz işlərinə vaxt ayıra bilirlər.

Ünsiyyətcil uşaqlar

İngiltərədə valideynlər öz övladlarını hələ körpəlikdən restoranlara və digır ictimai yerlərə, eləcə də qonaq aparırlar. Bu, bir tərəfdən, onunla əlaqədardır ki, bu ölkədə uşağı kiməsə həvalə etmək yolverilməzdir, dayə xidməti isə bahadır. Digər tərəfdən, valideynlər hesab edirlər ki, uşağın ictimailəşdirilməsi prosesinə erkən yaşlardan başlamaq lazımdır. Yeri gəlmişkən, bunun bəhrəsini də görürlər: uşaqlar ünsiyyətcil böyüyür, istənilən şəraitə asanlıqla uyğunlaşmağı bacarırlar.   İctimai yerlər balaca qonaqların gəlişinə yüksək səviyyədə hazırdırlar: demək olar ki, bütün kafe və restoranlarda və digər müəssisələrdə körpəni bələmək və yedizdirmək üçün otaqlar mövcuddur. Bundan əlavə, ana istənilən binaya və bu binada yerləşən hər bir yerə uşaq arabası ilə daxil ola bilər.Təhlükəsizlik məsələsinə də böyük diqqət yetirilir. Təsadüfi deyil ki, İngiltərə bədbəxt hadisələr nəticəsində uşaq ölümü hallarının ən az baş verdiyi region hesab olunur.

Facebook-da rəy bildir
Əlaqə üçün
Bakı şəhəri, Azərbaycan
info(a)anayam.az